Cümə günü, 06 noyabr 2026
     

Ata veteran, qardaş müharibə iştirakçısı, özü də şəhid - Şəmkirin Könüllü kəndi, Zamanlı Əhməd...

Image


Ceyhunə Zamanova: “Əhməd şəhid olmamışdan əvvəl dostlarına deyib ki, həyatda üç arzum var...”

Bu yol şəhidlik yoludur
Hər kəsin yolu deyil ki...
Analar ağlar qalıbdır
Şəhidlər ölü deyil ki-
Əbədi diridir onlar.

1 iyun 2004-cü ildə Şəmkir rayonunun Könüllü kəndində zəhmətkeş ailədə dünyaya gələn, Azərbaycan Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olan Zamanlı Əhməd Azad oğlu da əbədi dirilər cərgəsində özünə yer tutan oğullardandır. Şəhid olanda cəmi 19 yaşı olub və ağlı kəsəndən deyib ki, torpaqlarımızı azad edib şəhid olacağam. Şəhidlik köynəyini doğulandan geyibmiş Əhməd balamız.

“Videoda deyir ki, ola bilsin sağ getdim, salamat qayıtmadım”

Əhmədin anası Ceyhunə Zamanova ilə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası ilə “Bakı Xəbər” qəzetinin birgə layihəsi olan “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən nəşr olunan Babək Səhman oğlu Namazovun həyat və döyüş yolundan bəhs edən “Cəsur Vətən oğlu” kitabının təqdimat mərasimində iştirak etmək üçün Şəmkirdə ezamiyyətdə olarkən görüşdük.

Ceyhunə xanım bildirdi ki, həyat yoldaşı Zamanov Azad Əhməd oğlu Birinci Qarabağ Müharibəsinin, oğlu Zamanlı Murad Azad oğlu Vətən Müharibəsinin iştirakçısıdır.

Ana qeyd etdi ki, Əhməd Şəmkir rayonu Könüllü kəndi Zakir Namazov adına tam orta məktəbdə təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağırılıb.

“Əhməd 11-ci sinfi bitirdikdən sonra Gəncədə peşə məktəbinə qəbul oldu və xəzinadarlıq üzrə təhsil alırdı. Sonra əsgərliyə getdi. İki ayın əsgəri idi bizə xəbər gəldi ki, Əhməd Mingəçevir Turizm Kollecinin “Aqroturizm” fakültəsinə qəbul olub. Oğlum üç ay Gəncədə N saylı hərbi hissədə xidmət etdi, sonra onu Ağdama apardılar. Ağdamda da bizə demədən Əhməd “Komando” təliminə yazıldı. Üç ay Tərtərin Cəmilli kəndində təlimdə oldu, təlimdən sonra da Goranboya gəldi. Sonra Ağdərənin Qalayçılar kəndinə apardılar. Antiterror tədbirləri zamanı oğlum şəhidlik zirvəsinə ucaldı. Əsgərlikdən gəlməyə üç ayı qalmışdı, yanvarın 3-4-ü tərxis olunasıydı”.

Üç övladı olduğunu deyən ana bildirdi ki, Əhməddən başqa bir oğlu, bir qızı var. “Yoldaşım Birinci Qarabağ müharibəsi veteranıdır, 1992-ci ildən 1996-cı ilə qədər cəbhədə olub. Veteranlıq vəsiqəsi var. Böyük oğlum Murad 44 günlük Vətən müharibəsində iştirak edib, veterandır, iki medalla təltif olunub”.

