Laçında itkin düşən hərbçilərin axtarışları davam edir...

Mart ayının 5-də Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində itkin düşmüş 2 hərbi qulluqçusunun axtarışları davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
"Hava şəraiti əlverişsiz olsa da, yüksək dağlıq və çətin relyefli ərazilərdə axtarışlar aparılır. Hələlik axtarışlar nəticəsizdir”, - nazirlikdən bildirilib.
Xatırladaq ki, bu il martın 5-də Laçın rayonu ərazisində Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.