Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya növbəti məktub göndərib. Trend-in məlumatına görə, məktubda K.Puçdemon İspaniya hökumətinin görüşdən imtina edəcəyi təqdirdə, Kataloniyanın müstəqilliyini elan edəcəklərini bildirib.
Məsələ ilə bağlı İspaniya hökumətinin təcili iclasının keçiriləcəyi deyilir.
İspaniya hökuməti isə Kataloniya vilayətinin muxtariyyət statusunun dayandırılacağını bəyan edib. Mərkəzi hakimiyyət Kataloniyada özünüidarə sisteminin məhdudlaşdırılmasını nəzərdə tutan Konstitusiyanın 155-ci maddəsinin tətbiqi üçün prosedura başlayacaq.
Məsələ ilə bağlı İspaniya Nazirlər Şurasının şənbə günü təcili iclası keçiriləcək.
Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.