çərşənbə günü, 23 sentyabr 2026
     

Zaqatalanın uca zirvələrə yüksələn qartalı... 24 il Vətənə qulluq etmiş Abakar! - FOTO

Image


Həyatda elə insanlar var ki, uşaq yaşlarından seçdikləri amal uğrunda daima ağıl və dərrakə ilə mübarizə aparırlar. Ömür yolunda rastlaşdıqları çətinliklərə sinə gərərək, enişli-yoxuşlu yolları çəkinmədən dəf edərək elə bir ömür yaşayırlar ki, belə insanların həyatı, onların mənalı ömrü milyonlara örnək olur. Əslində belə kəslər ailəsinin, valideynlərinin, yaşadığı Vətənin, xalqın və dünyaya göz açdığı məkanın etimadını doğrultmaq üçün vicdanla, halallıqla və seçilməklə elin gözündə ucalmağa çalışırlar. Xalqın əksəriyyəti də  bu müsbət keyfiyyətləri daşıyan insanlara tərəf can atır, belələrinə xüsusi hörmətlə yanaşırlar.

27 sentyabr 2020-ci il tarixində başlayan (əslində isə atəşkəs zamanında xain qonşuların təxribat-hücumları heç dayanmırdı – E.M.) İkinci Vətən müharibəsində Azərbaycan vətəndaşlarından kimlərin nələrə qadir olduğu bir daha sübut olundu. Bu müharibədə şanlı qələbə tarixini qanları ilə yazan elə qəhrəmanlar yetişdi ki, onlar haqqında romanlar, dastanlar, kitablar yazılsa da, göstərdikləri şücaətlər, qaniçən düşmənlərə qarşı necə döyüşdükləri barədə saatlarla, günlərlə, aylarla, illərlə danışılsa yenə də azdır, kifayət etməz.

Bu savaşda bütün hərbçilər rütbəsindən asılı olmayaraq birləşdilər, düşmənə qarşı fədakar mübarizə apardılar. Şanlı Ordumuzun yüzlərlə mayor, polkovnik-leytenantı, polkovniki, hətta generalları da siravi əsgərlərlə birlikdə səngərdə, ön cəbhədə erməni dığalarına qarşı vuruşdular. Azğın düşmənə diz çökdürdülər. Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq təcrübəli zabiti, ömrünün 24 ilini hərbiyə həsr etmiş, bu illər ərzində qüsursuz, nümunəvi xidmət etmiş, Müdafiə Nazirliyinin Qusar şəhərində yerləşən “N” saylı hərbi hissəsinin hərbi-siyasi işlər üzrə komandir müavini – mayor Abakar Məhəmməd oğlu Hacıyev ölkəmizin hərb tarixində yeni tarix yazdı. Hətta Böyük Vətən müharibəsində fərqli olaraq belə taktiki gediş etdi. Yüksək çinli zabitlər müharibə başlayan gündən bizim fəxrimiz mayor Abakar Hacıyevin rəhbərliyi ilə hərbi hissənin zabit, gizir, xidmətdən əlavə hərbi xidmətini davam etdirən, çavuş heyəti, sıravi əsgərlər tabor heyəti ilə müharibənin ilk günündən ön cəbhə xəttinə gedib ölüm-dirim mübarizəsinə başladılar...

Yaşadığı ömür yolunda hərbi qulluqçuluğu dövründə daima qartal kimi uca zirvələri dolaşan Azərbaycanın mərd oğlu, inadkar zabitimiz Abakar Hacıyev cəbhədə də qartal kimi azğın düşmənə qan udurdu. Hərbiçilərə, əsgərlərə ruh yüksəkliyi verərək son damla qanınadək döyüşdü... Döyüş əməliyyatlarını təşkil etməklə yanaşı, əlində silah əsgərlərlə çiyin-çiyinə vuruşdu, onları tək qoymadı mayor - “zampolit” Abakar Məhəmməd oğlu Hacıyev və Vətənimizin bütövlüyü uğrunda...

