Pentaqon rəhbəri Ceyms Mettis deyib ki, Konqresin razılığı olmadan da Trampın nüvə silahından preventiv zərbə əmri verə biləcəyini istisna etmir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Konqresdə ölkə xaricində hərbi güc tətbiqi ilə bağlı dinləmədə çıxışında bildirib. O deyib ki, hansısa ölkənin belə bir niyyətinin olduğu bəlli olarsa, buna adekvat cavabın verilməsi qaçılmazdır. “Fikrimcə, Konqres tərəfindən nəzarəti operativ idarəetmə ilə eyniləşdirmək olmaz”- deyə Mettis demokrat senator Edvard Markinin sualına cavabında deyib. Pentaqon rəhbəri onu da qeyd edib ki, bu qərar “ciddi şəkildə nəzərdən keçiriləcək”. Senatorun daha ətraflı cavab istəməsinin ardından isə o deyib ki, “hipotetik situasiyanı şərh edə bilməz”.
Mettis əlavə edib ki, bu yalnız nüvə silahından istifadəyə əl atan ölkənin başqa heç bir vasitə ilə durdurula bilinməyəcəyi situasiyada baş verə bilər.