Noyabrın əvvəlində ABŞ prezidenti Donald Trampın Yaponiya imperatoru Axikito ilə görüşü planlaşdırılır.
Baki-xeber.com-un xəbərinə görə, bu məqsədlə Tramp gündoğar ölkəyə rəsmi səfər edəcək. Səfərdə məqsədin Şimali Koreya ətrafında baş verənlərin müzakirəsi olduğu güman edilir. Noyabrın 5-dən 7-nə kimi baş tutacaq səfərdə ABŞ prezidentini xanımı Melanya Tramp müşayiət edəcək.
Trampın səfər proqramına, həmçinin, Yaponiya Baş naziri Sindzo Abe ilə də görüş daxildir. Görüşün əsas mövzusunu Şimali Koreya problemi təşkil edəcək. Eyni zamanda, siyasətçilərin Şimali Koreya dənizçilərinin qaçırdığı qızı ziyarət etməsi gözlənir.