Bəs, bu İkinci Qarabağ savaşında əbədiyyətə qovuşan, qəhrəmanlıq dastanı yaratmış mayor şəhid Abakar Hacıyev kimdir? Gəlin, qəhrəmanımızla tanış olaq. O, 1979-cu il aprel ayının 11-də Zaqatala rayonu Dardoqqaz kəndində Məhəmməd kişi ilə Pirdas ananın ailəsində dünyaya göz açıb. Bu ailədə 3 qardaş - Abakar, Vüqar, Arif və 1 bacı - Gülnar böyüyüb, boya-başa çatıb. 2004-cü ildə dünyasını dəyişən Abakarın atası Məhəmməd kişi keçmiş “Bakı Fəhləsi” kolxozunda, kənddə baytar həkimi işləyib, yaxşı xidməti ilə el-obada böyük hörmət qazanan kişilərdən olub. Pirdas ana isə övladlarını halallıqla böyütmək üçün tütün əkib, barama yetişdirib və bağ-bağçaya qulluq edib, bar-bərəkət yetişdirib. Valideynləri hər övladını tərbiyəli, zəhmətsevər, nümunəvi və Vətənpərvər ruhda böyüdüblər. Həyat yoldaşı dünyasını dəyişəndən sonra ailənin yükünü çəkən Pirdas xanım övladlarını oxutduraraq oğlanlarını elimizin gözəl adət-ənənələri ilə evləndirib, qızını gəlin köçürüb. Artıq Pirdas ana nəvələri ilə bütün dərd, kədərini unutmağa çalışır. Haqqında danışdığımız qəhrəmanımız ailənin böyük övladı, dayağı, möhkəm dirəyi və ağsaqqalı olub.

Təbiətcən sakit, mülayim, xoş xasiyyətli olan Abakar məktəb yaşlarından yüksək rütbəli hərbçi olmaq arzusu ilə yaşayıb. O, əvvəlcə Sumaylı kənd məktəbinin 8-ci sinfini bitirdikdən sonra, 9-cu və 10-cu sinfi Zaqatala şəhərindəki Şıxali Qurbanov adına 3 saylı orta məktəbində oxuyub. Bu məktəbləri əla qiymətlərlə bitirən Abakar Hacıyev Ali Hərbi Dənizçilik Məktəbinə daxil olub.

“...Mən bir ana kimi Abakar hərbçi olmaq istədiyini bildirəndə tərəddüd etdim. Çünki o çox sakit təbiətli, kimsənin xətrinə dəymək istəməyən, ancaq yaxşılıq etməyə çalışan oğul idi, tarix-hərbi fənlərini böyük həvəslə ürəkdən öyrənirdi. Məktəb illərində tarixi qəhrəmanların həyatı ilə dönə-dönə maraqlanırdı. O, rus imperiyasına qarşı 25 il mübarizə aparan İmam Şamilin hərəkatı barədə dəfələrlə kitablar mütaliə etmişdi. Onun idealı İmam Şamilin güclü, qorxmaz sərkərdələrindən olan Hacı Murad idi. Lev Tolstoyun onun barəsində yazdığı “Qafqaz Qartalı” əsərini bir neçə dəfə oxumuşdu” –deyə oğlu şəhid olandan sonra qara libasını əynindən çıxartmayan Pirdas ana səbrlə, təmkinlə, mülayim səslə oğlunun keçdiyi ömür yolunu - həyatını nəql edir:

-Abakarın 11 yaşı olanda 20 Yanvar faciəsi, 13 yaşı olanda “Xocalı soyqırımı” törədilmiş və Qarabağda erməni azğınlar Birinci Qarabağ savaşına başlamışdı. Uşaq olmasına baxmayaraq, bu yaşananlar barədə necə hisslər keçirdiyini çox yaxşı başa düşürdü. Torpaq iddiasında olan xain qonşulara - erməni daşnaklarına qarşı necə nifrət olduğunu oxuyurdu. O, seçdiyi hərb sənətinə çox ürəkdən bağlı idi, bu mürəkkəb sahənin çətinliklərinə baxmayaraq, daha da təkmilləşməyə, təcrübəsini artırmağa, hansı hərbi hissədə çalışsa da inadkarlığı, dürüstlüyü ilə hamıya nümunə olmağa çalışardı. Gənc kadrlara gözəl məsləhətlər verər, onlaran hərbi-siyasi biliklərin öyrədilməsində böyük səy göstərərdi Abakar. Azərbaycan Silahlı Qüvvələrində 24 ildən çox zabit kimi xidmət edən oğlum eyni zamanda nigaran görünürdü. Çünki Azərbaycanımızın ərazisinin bir hissəsinin düşmən əsarəti altında olmasını qəbul etmirdi. Tezliklə müharibənin başlayacağına, həmin ərazilərin hərb gücü ilə qaytarılacağına əmin idi bizim fəxrimiz – fədaimiz...”

