Nyu Yorkda 8 nəfərin ölümü, 10-dan çox şəxsin yaralanması ilə nəticələnən terror aktının təfərrüatları bəlli olub.
Baki-xeber.com-un NBC-yə istinadən xəbərinə görə, Özbəkistan əsilli İŞİD üzvünün cinayəti törətdiyi zaman idarə etdiyi maşında məktub qoyduğu ortaya çıxıb. İngilis dilində yazılan məktubda son illər ailəsi ilə ABŞ-da yaşayan 29 yaşlı özbək Seyfullo Saipov cinayəti İŞİD adından tötərdiyini etiraf edir.
***
Nyu Yorkun Manhetten şəhərində 8 nəfərin ölümünə səbəb olan insident terror aktı kimi qiymətləndirilir.
Baki-xeber.com-un CBS News-a istinadən xəbərinə görə, bu barədə şəhər meri Bill de Blazio hadisə ilə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, hadisə nəticəsində 10-dan artıq dinc sakin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Mer baş verən hadisəni “qorxaq terror” adlandırıb.
Polisin və şahidlərin sözlərinə görə, avtomobili idarə edən şəxs velosipedçılərin yoluna çıxaraq bir neçə nəfəri vurub. Sonra maşını saxlayaraq düşən sürücünün əlində tapançaya oxşar predmet görən polis ona atəş açıb. Daha sonra yaralanmış sürücü gözaltına alınaraq xəstəxanaya qaldırılıb.
Onun hadisədən əvvəl evlərə sifariş daşıyan kiçik yük maşını kirayələdiyi xəbər verilir.