Şimali Koreya lideri Kim Çen Inın nüvə sınaqlarını keçirdiyi bazada tikintisi davam edən tunel çöküb. Baki-xeber.com-un məlumatına görə, hadisə nəticəsində ən azı 200 nəfər həlak olub.
Qərb mətbuatı qəzanın Çin sərhədindən 80 kilometr məsafədə, Mantapsan dağlarında qeydə alındığını yazır. Yaponiya mətbuatı isə 100-ə yaxın insanın torpağın altında qaldığını yazır.
Ehtimallara görə, çökməyə mart ayında keçirilən yeraltı nüvə sınaqları səbəb olub. Oktyabrın 10-da baş vermiş hadisədən dünya 20 gün sonra xəbər tuta bilib.