Ailəsindən öyrəndik ki, Abakar Hacıyev Ali Hərbi Dənizçilik Məktəbini müvəffəqiyyətlə bitirdikdən sonra leytenant kimi fəaliyyətinə Sumqayıt şəhər H.Z.Tağıyev adına qəsəbədəki Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində başlayıb. Yüksək intellektual səviyyəyə malik, mədəni davranışı ilə seçilən, əsl hərbiçiyə xas keyfiyyətləri olan, daima öz üzərində çalışmış Abakar Hacıyev daha sonra hərbi qulluğunu əsasən cəbhə bölgələrində yerləşən hərbi hissələrdə yüksək səviyyədə komandir kimi davam etdirib. Onun hərbi xidmət yolu Beyləqan, Füzuli, Goranboy rayonlarındakı “N” saylı hərbi hissələrdən keçib və Azərbaycan Silahlı Qüvvələrinin ən etibarlı andına sadiq zabit kimi yetişib. Abakar, eyni zamanda, dəfələrlə müxtəlif xarici ölkələrdə hərbi bilik və təcrübəsini artırmaqla yanaşı, hərbi-siyasi, döyüşə hazırlıq təlimlərində fəal iştirak edib. O, hər hansı bir hərbi hissədə xidmət etsə də, öz nümunəvi rəftarı, hərbi andına sadiqliyi ilə komandanlığın, zabit və əsgər heyətinin böyük hörmətini qazanıb. Milli Ordumuza neçə - neçə zabit yetişdirən, müxtəlif hərbi vəzifələrdə çalışan Abakar əlaçı, qüsursuz xidmətə, təcrübəli, yüksək çinli bir zabit kimi Müdafiə Nazirliyi tərəfindən dəfələrlə yubiley, qüsursuz xidmətə görə medallarla, fəxri fərmanlarla və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Azərbaycanımızın fəxri, qəhrəmanlar diyarı Zaqatalanın adını uca zirvələrə çıxarmış, daima qartal tək göylərdə bərq vuran, ağayanalığı ilə, nümunəvi tərbiyəsi ilə, hərbiçilərin - əsgərlərin sevimlisi olmuş Abakar Hacıyev həm də ailəcanlı ailə başçısı olub.

07 sentyabr 2007-ci il tarixdə rayonda tanınmış ziyalı, böyük hörmət qazanmış Arzu xanımla ailə həyatı qurmuşdu. Bu mərd zabitin qəlbən sevdiyi Arzu Hacıyeva da ali təhsillidir. O, Bakı Slavyan Universitetinin filologiya fakültəsinin rus bölməsini əla qiymətlərlə bitirmişdir. Abakar həyat yoldaşına, ailəsinə çox bağlı, diqqətcil adam olub. Ərlə arvad bir-birinə çox sadiq idi. Bu ailənin 3 övladı var. Böyük övladının - oğlu Hacı 12, qızı Elvira 10, son beşiyi Eldar isə 4 yaşındadır.

“Abakar 2017-ci ildə Müdafiə Nazirliyinin sərəncamı ilə Qusar şəhərində yerləşən “N” saylı hərbi hissənin komandir müavini təyin edilib. Ürəyi Vətən eşqi ilə döyünən, daima işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi üçün narahatlıq keçirən həyat yoldaşım 2016-cı ili aprel döyüşləri zamanı Goranboy rayonunda yerləşən hərbi hissədə komandir müavini idi. O da həmin döyüşlərin fəal iştirakçısı olsa da, bizə heç nə bildirməmişdi...” deyərək, sakitcə söhbətimizə qoşulan cəsur zabitimizin xanımı daha sonra əlavə etdi: “O, harda olursa-olsun daima bizimlə əlaqə saxlayır, yaşayışımısla maraqlanar, uşaqların hal-əhvalı, təhsili barədə soruşardı. Bizim problemlərimizi həll etməyə çalışardı. Hərbi xidməti barədə ailəmizdə heç nə danışmazdı. O, hərbi sirləri möhkəm saxlayar, bu barədə heç nə söyləməzdi. Hərbi hissədə böyüklü- kiçikli zabitlər, sıravilər də onun xətrini çox istəyirdilər. Hamı ilə necə davranmaq lazım olduğunu yaxşı bacarırdı. Abakarın hərbi xidmətini bitirməsinə bir ildən çox az vaxt qalmışdı. Təqaüdə çıxdıqdan sonra Ali Hərbi Məktəbdə müəllim işləməyi arzulayırdı Abakar... Ancaq... Qəfildən başlanan müharibə bütün arzularımızın üstündən xətt çəkdi. Üç övladını bizə əmanət qoydu, getdi... Bizə yaddan çıxmaz xoş xatirələr yaşatdı o...”

