Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qərbi Azərbaycanın şivə və ləhcələri...

Image


“Qərbi Azərbaycan mədəniyyəti” rubrikasında  Qərbi Azərbaycan mahallarının şivələri, ləhcələri, dialektləri, şivələrində işlənən söz və ifadələr, onların toplanması, tədqiqi və sair barədə söhbət açmaq istəyirik.

Qərbi Azərbaycanın 16 mahalı var və bu mahalın da hər birinin öz danışıq tərzi, şivələrində istifadə etdiyi sözlər mövcuddur. Bu da təbii olaraq o ellərin özünəməxsusluğunun örnəyidur. Ümumiyyətlə, ləhcələr və şivələr, dialektlər xalqın əslini, ruhunu, mahiyyətini ifadə edən məfhumlardır. Bir ərazini yaxşı öyrənmək gərək olduğunda şivələrin öyrənilənəsinə xüsusi əhəmiyyət verilir. İlkin tələb bu olur ki, ləhcələr, şivələr, şivələrdə işlənən sözlər, onların mənaları öyrənilməlidir.

Əslində o yerlərdən toplanan folklor nümunələri, bayatılar və başqa xalq yaradıcılığı örnəkləri yerli ləhcələr barədə geniş məlumat verir.

2023-cü ildə  “Qərbi Azərbaycan şivələri lüğəti” nəşr olunub ki, tərtib edəni filologiya üzrə fəlsəfə doktoru Almaz Bədəlovadır. Kitabın annotasiyasında vurğulanır ki, luğətdə Qərbi Azərbaycan şivələrində işlənən söz və ifadələr toplanmışdır. Lüğət Azərbaycan dili şivələrinin leksikasının, Azərbaycan dilinin tarixi leksikasının, Qərbi Azərbaycanın etnoqrafiyasının öyrənilməsində, türk dillərinin etimoloji lüğətinin hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.

Filologiya elmləri doktoru, professor İbrahim Bayramov nəşrə yazdığı ön sözdə vurğulayır:  “Tarixən Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində Azərbaycanın tarixi ərazilərindən biri olan Qərbi Azərbaycan indi Ermənistan Respublikası adladırılan ərazini əhatə edir. Qərbi Azərbaycan coğrafi məhfum kimi 1988-ci ildən etibarən-azərbaycanlılar indiki Ermənistan Respublikasından tarixi etnik torpaqlarından qovulduqdan sonra işlədilməyə başlamışdır. Artıq inam və əminliklə qeyd edə bilərik ki, indi Qərbi Azərbaycan Ermənistan Respublikası coğrafi məfhumunu tam əvəz edə bılir. Qərbi Azərbaycan adını özündə ehtiva edən Azərbaycan dilində çap olunmuş İ.Bayramovun “Qərbi Azərbaycan toponimlərinin tərkibində işlənən söz və coğrafi terminlər lüğəti” (Bakı, “Elm”, 2000), “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” (Bakı, “Elm”, 2002), “Qərbi Azərbaycan toponimləri sistemi” (Bakı, “Elm”, 2005), “Qərbi Azərbaycan şivələrinin leksikası ” (Bakı, “Elm və təhsil”, 2011), “Qərbi Azərbaycan:

Tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti” (Bakı, “Elm və təhsil”, 2011), Alı Safolunun (Alıyev) “Qərbi Azərbaycanda (indiki Ermənistan) yaşamış azərbaycanlıların tarixi faciələri (1905-1991), Dərələyəz dəhşətləri” (Bakı, “Adiloğlu”, 2001), H.Mirzəyevin “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (Bakı, “Elm”, 2004), Ə.Ələkbərlinin “Qərbi Azərbaycan” I c., Vedibasar mahalı (Vedi və Qarabağlar rayonları), (Bakı, “Ağrıdağ” 2000), “Qərbi Azərbaycan”, II c., (Zəngibasar, Qəmərli və Ellər rayonları), (Bakı, “Ağrıdağ”, 2002), “Qərbi Azərbaycan abidələri” I (Bakı, “Nurlan”, 2006), “Qərbi Azərbaycanın dialektoloji lüğəti, 1-ci kitab, Vedibasar, Zəngibasar, İrəvan Çuxuru,” (Bakı, “Ağrıdağ”, 2009), rus dilində çap olunmuş “İstoriçeskaə qeoqrafiə Zapadnoqo Azerbaydjana” (Baku, “Azerbaydjan”, 1998), ingilis dilində çap olunmuş “Historical Geography of Western Azerbaijan” (Baku, “Nicat-K”? 2006) kitabları nəşr olunmuşdur. Artıq “Qərbi Azərbaycan icması” adlı ictimait təşkilat da fəaliyyət göstərir. Qərbi Azərbaycan deyəndə İrəvan və Gümrü şəhərləri, Vedibasar, Zəngibasar, Göyçə, Dərələyəz, Dərəçiçək, Qərbi Zəngəzur, Ağbaba gözlərimizin önündə canlanır.

Tarixən indiki Ermənistan ərazisində sak, kimmer, şirak, quqar, cinli, oğuz, sabunçu, baharlı, bayandur, qacar, peçeneq, qazax, əfşar, xalac, şamlı, ustaclı, türkmən, ayrım, qarapapaq, muğanlı, sofulu, qapan və b. qədim türk tayfaları yaşamışdır. İndiki Ermənistanın köklü sakinləri də məhz azərbaycanlılar olmuşdur. Ermənilər bu ərazilərə 1828-ci ildə  bağlanmış Türkmənçay müqaviləsindən sonra İrandan, Türkiyədən və digər xarici ölkələrdən köçürülüb yerləşdirilmişdir. Bunu Qərbi Azərbaycan ərazisindəki tarixi toponimlər də təsdiq edir. İrəvan xanlığı ərazisində movcud olmuş toponimlər yalnız Azərbaycan dili əsasında yaranmışdır. Eyni zamanda bir məsələni də qeyd etmək yerinə düşər ki, XIX əsrin əvvəllərindən XX əsrin 30-cu illərinə kimi indiki Ermənistan ətazisində belə erməni mənşəli toponim olmamışdır.

İndi Ermənistan Respublikası adlandırılan Qərbi Azərbaycanda azərbaycanlılar erməni vəhşiliyinin qurbanı olmuş, zaman-zaman öz atababa torpaqlarından deportasiya olunmuşlar. Təkcə XX əsrdə dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1991) azərbaycanlılar ermənilərin soyqırımına məruz qalmışlar. Bütün bunlara baxmayaraq Qərbi Azərbaycanda azərbaycanlılar milli varlıqlarını, adət-ənənələrini qoruyub saxlamışlar. Eyni zamanda Qərbi Azərbaycanın azərbaycanlılar yaşayan bütün bölgələrdə hər bölgənin özünəməxsus şivə xüsusiyyəti mühafizə olunmuş, assimiliyasiyaya məruz qalmamış, Qərbi Azərbaycanın Azərbaycan dili şivələri özünənəxsus dialekt xüsusiyyətləri ilə Azərbaycan dili şivələrində süsusi yer tutur. Qərbi Azərbaycan şivələrinə indiki Ermənistanın Ağbaba, Dağ Borçalısı (Barana, Böyük Qarakilsə, Calaloğlu, Kalinino, Hamamlı), Qərbi Zəngəzur (Qafan, Gorus, Meğri, Qarakilsə), Göyçə (Kəvər, Basarkeçər, Çəmbərək), Karvansaray, Dərələyəz (Paşalı, Keşişkənd), İrəvan, (Vedi, Zəngibasar, Əştərək) şivələri daxildir.  “Qərbi Azərbaycan şivələri lüğəti” adlı lüğət “Azərbaycan dilinin dialektoloji lüğəti” (1964 və 2007-ci il nəşrləri), Z.V. Vəliyevin “Basarkeçər rayonu şivələri” (1954), Q.Bağırovun “Ermənistan SSR Sisyan rayonunun Azərbaycan dili şivələri” (1966), F.Babayevin “Ermənistan SSR Masis rayonu şivələri” (1988) fəlsəfə doktorluğu dissertasiyaları, Ə.Əliyevin “Azərbaycan dilininn Meğri şivələri” (2003), H.Mirzəyevin “Dərələyəz mahalının toponimləri və şivə sözləri” (2003), Ş.Kərimovun “Azərbaycan dilinin Çəmbərək və Karvansaray şivələri” (2004), M.Süleymanlının “Söz içində söz” (2006), A.Qurbanovun “Qərbi Azərbaycanın Cucikənd şivəsi” (2007), Ə.Ələkbərlinin “Qərbi Azərbaycanın dialektoloji lüğəti”, I kitab, İrəvan Çuxuru (Vedibasar, Gərnibasar,

