ABŞ-ın Nyu-York şəhərinin Manhattan bölgəsində Dünya Ticarət mərkəzinin yaxınlığında yük maşınını insanların üzərinə sürən şəxs daha sonra insanlara atəş açıb. Baki-xeber.com xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə şahidləri yük maşınından düşən şəxsin 2 silahının olduğunu bildirib. ABŞ polisi hadisənin qəsdən törədildiyini və bunun terror olub-olmadığının araşdırıldığı bildirilir. Ancaq Federal Tədqiqatlar Bürosu olayı terror aktı kimi qiymətləndirib.
Olayla əlaqədar bir nəfərin saxlandığı xəbər verilir.