Bakıda baş redaktor intihara cəhd etdi

img

Bakıda jurnalist intihara cəhd edib. Trend-in məlumatına görə, jurnalist Nəsimi Şərəfxanlı sirkə turşusu içərək zəhərlənib. O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-in sorğusuna cavab olaraq bildirib ki, jurnalist ağır vəziyyətdə şöbəyə yerləşdirilib.

"Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hazırda şöbədə müalicəsi davam etdirilir, vəziyyəti kafi qiymətlənidirilir", - E.Hidayətoğlu bildirib.

Xatırladaq ki, N.Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəridir.

Peşə etikası

Son xəbərlər