"Bu gün Azərbaycanda alimlərin yarısı təhsil sistemində çalışır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan alimlərinin I Qurultayındakı çıxışında deyib.
Nazir zamanı deyib ki, hazırda ölkədə 1267 elmlər doktorundan 939 nəfəri, 10444 fəlsəfə doktorundan 5011 nəfəri təhsil sistemində fəaliyyət göstərir. M. Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir.