Bağdad məhkəməsi İraq Kürdüstanının “vitse-prezidenti” Hüsrət Rəsul barəsində həbs-qətimkan tədbiri seçib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə AFP xəbər yayıb. Xəbərdə bildirilir ki, Hüsrət Rəsul İraq ordusuna qarşı əks-təbliğatda suçlu bilinir. Belə ki, o, son hadisələr zamanı İraq ordusunu “işğalçı ordu” adlandırıb.
Xəbərə görə, Kürdüstan Vətənsevərlər Birliyi Partiyasında da vitse-prezident postu tutan Hüsrət Rəsul öz partiyasını da Kərkükdə federal güclərə müqavimət göstərmədiyinə görə sərt tənqid edib.
Hazırda barəsində cinayət işi açılan Hüsrət Rəsulu 7 illik həbs cəzası və ya böyük məbləğdə cərimə cəzası gözləyir.