Bazar günü günü, 08 noyabr 2026
     

Doktorantura modeli hələ sovet qalıqlarından qurtulmayıb... Prezident də narazılıq bildirdi...

Image


İlqar Orucov: "Doktorantura ilə bağlı Nazirlər Kabineti standartlar təsdiqləməlidir və artıq bu standartlar ortaya qoyulmalıdır"

"Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, dünyada doktorantura təhsil sisteminin bir hissəsidir. Onun da proqramı, kreditləri var: "Yüksək keyfiyyətli kadr hazırlığı üçün biz doktorantura beynəlxalq şəbəkəsinə qoşulmalıyıq. Bu olmasa, elmimiz ölkə hüdudlarında qalacaq".

30 ildə milli model niyə yaranmayıb? Nə mane olub? Doktorantura təhsili modelində sovetizmin qalıqları nədən ibarətdir? Nələr ümumi işin irəliləməsinə maneçilik törədir? Doktorantura pilləsində, sistemində nələri islah etmək lazımdır? Sovetizmin qalıqları konkret nədən ibarətdir? Bundan necə xilas olmaq olar? 

"İsa müəllimin bu fikirlərini düzgün hesab edirəm" 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, AMEA-nın Ümumi iclasında iştirak edib və akademik İsa Həbibəylinin çıxışına diqqətlə qulaq asıb. "AMEA-nın illik Ümumi yığıncağında iştirak etdim, akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin çıxışını diqqətlə izlədim. Mən İsa müəllimin bu fikirlərini düzgün hesab edirəm. Düşünürəm ki, ümumilikdə beynəlxalq qabaqcıl təcrübə mənimsənilmədən, sözsüz, elmi kadr potensialımızı yüksəldə bilmərik. Açığı, son illərdə boşluqdan istifadə edərək, eyni zamanda yaranmış situasiyadan yararlanaraq bizim elmi mühitimiz kifayət qədər zəifləyib. Təsəvvür edin ki, bu da cəmiyyətdə alim nüfuzuna ciddi təsir göstərir. Müstəqillik illərindən başlayaraq 2013-cü ilə qədər bilirsiz ki, ali təhsil sistemində rüşvət və korrupsiya vardı, imtahan qiymətləri pulla yazdırılırdı və sair. Həmin dövrdə pulla oxuyan, heç bir savadı olmayan adamlar var ki, bu gün onlar elmlər doktorudur. Siz bilirsizmi bu nə deməkdir? Bunun kökündə nələr dayanır? Elmimizin bugünkü durumunun səbəbi həm də bunlardır. Onlar saxta himayəçilərin hesabına gəlib "alim" olublar. Təsəvvür edin ki, belələrini aspiranturanın, doktoranturanın kandarından belə buraxmaq olmazdı, amma onları buraxıblar, bu adamlar gəlib fəlsəfə doktoru, elmlər doktoru alimlik dərəcəsi alıblar. Ali Attestasiya Komissiyası bunlara qapıları açıb. İsa müəllim tamamilə doğru deyir. Fikrimcə, biz kadr hazırlığına xüsusi yanaşmalıyıq, kifayət qədər həssas və şəffaf yanaşmalıyıq. Elmdə himayə lazımdır. Himayəni bilirsiz necə adama edərlər? Kasıb, arxasız, amma savadlı və istedadlı adamı himayə edərlər"-deyə İ.Orucov qeyd etdi. 

İ.Orucovun sözlərinə görə, belə olarsa, bu olar əsl himayə, elmdə himayə budur: "Biz belə himayəni zaman-zaman alimlərimizin timsalında görmüşük. Yerində olan bir nümunə çəkim: Azərbaycanda xeyli sayda yazıçılar, filologiya elmləri doktorları, professorlar, kafedra müdirləri olub, onlar arasında dünyasını dəyişənlər də, yaşayanlar da var. Bilirsiz, Mir Cəlal Paşayevi insanlar nə üçün yaxşı mənada xatırlayırlar, ona rəhmət deyirlər? Çünki o, kənddən-kəsəkdən gələn kasıb, amma istedadlı tələbəni evinə aparırmış, evində ona isti xörək verirniş və ona paltar alırmış, ona kömək edirmiş ki, bu tələbə ali məktəbi bitirəndən sonra kəndə qayıtmasın, qalıb elmlə məşğul olsun. Mən bunu onun tələbəsi olmuş və yüksək elmi titul daşıyan insanların dilindən eşitmişəm. Şəxsi həyatımda görmüşəm. Mənim elmi rəhbərim akademiyanın prezidenti olmuş adam akademik Mahmud Kərimov mən doktoranturada oxuyanda cibindən mənə pul verirdi ki, oğlum, bilirəm maddi imkanın yoxdur, hər şey yaxşı olacaq, elmdən getmə, elmlə məşğul ol. O, elmi rəhbəri olduğu istedadlı gənclərə bu cür münasibət bəsləyirdi. Elmdə himayəçilik bu cür olmalıdır. Eyni zamanda da doktoranturaya münasibətdə bu özünü göstərməlidir. Sovet dövründən qalma modelin doktoranturada hələ də qalmasına səbəb olan bir sıra amillər var. Yeni modelin yaranmasına nə mane olub, deyə bilmərəm. Vaxtilə akademiyada gənclər işinə, hərəkatına rəhbərlik etmişəm, o hərəkatı quran adam olmuşam. O dövrdə bəzən aspiranturaya plan yerləri dolmurdu. Biz yerlərin boş qalmaması üçün bir az yumşaq metodlardan istifadə edirdik, istedadlı adamların oxumasına şərait yaradırdıq. O vaxt da bundan sui-istifadə edənlər vardı, bu gün də var. İsa müəllim düz deyir. Bu gün elmə gəlmək istəyən xeyli sayda gənclərimiz var. Dövlətimiz inkişaf edir, ölkənin iqtisadi potensialı xeyli dərəcədə güclənib, iqtisadi  imkanlar artıb. Elmə sərmayə qoyulacaq, gerçəkdən də elmin gələcəyi çox yaxşı olacaq. Elmin idarə edilməsi ilə bağlı yeni yanaşmalar tətbiq olunur. Elm və Təhsil Nazirliyi yaradılıb. AMEA-nın inkişafı ilə bağlı cənab Prezidentin çox yaxşı qərarları var. Hesab edirəm ki, bu gün akademiyaya rəhbərlik edən insanlar təmiz insanlardır. Yəqin ki, prosesin yaxşılığa doğru getməsində maraqlıdırlar. Elm və Təhsil Nazirliyi də bu işdə maraqlıdır. Ölkə başçısı ölkənin hərtərəfli inkişafında elmin rolunu düzgün qiymətləndirir. Həm də qalib ölkənin elmi də, orta və ali təhsili də çox yüksək səviyyədə olmalıdır. Bu baxımdan, doktoranturaya, elmi kadr hazırlığına münasibət tamamilə müasir standartlara uyğun olmalıdır. Bundan sonra hesab edirəm ki, ən azından bu yanaşmaları tətbiq etməliyik. Akademiya prezidenti də dedi, hesab edirəm ki, doktorantura təhsilini beynəlxalq, Avropa, Amerika, Yaponiya təcrübəsi əsasında qurmalıyıq. Söhbət elm və təhsil tutumlu ölkələrin təcrübəsi əsasında təşkil olunan doktorantura təhsilindən gedir. Bu təhsilin vacib bir pillləsidirsə, təbii ki, burda ənənəvi formada yanaşmalar mümkün deyil. 

SSRİ dövrünün yanaşması necə idi? Doktoranturaya qəbul olursan, konkret olaraq xarici dildən, ixtisasdan imtahan verirsən, daha sonra sən sərbəstsən, dərs yoxdur, elmi rəhbərinin rəhbərliyi altında elmi tədqiqatla məşğul olursan. Amma xaricdə belə deyil. Mən bunu müşahidə etmişəm. İllərdir düşünmüşəm ki, bu bizdə nə üçün tətbiq olunmur. Hesab edirəm ki, artıq zamanı gəlib və doktoranturaya bu yanaşma mütləq olacaq. Elmi kadr hazırlığı ilə əsasən Elm və Təhsil Nazirliyi və AMEA məşğuldur. Eyni zamanda müxtəlif qurum və təşkilatların nəzdində olan sahə institutları da bu işə töhfə verməlidir. Hesab edirəm ki, doktorantura ilə bağlı Nazirlər Kabineti standatlar təsdiqləməlidir və artıq bu standartlar ortaya qoyulmalıdır"-deyə İ. Orucov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