Ana Əhməddən danışdıqca gözləri dolub-boşalır, həyacanlanırdı, balasının 19 illik nakam ömrünü kino lenti kimi gözlərinin qarşısında canlandırmaq ananı haldan-hala salırdı. “Əhməd birinci sinfə gedəndə əlində bayraq tutmuşdu, şəkilləri də var. Əsgərliyə də gedəndə bayrağımıza bürünmüşdü. Əhmədin arzusu 44 günlük müharibədə iştirak etmək idi. Hey deyirdi ki, mənim vaxtım gəlsəydi müharibəyə gedərdim. Sanki şəhid olacağı günü hər gün səbrsizliklə gözləyirdi. Deyirdi ki, bizim torpaqlarımız nəyə görə işğalda qalmalıdır, torpaqlarımızı azad edib şəhid olmaq istəyirəm, vaxtım niyə gəlmir ki, müharibəyə gedəm. O qədər vətənpərvər idi, o qədər vətənə sevgi ilə böyümüş uşaq idi ki...Əhməd çox zəhmətkeş uşaq idi. Məktəbdə oxuya-oxuya gündəlik işlərə gedirdi, ordan qazandığı pulu gətirib hazırlıqlarına verirdi. Gah benzindoldurma məntəqəsində işləyirdi, gah başqa işlərə gedirdi. Çalışırdı ki, işləyib pul qazansın və gələcəkdə yaxşı təhsil alsın, öz həyatını qursun”.

Ceyhunə xanım oğlunun şəhid olduğu günü xatırladıqca göz yaşlarını saxlaya bilmir, deyir ki, heç o günü unuda bilmir: “Əhməd sentyabrın 19-u gündüz saat 12-yə 7 dəqiqə qalmış atasına zəng vurub deyib ki, ata, vəziyyət ağırdır, hər şey ola bilər. Amma hər şey yaxşı olacaq, siz özünüzdən muğayat olun. Sonra qardaşı və bacısı ilə danışıb. Dayısına zəng edib “nənəmi sənə tapşırıram. Vəziyyət pisidir. Ola bilsin gediş də, dönüş də olsun. Qayıda da, qayıtmaya da bilərəm” deyib.

Əhməd şəhid olmamışdan üç ay əvvəl iyun ayının 13-də evə məzuniyyətə gəlmişdi. İyunun 16-da video çəkib, Videoda deyir ki, ola bilsin sağ getdim, salamat qayıtmadım”. Atası ilə də danışanda deyib ki, ata, səni zirvələrə ucaldacağam. Biz çox kasıb ailə olmuşuq. Əhmədi kasıbçılıqla, fəhləçiliklə böyütmüşük. Günü on manata “parniklərdə” işləyə-işləyə Əhmədi ərsəyə çatdırmışam. Deyirdi ki, ay ana, sənin üç ay çətinliyin var, üç aydan sonra hər şey yaxşı olacaq, səni işləməyə qoymayacağam (ağlayır). Əhməd mənim sonbeşiyim idi.

Əhməd şəhid olduğu gün icra hakimiyyətinə getmişdim ki, mənə iş versinlər. Nə vaxta qədər “parniklərdə” işləməliyəm? Yoldaşım da, böyük oğlum da veterandır. İcra hakimiyyətində oğlumun şəhid olduğunu bilirmişlər. Mənə orda dedilər ki, siz evinizə gedin sabah sizin oğlunuza da, yoldaşınıza da iş veriləcək. Mən evə qayıtdım, 5-ə 20 dəqiqə qalmış evə çatdım. Murad mənə zəng vurdu ki, ay ana, icra nümayəndəsi mənə zəng edib “ay Murad, müharibə başlayır veteranlıq vəsiqəni də götür gəl” deyir. Sən demə Muradı aldadırmışlar. Onlar Əhmədin şəhid olduğunu bilirmişlər. Bu halətdə bizim kənd nümayəndəsi həyətə girdi və o ağzını açmamış dedim ki, onsuz da oğlum yarımcan olub gəlib, onu hara aparırsız? Kənd nümayəndəsinin rəngi qapaqara oldu, darvazadan çölə çıxıb yoldaşımın və qayınlarımın nömrəsini istədi.

Bizim evimiz pis vəziyyətdə idi, kredit götürüb evin damını vurmuşduq. Elə bildim, yoldaşıma nə isə olub, çox narahat oldum. O, “Əhməd yaralanıb” dedi. Dedim yaralanıb nədir? Əhməd atası, qardaş və bacısı ilə bir neçə saat əvvəl danışıb. Baxdım ki, dünyam dağılıb, camaat başıma tökülüşdü. Gecə saat 10-da Əhmədin nəşini gətirdilər. Onda atası da Şuşada işləyirdi. Atasına xəbər veriblər, o da Beyləqana gəlib, uşağımın meyiti yuyulub kəfənlənib. Əhmədin nəşini atası özü gətirib gəldi (ağlayır).

