Cümə günü, 06 noyabr 2026
     

SAT imtahanlarından öncə "suallar satılıb" iddiaları böyüyür...

Image


Kamran Əsədov: “Aşağı bal toplayan tərəflərin “imtahan satıldı” deməsi həm etik, həm də məntiqi baxımdan qəbuledilməzdir”

Dünyada ali təhsilə qəbulda beynəlxalq standartlara uyğun qiymətləndirmə sistemlərinin rolu günbəgün artır. Bu baxımdan, ABŞ-da formalaşmış və dünyanın bir çox ölkəsində tanınan "SAT" (Scholastic Assessment Test) sistemi xüsusilə seçilir.

SAT imtahanı abituriyentlərin məntiqi təfəkkürünü, dil və riyaziyyat biliklərini obyektiv şəkildə ölçmək məqsədi daşıyır və beynəlxalq səviyyədə qəbul olunan ali məktəblərə girişdə mühüm meyarlardan biri hesab olunur. Bu sistem ölkəmizdə də geniş yayılıb.

Ancaq son zamanlar SAT imtahanları ilə bağlı xoş fikirlər səslənmir. Belə ki, aparıcı Aytəkin Mərdanova ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə instaqramda canlı yayıma girərək imtahan suallarının satıldığını iddia edib və oğlunun yüksək bal toplamasına baxmayaraq, universitetə qəbul olmadığını bildirib: “Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetinə qəbul ola bilmədi. Çünki suallar bəzi kurslar tərəfindən satıldı. Ballar bu il birdən-birə 1500-1600-ə qalxdı. Bu necə ola bilər?”.

Qeyd edək ki, son zamanlar bu kimi şikayətlərin, narazılıqların sayı artıb. Maraqlıdır, SAT-la bağlı narazılıqların yaranmasına səbəb nədir? Doğrudanmı suallar satılır?

“Azərbaycanda SAT imtahanı ilə bağlı yayılan narazılıqların böyük əksəriyyəti subyektiv təəssüratlara əsaslanır”

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son günlərdə SAT imtahanı ətrafında yayılan ittihamlar, xüsusilə sualların satılması və balların qeyri-real şəkildə yüksəldiyi ilə bağlı iddialar təəssüf doğurur. Əslində bu cür fikirlər yalnız şəxsi uğursuzluğa ictimai şəkildə bəraət qazandırılması cəhdidir və yüzlərlə gəncin illərlə verdiyi əziyyəti gözdən salır: “SAT imtahanı beynəlxalq nüfuzu olan, texnoloji baxımdan güclü şəkildə qorunan və şəffaflığı ilə seçilən bir sistemdir. Bu imtahanın etibarsızlığı ilə bağlı yayılan fikirlər ictimaiyyətin bir hissəsinin hələ də beynəlxalq standartlı imtahanlara psixoloji baxımdan hazır olmadığını göstərir. 2023-cü ildən başlayaraq SAT artıq tamamilə rəqəmsal formata keçib. Yeni sistemdə imtahanlar kompüter vasitəsilə aparılır, adaptiv test texnologiyasına əsaslanır və hər iştirakçıya fərqli suallar təqdim olunur. Yəni əvvəlki kağız daşıyıcılarda olan və müxtəlif şəxsi müdaxilələrə açıq imtahan modelindən fərqli olaraq, hazırkı SAT platforması texnoloji baxımdan manipulasiya və sual yayılması risqini minimuma endirib. Hər iştirakçının sual dəsti individual olaraq formalaşır və əvvəlki cavablarına uyğun şəkildə növbəti suallar sistem tərəfindən avtomatik olaraq seçilir. Bu texnologiya ABŞ-da, Avropada və dünyanın 190-dan çox ölkəsində tətbiq olunur və indiyə qədər heç bir ciddi pozuntu ilə bağlı təsdiqlənmiş sübut mövcud deyil. Azərbaycanda isə SAT imtahanı ilə bağlı yayılan narazılıqların böyük əksəriyyəti subyektiv təəssüratlara əsaslanır. Məsələn, 1310 bal toplayan bir abituriyentin ADA Universitetinə qəbul ola bilməməsi “imtahan saxtalaşdırıldı” kimi yozulur. Halbuki, 2024-cü ildə ADA Universitetində bəzi ixtisaslar üzrə qəbul balı 1450-dən yuxarı olub. Bu, SAT üzrə orta bal göstəricilərinə uyğundur. Məsələn, ABŞ-da UCLA, NYU, University of Michigan kimi universitetlərə qəbul üçün orta SAT balı 1380–1500 aralığındadır. Belə olan halda 1310 balın qəbul üçün kifayət etməməsi normaldır. Əgər valideyn və ya abituriyent özünün yüksək nəticə göstərdiyini düşünürsə, bu yalnız subyektiv yanaşmadır. SAT imtahanında nəticəni qiymətləndirən, araşdıran və şikayətləri obyektiv şəkildə cavablandıran beynəlxalq qurum – College Board tərəfindən nəticələrin ləğvi və ya təsdiqi prosesləri həyata keçirilir. SAT imtahanına hazırlaşan şagirdlərin bir çoxu rəsmi mənbələrdən, məsələn, Khan Academy platformasından istifadə edir və yüzlərlə sual həll edirlər. SAT imtahanı çətin deyil, sadəcə olaraq sistemli və səbrli hazırlıq tələb edir. Oxuyan, test strategiyasını bilən və minlərlə sual üzərində praktika edən şagird 1500-dən yuxarı nəticə toplayır. Bu gün Azərbaycanda belə şagirdlərin sayı artıb və bu, sevindirici haldır. Bu nəticəni görən, lakin eyni səviyyədə hazırlaşmamış və aşağı bal toplayan tərəflərin “imtahan satıldı” deməsi isə həm etik, həm də məntiqi baxımdan qəbuledilməzdir.

Dövlət İmtahan Mərkəzi isə bu məsələdə nümunəvi mövqe sərgiləyir. DİM uzun illərdir imtahanların təhlükəsizliyi, nəticələrin obyektivliyi və ictimaiyyətə hesabatlılıq baxımından sistemli fəaliyyət göstərir. Son illərdə MİQ, magistratura, dövlət qulluğu və ali məktəblərə qəbul imtahanlarında sualların məzmunu, qiymətləndirmə meyarları və nəticələrin elan prosesi yüksək peşəkarlıqla həyata keçirilir. DİM-in fəaliyyətində etibarsızlıq, qeyri-şəffaflıq və ya sual satılması ilə bağlı ciddi fakt qeydə alınmayıb. Əksinə, bu qurum imtahan mədəniyyətinin formalaşmasında, ictimai etimadın yaradılmasında əsaslı rol oynayır və vətəndaşlara istinad edilə biləcək nümunəvi model təqdim edir.

Elm və Təhsil Nazirliyi isə bu istiqamətdə kifayət qədər passiv davranır. Nazirlik ictimai narahatlıq doğuran məsələlərə reaksiya vermir, SAT imtahanı haqqında ətraflı maarifləndirici materiallar yaymır, valideynlər və abituriyentlər üçün təlimatlar təqdim etmir. Halbuki, bu gün Azərbaycanda SAT imtahanı vasitəsilə xarici universitetlərə və ADA kimi yerli universitetlərə qəbul olan gənclərin sayı durmadan artır. Belə bir şəraitdə nazirliyin bu imtahan haqqında ictimaiyyəti məlumatlandırmaması, imtahanın strukturu, etibarlılığı və məzmunu barədə heç bir analitik açıqlama verməməsi ciddi boşluq yaradır. Nəticədə vətəndaşlar sosial şəbəkələrdə yayılan və əsası olmayan iddialara inanır, rəsmi informasiya kanalları isə ya mövcud deyil, ya da tam susqundur. Mövcud vəziyyət onu göstərir ki, SAT imtahanı ilə bağlı yayılan şayiələrə qarşı yalnız sosial şəbəkədə emosional cavablarla deyil, dövlət səviyyəsində institusional şəkildə cavab verilməlidir. Təhsil Nazirliyi bu imtahan haqqında ictimai dialoqa açıq olmalı, real faktlara əsaslanan təhlillər təqdim etməli, SAT imtahanı vasitəsilə qəbul prosesi, tələb olunan bal aralığı, qiymətləndirmə meyarları, nəticə etibarlılığı kimi məsələləri izah edən rəsmi mənbələr yaratmalıdır. Əks halda, hər aşağı bal toplayan şəxs “imtahan satıldı” deyə iddia edəcək və bu da təhsildə səylə çalışan minlərlə gəncin motivasiyasını sarsıdacaq”.

Həmsöhbətimiz son olaraq bildirdi ki, SAT imtahanı hazırda dünyada ən təhlükəsiz, ən çevik və şəffaf imtahan modellərindən biridir. Azərbaycanda bu imtahana marağın artması müsbət haldır və ölkə gənclərinin beynəlxalq təhsil imkanlarına çıxışını təmin edir: “Əsas məsələ isə, bu imtahanın nüfuzunu qorumalı, yalan və əsassız məlumatların qarşısını vaxtında almalı və oxuyan gənclərin zəhmətini gözdən salmağa çalışan manipulyasiyalara institusional cavab verməliyik. Təhsil bu cür emosional spekulyasiyalara deyil, səliqəli, faktlara əsaslanan və obyektiv mövqelərə əsaslanmalıdır. DİM-in uğurlu təcrübəsindən örnək götürərək, Elm və Təhsil Nazirliyi də eyni səviyyədə cəmiyyətə hesab verən, maarifləndirən və informasiya paylaşan bir struktur kimi fəaliyyət göstərməlidir. Əks halda, imtahanların keyfiyyəti deyil, şayiələrin təsiri cəmiyyətin təhsil gündəmini formalaşdıracaq”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