Polşada dekommunizasiya qanunu qüvvəyə minib.
Baki-xeber.com-un xəbərinə görə, qanun kommunizmi simvolizə edən abidə və memorialların qaldırılmasını nəzərdə tutur. Beləliklə, 21 oktyabr tarixindən yerli icra orqanları nəzarətində olan ərazilərdə kommunizmi xatırladan istənilən abidənin qaldırılması üzrə səlahiyyət əldə edib. Bu sırada xüsusilə konkret şəxslərin və ya təşkilatların şərəfinə ucaldılmış abidələrin sökülməsi nəzərdə tutulur. Yalnız qəbiristanlıqlarda qoyulan abidələr istisnalıq təşkil edəcək.
Hazırda Polşa ərazisində “Qırmızı ordu”nu xatırladan və təbliğ edən 230 abidənin olduğu bildirilir və yaxın zamanda onların demontaj olunacağı xəbər verilir.