Cümə günü, 06 noyabr 2026
     

Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

Image


Azərbaycan dövlətinin Böyük Qayıdış planına uyğun olaraq əhalinin öz yurdlarına köçürülməsi prosesi gedir, məskunlaşdırma işləri aparılır. Bu proqramın əsas hədəflərindən biri azad bölgənin təhsil sisteminin yenidən qurulmasıdır.

2025-ci ilin yanvar ayında Elm və Təhsil Nazirliyinin yaydığı rəsmi məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 11 məktəb və 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Azad ərazilərdəki ümumi təhsil müəssisələrində 2212 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 272 təhsilverən məşğul olur. Bu günlərdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumatda isə bildirilir ki, azad edilmiş ərazilərdə 6 məktəbəqədər təhsil müəssisəsində 211 uşaq təhsil alır.

“Bu göstəricilər qayıdışın ilk mərhələsində təhsilin rolunu...”

Tanınmış təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatın bərpası və insanların doğma yurdlarına qayıtması üçün infrastruktur layihələri geniş şəkildə həyata keçirilir. “Bu prosesin ən vacib komponentlərindən biri də təhsildir. Hazırda azad edilmiş rayonlarda 11 məktəb və 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 2 mindən çox şagird təhsil alır, 300-ə yaxın müəllim işləyir. Məktəbəqədər təhsil müəssisələrində isə 211 uşaq təhsilə cəlb olunub. Bu göstəricilər qayıdışın ilk mərhələsində təhsilin rolunu vurğulasa da, ümumi mənzərədə ciddi çağırışların mövcud olduğunu göstərir.

Böyük Qayıdış çərçivəsində təhsilin inkişafı təkcə məktəblərin tikilib istifadəyə verilməsi ilə məhdudlaşmır. İnsanların bu bölgələrə qayıdıb davamlı yaşayış qurması üçün təhsil infrastrukturu yüksək səviyyədə qurulmalı və cəmiyyətə inteqrasiya edilməlidir. Məsələn, Füzuli, Zəngilan və Şuşa kimi şəhərlərdə yeni məktəblər tikilsə də, həmin məktəblərdə təhsil alan şagirdlərin sayı hələ də gözləniləndən azdır. Bu, insanların qayıdış tempinin yavaş olması ilə bağlıdır. Əgər 11 məktəbdə cəmi 2 min şagird təhsil alırsa, bu o deməkdir ki, hər məktəbə orta hesabla 180 şagird düşür. Halbuki, Azərbaycan üzrə məktəblərdə orta hesabla siniflərdə 20-30 nəfər şagird olur və bu göstərici böyük şəhərlərdə 35-40-a qədər yüksəlir. Bu statistika azad edilmiş ərazilərdə məskunlaşmanın hələ tam sürətlə getmədiyini və təhsil müəssisələrinin potensialının tam istifadə olunmadığını göstərir”-deyə K.Əsədov bildirdi.

K.Əsədovun sözlərinə görə, məktəbəqədər təhsilə gəlincə, burada vəziyyət daha da diqqət çəkicidir. “Azad edilmiş ərazilərdə 6 bağçada cəmi 211 uşaq təhsil alır. Bu isə hər bağçaya orta hesabla 35 uşaq düşdüyünü göstərir. Halbuki, orta hesabla bir bağçada 100-150 uşaq olmalıdır ki, onun fəaliyyətinin effektivliyi təmin olunsun. Məktəbəqədər təhsilin inkişafı bölgənin sosial strukturunun formalaşması üçün olduqca vacibdir. Çünki ailələr qayıdarkən ilk növbədə övladlarının təhsil məsələsini həll etməyə çalışır. Əgər bölgədə məktəbəqədər təhsil infrastrukturunun inkişafı zəif olarsa, bu, ailələrin şəhərlərə yönəlməsinə və bölgəyə qayıdışın ləngiməsinə səbəb olacaq.

Təhsil müəssisələrinin bərpası və yenilərinin tikilməsi Böyük Qayıdış prosesinin yalnız fiziki infrastruktura əsaslanan hissəsi deyil, həm də sosial və mədəni inteqrasiyanın əsas mexanizmidir. Məktəblər yalnız tədris ocağı deyil, eyni zamanda, yerli icmaların formalaşmasına və sosial həyatın canlanmasına töhfə verir. Şuşa, Ağdam və Füzuli kimi bölgələrdə yeni məktəblərin açılması həmin bölgələrdə həyatın yenidən qurulmasına təkan verir. Lakin bu proses təkcə məktəblərin sayını artırmaqla kifayətlənməməlidir. Tədrisin keyfiyyəti, müasir təhsil proqramlarının tətbiqi və müəllimlərin sosial təminatı kimi məsələlər də prioritet olmalıdır.

Təhsil infrastrukturunun inkişafı eyni zamanda iqtisadi və mədəni inkişaf üçün də vacibdir. Azad edilmiş ərazilərdə yeni məktəblərin açılması bu bölgələrdə müəllimlər və digər təhsil işçiləri üçün iş yerləri yaradır. Müəllimlərin həmin bölgələrdə işləməsi və uzunmüddətli məskunlaşması üçün onların əməkhaqqı artırılmalı, əlavə sosial təminatlar verilməlidir. Hazırda bölgədə 300-ə yaxın müəllim çalışır ki, bu da orta hesabla hər məktəbə 27 müəllim düşməsi deməkdir. Bu göstərici Azərbaycandakı ümumi orta məktəblərdə müəllim-şagird nisbəti ilə müqayisədə nisbətən azdır. Regionlarda müəllim çatışmazlığı problemi əvvəldən mövcud olub və hazırda azad edilən ərazilərdə də bu çatışmazlıq hiss olunur.

Digər tərəfdən, məktəblərdə tədris proqramının məzmunu da azad edilmiş ərazilərdə təhsilin inkişafında mühüm rol oynayır. Qarabağın tarixi, mədəni irsi və Azərbaycanın bu bölgədəki varlığının qorunması məqsədilə xüsusi dərs proqramları tərtib olunmalıdır. Şuşa kimi mədəniyyət mərkəzlərində musiqi və incəsənət üzrə ixtisaslaşdırılmış məktəblərin açılması bölgənin mədəniyyətinin bərpasına böyük töhfə verə bilər. Bununla yanaşı, STEAM təhsili və texniki-peşə yönümlü təhsil müəssisələrinin yaradılması bölgənin gələcək iqtisadi potensialını formalaşdırmaq üçün vacibdir”.

“Azad edilmiş ərazilərdə təhsilin gücləndirilməsi, həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan...”

K.Əsədovun fikrincə, azad edilmiş ərazilərdə təhsilin bərpasında qarşıya çıxan əsas problemlərdən biri də bölgədə infrastruktura tam çıxışın təmin edilməməsidir. “Məktəblərin açılması vacibdir, lakin bu məktəblərə rahat yol, internet, su və enerji təminatı da əsas prioritetlərdən biri olmalıdır. Əgər məktəblərdə müasir laboratoriyalar, kompüter otaqları və texniki avadanlıqlar olmasa, təhsil prosesinin effektivliyi aşağı düşəcək. Regionlarda fəaliyyət göstərən məktəblərdə müasir texnologiyaların tətbiqi ilə bağlı proqramların həyata keçirilməsi təhsil keyfiyyətinin artırılmasına töhfə verə bilər.

Məktəblərin fəaliyyəti və inkişafı təkcə dövlətin məsuliyyəti deyil, həm də özəl sektorun və beynəlxalq təşkilatların dəstəyi ilə daha effektiv həyata keçirilə bilər. Bir sıra beynəlxalq təşkilatlar post-münaqişə zonalarında təhsilin bərpasına dəstək göstərir. Azərbaycanın azad edilmiş ərazilərində təhsil müəssisələrinin inkişafı üçün bu cür dəstəklərin artırılması və dövlət-özəl tərəfdaşlığı modeli üzərində iş aparılması faydalı olardı.

Müəllimlərin bölgəyə cəlb edilməsi və onların sosial təminatının gücləndirilməsi Böyük Qayıdış prosesində xüsusi diqqət tələb edir. Hazırda azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəllimlərin bir qismi bölgəyə ezam olunanlardır. Bu isə davamlı təhsil sisteminin qurulmasını çətinləşdirir. Müəllimlərin həmin bölgələrdə yaşaması və uzunmüddətli fəaliyyət göstərməsi üçün onların mənzil və digər sosial təminatları yaxşılaşdırılmalıdır.

Bütün bu məsələlər nəzərə alınarsa, Böyük Qayıdış çərçivəsində təhsilin inkişafı yalnız məktəblərin açılması ilə məhdudlaşmamalı, eyni zamanda keyfiyyətli təhsil sisteminin qurulmasına yönəlməlidir. Azad edilmiş ərazilərdə təhsil təkcə məktəbə getmək anlamına gəlmir, bu bölgələrin yenidən inkişaf etməsi, yeni nəsillərin vətənpərvər ruhda böyüməsi və Azərbaycanın gələcək iqtisadi potensialının formalaşması üçün əsas faktorlardan biridir. Təhsil yalnız gələcəyin təminatçısı deyil, eyni zamanda, milli kimliyimizin qoruyucusudur. Azad edilmiş ərazilərdə təhsilin gücləndirilməsi, həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək”-deyə K.Əsədov vurğuladı.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