Zəngibasar mahalları və İrəvan şəhəri) (2009), İ.Bayramovun “Qərbi Azərbaycan şivələrinin leksikası” (2011), A.Bayramov və A.Bayramovanın “Ağbaba şivəsi sözlüyü” (2014) əsərləri, C.Cəfərovun “Hamamlı kənd şivəsinin lüğətinə dair bəzi qeydləri” (1970) adlı məqaləsi, eyni zamanda Qərbi Azərbaycandan olan informatorlardan toplanılmış materiallar əsasında hazırlanmışdır”.

Bu sahədə çox böyük mütəxəssis olan İ.Bayramovun fikirləri bizə imkan verir ki, Qərbi Azərbaycan dialektinin toplandığını deyə bilək. Bu gün bu sahədə müxtəlif səpkili tədqiqat işlərinin olması müsbət effekt verir.

Professor İbrahim Bayramov “Qərbi Azərbaycan şivələrində qədim sözlər” məqaləsində yazır: “Azərbaycan təhsilinin, Azərbaycan dilinin tarixinin, inkişaf yolunun öyrənilməsi zamanı Qərbiycan ərazisi yaddan çıxarılmamalıdır. Çünki Qərbi Azərbaycan bütöv Azərbaycanın bir tərkib hissəsi olmuşdur. İndi Ermənistan adlanan Qərbi Azərbaycan şivələrinin öyrənilməsi XX əsrin 60-cı illərinə təsadüf edir.

Qərbi Azərbaycanın Çəmbərək, Karvansaray, Basarkeçər, Böyük Qarakilsə, Dağ Borçalısı (Calaloğlu,Kalinino), Barana, Ağbaba, Quqark rayonunun Azərbaycan şivələri qərb ləhcələrinin, Dərələyəz, İrəvan, Zəngibasar, Qarakilsə (Sisyan), Meğri, Qafan qauonunun Azərbaycan şivələri isə cənub qrupu ləhcələrinin xüsusiyyətlərini özündə əks etdirir.

Qərbi Azərbaycan şivələrinin leksikası zənginliyi, qədimliyi ilə seçilir və diqqəti cəlb edir. Bu şivələrdə tarixin qədim qatları ilə səsləşən sözlər dilimizin tarixi üçün əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan şivələrində Orxon-Yenisey abidələri, “Kitabi-Dədə Qorqud” dastanı, M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsəri ilə səsləşən kifayət qədər sözlər qorunub saxlanmışdır.

Ağız sözü Çəmbərək, Karvansaray şivələrində “yenicə doğmuş inək, camış və qoyunun ilk südü” mənasında işlənir. Ağız Şəki, Zaqatala, Qax şivələrində “qaramalın doğandan sonra ilk südü”, Ağdaş, Qax, Zərdab və Şəki şivələrində həm də “yeni doğan qaramalın ilk südündən bişirilən yemək” (pendir kimi olur) mənalarını ifadə edir.

Ağız sözü M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində ağuc fonetik formasında işlənmişdir və lüğətdə göstərilir ki, ağuc “ağız südü”, “inək və ya qoyun doğandan sonra sağılan ilk süd” mənasını bildirir.

Anarı sözünə “o tərəf” mənasında Ağbaba şivəsində anari, Çəmbərək şivəsində anarı, anqarı fonetik formalarında rast gəlinir…”

İ.Bayramovun tədqiqatları və təhlilləri çox maraqlıdır, biz onlara baxmaqla qədim sözlərin əsasən hansı ərazilərdə işləndiyini görürük. Bu gün Qərbi Azərbaycan elləri pərən-pərən salınsa da, onların şirin ləhcələri məişətdə yaşayır. Qərbi Azərbaycan şivələri o ellərin insanlarının bir rəmzidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