10 günlük aradan sonra İran İraq Kürdüstanı ilə aralarındakı “Başa-Maq” nəzarət-keçid məntəqəsini yenidən açıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İRNA agentliyi SHAFAQ News portalına istinadən xəbər verir. İslam Respublikasının Süleymaniyyə əyalətində yerləşən nəzarət-keçid məntəqəsinin əvvəlki rejimdə fəaliyyət göstərdiyi xəbər verilir.
Xatırladaq ki, İraqın Kürd Muxtariyyətinin sentyabrın 25-də qanunsuz müstəqillik referendumu keçirməsinin ardından qonşu ölkələr İran və Türkiyə muxtariyyətilə aralarındakı sərhəd məntəqələrini bağlamış, ticari əlaqələr dayandırılmışdı.
Xəbərdə o da bildirilir ki, İraqın Baş naziri heydər Əl-Abadi bu gün çıxdığı regional turne çərçivəsində Ankara və Tehranda olaraq, Türkiyə və İran rəhbərlklərilə İraq Kürdüstanı ətrafında baş verənləri müzakirə etmək niyyətindədir.