Rusiyanın Liberal-Demokratlar Partiyasının lideri Vladimir Jirinovski dəvət aldığı verilişdə “Vahid Rusiya” partiyasından seçilmiş deputat Konstantin Zatulinlə mükaliməsində senzuradankənar ifadələr işlədib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Vesti.ru” xəbər verib. Xəbərə görə, Jirinovskinin qeyzlənməsinə Zatulinin onun partiyasının 1993-cü il seçkilərində verdiyi vədləri xatırlatması səbəb olub. Nəticədə Jirinovski Zatulini “ağ yuyub, qara sərib”. Eyni zamanda o, deputatı yalan danışmaqda ittiham edib.
Xəbərdə verilişin aparıcısı Solovyovun onu zorla sakitləşdirdiyi, söz savaşının əlbəyaxa davaya keçməsinin qarşısını aldığı bildirilir.
Həmin anın videosunu təqdim edirik: