Cümə günü, 06 noyabr 2026
     

“Atama deyin, oğlu kişi kimi şəhid oldu” - “Pulemyotun canavarı”, “PK Orxan”...

Image


Elxan Şirinov: “Orxanın bu sözləri bizim üçün böyük bir təsəllidir”

Könül verib könül aldığı qızla üç ay idi ki, nişanlanmışdı. Xəyalından bəylik taxtına oturacağı gün keçirdi, o da ailə qurub oğul-uşaq sahibi olacaqdı. Bu onun yeganə arzusu deyildi əlbəttə, ən böyük arzusu işğal altında olan Vətən torpaqlarının düşmən tapdağından azad olunması idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Orxan Elxan oğlu Şirinovdan danışırıq.

1998-ci il sentyabrın 14-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub.

Ali Baş Komandan İlham Əliyevin qismən səfərbərlik elanından sonra 29 sentyabr tarixində hərbi komissarlığa gedərək, könüllü cəbhəyə yollanıb. Eyni gün orta məktəbdə eyni sinifdə oxuduğu və çox yaxın dostu olan Elgün Əli oğlu Alışov da Orxanla bərabər cəbhəyə yollanıb.

Orxan 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Orxanın döyüş yolu Füzulidən başlayıb. Məsuliyyətində olan pulemyot silahını qısa zamanda böyük diqqətlə istifadə etdiyi üçün “Pulemyotun canavarı”, “PK-Orxan” ləqəblərini qazanır.
21 oktyabrdan sonra ailəsi Orxandan nə bir zəng, nə bir xəbər alır.
Komandirinin sonradan dediyinə görə, həmin ərəfədə gecə saatlarında Qubadlı rayonu uğrunda amansız bir döyüş başlayır. Orxanın birliyində pulemyot silahının mərmilərini daşıyan əsgərimiz yara alır. Komandirinin “Şirinov, silahının başına keç” əmri ilə Orxan silahının mərmilərini də özü daşıyaraq döyüşür.
O döyüşdə Orxan sinəsindən aldığı yarayla şəhidlik zirvəsinə ucalır.
Komandiri də yaralanır, Orxanın son sözlərini də ailəsinə komandiri çatdırıb: “Komandir, atama deyin, oğlun kişi kimi şəhid oldu”. Orxanın bu sözləri bu gün ailəsinə, ata-anasına təsəlli olmaqla yanaşı, Vətən uğrunda gözünü qırpmadan canını fəda edən qəhrəman bir oğulun yadigarıdır.

“Nə biləydik ki, noyabr ayında ona toy etmək bizə nəsib olmayacaq, evimizə tabutu gələcək...”

Orxan Şirinovun atası Elxan Şirinovla Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” adlı IV cildlik kitabın I,II, və III cildlərinin İmişli rayonunda təqdimatı ilə bağlı ezamiyyətdə olarkən tanış olub söhbətləşdik.

Ata üçün yeganə oğlu barədə danışmaq elə də asan olmadı, boğazını yandıran qəhərin, kövrələn səsinin içindən boylanan ağrını biz də hiss etdik. “Orxan iki bacının tək qardaşı idi. 2006-cı ildə birinci sinfə getdi. 2015-ci ildə Bəhrəmtəpə qəsəbəsi Şəhid Rəhim Alışov adına tam orta məktəbi bitirib.

Orxan kiçik yaşlarında özündən yaşca böyüklərlə dostluq idi. Çox alicənab, mehriban bir oğlan idi. Ürəyi təmiz idi, kin-kudirəti yox idi. Əlində olan bir tikə çörəyi belə dostları ilə paylaşırdı. Oğlum olduğu üçün demirəm, olanı deyirəm.

2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb, xidmətini Naxçıvan Muxtar Respublikasının Culfa və Sədərək rayonlarında yerinə yetirib. Əsgərlikdə olarkən ermənilərlə üzbəüz xidmət edib. 2017-ci ilin may ayında məzuniyyətə gəldi, 11 gün evdə qaldı, sonra yola saldıq getdik. 3 ay sonra ikinci dəfə məzuniyyətə gəldi. Sözün düzü, onun ikinci məzuniyyətini gözləmirdik. Soruşduq ki, nə yaxşı ikinci dəfə səni məzuniyyətə buraxdılar, bizə xəbər etmədən gəldin? Sonra aydın oldu ki, düşmənlə üzbə-üz olarkən ermənilərin pilotsuz uçuş aparatı biz tərəfə gələrkən əmr gəlib ki, əgər bunu dəf edə bilərsizsə atəş açın. Orxan da ikinci atışda o pilotsuz uçuş aparatını vurmuşdu. Ona görə də ikinci dəfə məzuniyyətə buraxılmışdı. O, pulyomotçu idi, sonradan Vətən müharibəsində ona “PK-nın canavarı” ləqəbi verildi. 2018-ci ilin mart ayında hərbi qulluğu başa vurduqdan sonra evə qayıtdı. Mən özüm ustayam. Orxan da yanımda işləməyə başladı. Başqa yerdə iş tapa bilmədi. Ata-bala baş-başa verib işləyib ailəni dolandırırdıq. Elə oldu ki, dayısı onu 2019-cu ildə Rusiyaya çağırdı, getdi, amma qala bilmədi. Dedi ki, burada yaşaya bilmirəm, Azərbaycana qayıdıram. Əslində, onun getməyini istəmirdim. Övladımın uzaqda olmağını istəmirdim, deyirdim gözümün qarşısında olsun. Yenə də mənim yanımda işləməyə davam etdi. Günlərimiz sakit geçib gedirdi. Tovuz döyüşləri baş verdi, general Polad Həşimov şəhid oldu. Polad Həşimovun şəhid olması Orxana çox ağır təsir etmişdi. Gəlib anasına deyib ki, ana, generalımız şəhid oldu... Orxanın daim qulaq asdığı bir mahnı vardı-“Ana, mən şəhid oldum”. Bilmirəm, onu kim oxuyurdu, amma Orxanı öz içinə çəkirdi. O mahnıya mən indi qulaq asa bilmirəm. Polad Həşimov şəhid olmazdan iki gün əvvəl Orxan nişanlanmışdı. Fikrimiz vardı ki, noyabr ayında toyunu edək. Amma nə biləydik ki, noyabr ayında ona toy etmək bizə nəsib olmayacaq, evimizə tabutu gələcək”.

Ata danışdıqca qəhərlənir, nakam balasının həsrətilə alışıb yanan ürəyinə təsəlli olacaq bir söz, bir kəlmə arayır.

“2020-ci il sentyabr ayının14-də Orxanın sonuncu ad günü oldu, 22 yaşını tamam etdi. Dediyim kimi noyabrı gözləyirdik ki, oğlumun toyunu edək. Amma sentyabrın 27-də 44 Vətən müharibəsi başladı. Müharibə günü qəsəbəmizə bir şəhid gəldi. Gedib şəhidin dəfnində iştirak etdi. Sentyabrında 28-də qohumumuz Kərimli Ramilin dəfnində iştirak edərkən Prezidentin qismən səfərbərlik elan etməsi barədə Sərəncamı oldu. O da mənə demədən bütün qohum-əqrabaya, dosta-tanışa zəng vurub deyib ki, sabah müharibəyə gedirəm. Bütün dost-tanışları ilə görüşüb hallaşdı. Bacıları ilə görüşəndə çıxıb dedim ki, getmə, buraya gəl, sənə söz deyirəm. Sözümə qulaq asmadı, Orxanı heç cür saxlamaq mümkün olmadı, “ata, mən mütləq gedəcəyəm”-dedi. Səhər tezdən saat 7-nin yarısı durdu, amma nə mənim maşınımla, nə də əmisinin maşını ilə getmədi, dostlarının maşını ilə getdi, biz də gedib onu müharibəyə yola saldıq. Əvvəlcə Ağcabədiyə N saylı hərbi hissəyə getdi. Senytabrın 30-da yanına getdim, bir neçə şəkil də çəkdirdik. Oktyabrın 3-də zəng etdi ki, ata, biz Qarabağ bölgəsinə gedirik, inişallah torpaqlarımızı alıb sağ-salamat geri qayıdarıq. Bizə ancaq dua etmək düşürdü. Getdi. Oktyabrın 3-dən birbaşa döyüşlərə qatıldı. Füzulinin Horadiz qəsəbəsindən Cəbrayıl istiqamətində gedən döyüşlərə qatıldı. Əsas döyüşü Cəbrayıldan başladı. O vaxt o telefonunu maşında “zaryadkaya” qoyarkən ermənilər o maşını vurmuşdu və telefonu itmişdi. Bizimlə tağım komandirinin telefonu ilə daim əlaqə saxlayırdı. Hər gün 1-2 dəqiqəlik də olsa danışırdı. Bir gün səhər ertə mənə zəng vurub dedi ki, ata, haqqınızı halal edin. Mən də kövrəlib dedim ki, balam, nədir danışdığın, nə hallıq istəyirsən? Biz bilmirdik ki, o qızğın döyüşlərdədir. Bizə demişdilər ki, Orxangil ehtiyatda qalacaq. Arada danışanda deyirdi ki, vəziyyət yaxşıdır, irəliləyirik, dua edin. Tağım komandiri də, uşaqlar da “bizə dua edin” deyirdilər. Biz də həmişə dua edirdik. Amma qismət qismətdir. Demək qisməti belə imiş (kövrəlir). Bir dəfə bacılarına deyib ki, olduğu maşını vurublar, “snaryadın” dalğası bunu “sərsəm” edib. Komandir deyib ki, geri qayıt, o da qayıtmaqdan imtina edib. Oktyabrın 16-da, səhv etmirəmsə, Cəbrayılın Dağ Tumas kəndində səngərdə durarkən üzərlərinə 150-dən çox erməni qalxıb. Yanından gələn əsgər danışırdı ki, biz təxminən 20 nəfər idik, Orxan orda böyük bir qəhrəmanlıq göstərib. Orda artıq ona “PK-nın canavarı” adını vermişdilər. Ondan əvvəl də bunun hesabına cəbhəni yarıb əsgərlərimizi mühasirədən çıxarmışdılar. Lənkərandan olan bir oğlan danışırdı ki, Orxanın hesabına biz mühasirədən çıxdıq. Ürəkli oğlan idi. Orxan həmin döyüşdə 50-dən çox ermənini məhv edib. Oktyabrın 20-də mənə zəng edib dedi ki, ata, bizə papaq, şirə və sair al göndər. Nə lazımdısa alıb göndərdim. Saat 16:45-də zəng etdi və “biz gedirik” dedi. Soruşdum ki, hara gedirsiz? “Bilmirəm” dedi. Son danışığımız belə oldu. Oktyabrın 21-i axşamı Cəbrayıldan keçib gediblər. Son döyüşü Qubadlı rayonunun Sarı yataq düzü deyilən yerində olub. Mən özüm gedib oranı gördüm. Onların maşını vurulur, 86 nəfər olublar, 13-ü şəhid olub, 12 yaralı. Orxan vurulan maşından sağ çıxmışdı...Komandir “döyüşə getmək lazımdır, kim getmək istəyir?” deyib, birinci Orxan qabağa çıxıb. Bunu qazilərdən biri danışıb. Gecə döyüşünə gedirlər, üzbəüz döyüş olublar. Orxan oktyabrın 21-də gecə saatlarında şəhid olub. Orada da deyib ki, “komandir, atama deyin, oğlun kişi kimi şəhid oldu”. Orxanın bu sözləri bizim üçün böyük bir təsəllidir. Noyabrın 4-də səhər saatlarında bizə xəbər gəldi ki, Orxan şəhid olub gətiririk. Qardaşlarım gedib gətirdilər.

Orxan oktyabrın 16-da bir yaxşı söz deyib. Selfi çəkib deyir ki, yaşasın Azərbaycan!

Nəvəmin ad günündə Orxanın tabutu gəldi...

Bu da bizim üçün çox acınacaqlı oldu...”-deyə Elxan ata bildirdi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Orxan Şirinov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

“Cəsur döyüşçü” medalı ilə təltif edilib.

İradə SARIYEVA
İmişli-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