İran kəşfiyyatı ölkənin cənub-qərbindəki Sistan-Bəlucistan əyalətində beynəlxalq narkotik ticarəti ilə məşğul olan təşkilat şəbəkəsini zərərsizləşdirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İRNA agentliyi xəbər verir. Xəbərdə deyilir ki, iri miqdarda narkotik partiyasını Sarvan sərhədindən keçirmək istəyən şəbəkə üzvləri kəşfiyyat gücləri tərəfindən həbs olunub. Bu barədə sözügedən əyalətin kəşfiyyat xidməti açıqlama yayıb.
Xəbərdə əməliyyat nəticəsində 2,6 ton opium maddəsinin müsadirə olunduğu bildirilir.
Qeyd edək ki, Sastan-Bəlucistan əyaləti Pakistanla həmsərhəddir.