Əhməd şəhid olmamışdan əvvəl dostlarına deyib ki, həyatda üç arzum var. Birinci arzum oxumaq idi, kollecə qəbul oldum, ikinci arzum evimizin olmasıdır, evimiz çox pis gündədir, üçüncü arzum sevdiyim qıza qismət olmaqdır. Sevdiyi qız vardı. Dedi ki, ana, yanvarda gələcəyəm sevdiyim qıza nişan apararsan. Əhmədin bütün arzuları yarımçıq qaldı. Əhmədsiz günlərimiz çox ağır keçir. Bala itkisi ata-ana üçün çox ağırdır. Əhməd kimi oğulların anaları çox əziyyət çəkir. Qapı açılanda elə bilirəm gələn Əhməddir. Əhmədin ayaq səslərini eşidirəm, amma görürəm ki, yanımda yoxdur. Ağlayıram, ağlayıram görürəm ki, gzölərimin üstünə ağ cuna kimi bir şey salır ki, ağlamayım. Bilmirəm xəyaldır, yuxudur, yoxsa gerçəklikdir, mən Əhmədi yaxından hiss edirəm. Əlimlə qapını bağlayıram, görürəm ki, qapı açıqdır. Nədir bu, bimirəm...”

Şəhid Əhməd Zamanlı “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Oğlunun Könüllü kəndində dəfn edildiyini deyən ana bildirdi ki, eyni zamanda yaşadıqları küçəyə Əhmədin adı verilib, adına bulaq da inşa edilib. “Mən çox pis oluram ki, Əhmədin adı verilən küçədə onun adı gəzir, özü gəzmir. Ağırdır, həm də hardasa bir təsəllidir ki, Əhməd unudulmur. 44 günlük Vətən müharibəsindən bəri Əhməd kəndimizin ilk şəhididir. Bir də Akif adlı şəhidimiz var, amma o, burda dəfn olunmayıb, Sumqayıtda dəfn olunub. Son dövrlər Əhməd Könüllüdə dəfn olunan yeganə şəhiddir. 1992-ci ildən sonra Könüllüyə ilk gələn şəhid Əhməddir. Əhmədin şəhid olmağına bizimlə bərabər bütün kənd ağladı, kənd də balama yas saxladı. Çox qorxmaz, mərd, cəsur, sözünü deyən bir oğul idi. Əhməd X-XI sinifdə oxuyanda deyib ki, mənim adım tarixə düşəcək. Əhməddən soruşurdum ki, ay Əhməd məni çox istəyirsən yoxsa sinif rəhbərin Mənsurə müəlliməni? Deyirdi ki, ay ana, heç bir fərq qoymuram, sən mənim süd anamsan, o mənim bilik anamdır. Mənsurə müəlliməsinə demişdi ki, gün gələcək, o lövhədəki şəhidlərin şəklinin ortasına mənim şəkilimi vuracaqsımız. Elə də oldu”.

Analar anar ağlar,

Tellərin sanar ağlar.

Dönər ağ göyərçinə

Yollara qonar ağlar.

Şəmkirin Könüllü kəndində doğulan, 23 saatlıq antiterror tədbirləri zamanı Ağdərədə qəhrəmancasına şəhid olan Əhməd Azad oğlu Zamanlı tariximizin unudulmaz səhifələrində imzası olan Vətən oğullarındandır. Özü yaşamasa da, torpaqlarımızın azad olunması sevincini bütün Azərbaycana yaşadan oğullardan biridir. 19 yaşında şəhidlik şərbətini içən Əhməd balamızın xatirəsi hər zaman yaşayacaq...İgid ölər, adı qalar!..

Qeyd edək ki, iyunun 1-də Əhmədin ad günüdür, cənnətdəki 21 yaşı tamam olacaq...

İradə SARIYEVA
Şəmkir-Bakı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