ABŞ dövlət katibi Reks Tillerson Bağdadda İraq Baş naziri Heydər əl-Abadi ilə görüşündə İraq və Kürdüstan arasında gərginliyin aradan qaldırılması üçün dialoqun vacib olduğunu bildirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABŞ-ın xarici siyasət idarəsi bildirib. “Biz son hadisələrdən – mərkəzi İraq hökuməti ilə Kürdüstan regional hökunəti arasında baş verənlərdən məyus olmuşuq. Bizim həm Bağdadda, həm də Ərbildə dostlarımız var və biz hər iki tərəfidialoqa çağırırıq”- deyə o bildirib.
Tillerson deyib ki, hər iki tərəf vahid İraq dövlətinin və İraq konstitusiyasının olmasına sadiq qalarsa, ortada problem qalmaz.