Rusiya Baş nazirini İrəvan səfərində müşayiət edən “Qazprom” rəhbəri Aleksey Miller Ermənistanın bu il ötənilkindən daha ucuz qaz almaq arzusunun üzərindən birdəfəlik xətt çəkib.
Baki-xeber.com-un xəbərinə görə, “Qazprom” rəhbərindən aldığı qaz qiymətlərində endirim gözlənən düşmən ölkədə Millerin “bu il Ermənistana satdığımız qazın qiymətində artım gözlənilmir” bəyanatı böyük isterika ilə qarşılanıb.
Beləliklə, Ermənistan artıq Rusiyanın “sevimli oyuncağı” statusunu itirdiyini növbəti dəfə anlamalı olub.