Zabit şəhidimizin əzizlərinin onun barəsində söylədiklərini dinlədikcə sanki Abakarın keçməkeşli, mənalı hərbçi həyatı kino lenti kimi gözümün önündən keçirdi. Bacısı Gülnarın qardaşı barədə dedikləri daha təsiredici idi. Təsəvvür edin ki, qardaş itkisi nə deməkdir bacı üçün. O, hisslərini belə misralarla ifadə etdi:

Göz yaşların sel olarmış,

Bu dünya puçmuş, yalanmış.

Qardaş sənin gedişin,

Ölümdən betər olarmış.

Yandırdı bağrımı bu həsrət,

Dondurdu qəlbimi bu həsrət.

Sağalmaz bir yara içində,

Yıxdı varlığımı, əzdi bu həsrət.

O, başqa cür adam idi. Hamımızın qayğıına qalırdı, diqqət yetirirdi, dərdinə şərik olur, köməyini əsirgəmirdi. Atamız dünyanı dəyişəndən sonra o bizə həm qardaş, həm də ağsaqqalıq etdi. Anamızın sağ əli oldu, bizə dayaq oldu. Mən Avrasiya Akademiyasında təhsil alanda hər gün mənim vəziyyətimlə, necə oxumağımla maraqlanar, hər bir problemimi həll edərdi... Daima cəbhə bölgələrdəki hərbi hissələrdə xidmət etdiyi üçün onu gec-gec görürdük. Sonuncu dəfə 6 ay əvvəl görüşmüşdük. Heç inanmazdım ki, bu, qardaşımla sonuncu görüşüm olacaq... Heyf Abakardan, əvəzedilməz qardaşım...”

Qaynanası Fatimat Bulayeva: Abakar ayrı oğul idi. Onda yüksək rütbəli zabitlərdə xarakterizə olan bütün müsbət dəyərlər vardı. Həm övladların müdrik bir atası, həm də Milli Ordumuzun beynəlxalq təcrübəli zabiti, komandiri kimi nadir insan idi. Onu oğlanlarımdan seçmirdim. Həmişə Vətən yanğısı ilə yaşayan Abakarımız həyatı gələcək nəslə nümunə olacaq bir ömür yaşadı. O, döyüş meydanında hərbçi yoldaşlarını tək qoymadı – Vətənimizin azadlığı yolunda o uca şəhidlik zirvəsini fəth etdi... Bizim qəlblərimizdə isə tarixi iz qoyub getdi...”

Bəli, 27 sentyabr 2020-ci il tarixində ermənilərin xaincəsinə təxribatından sonra başlanan Vətən müharibəsində xidmət etdiyi – komandir müavini olduğu hərbi hissənin tam zabit və əsgər heyəti ilə ön cəbhədə döyüşən Abakar Hacıyev mərdliyi, dönməzliyi ilə qəhrəmanlıq dastanı yaratdı – adını qızıl hərflərlə hərb tarixinə yazdı. Azərbaycan Silahlı Qüvvələrinin əvəzedilməz zabiti – mayor Abakar Hacıyev İkinci Vətən savaşında Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının azad edilməsində xüsusi şücaət göstərib. Döyüşçü yoldaşlarının bildirdiyinə görə, qorxmaz, mərd zabitimiz düşmənlə ölüm-dirim mübarizəsi apararaq əsas uğurlu döyüş əməliyyatlarının təşkil edilməsində fəallıq göstərib.

24 il Azərbaycanımızın Silahlı Qüvvələrində qüsursuz xidmət edən Abakar Hacıyev təqaüdə çıxmağa 1 il qalmış Hadrut uğrunda döyüşlərdə - 28 oktyabr 2020-ci il tarixində yaralı döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak olub.

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda həlak olan Abakar Məhəmməd oğlu Hacıyevin hərbi rütbəsi mayor olsa da, o, polkovnik-leytenant rütbəsi səviyyəsində hərbi hissənin komandir müavini kimi qulluq göstərirdi. Ömrünün yarısını hərbi xidmətə həsr etmiş təcrübəli zabitə müharibə başlananadək polkovnik-leytenant rütbəsi verilməli idi. Eyni zamanda Abakar Hacıyev hərbidəki əla xidmətlərə və müharibədəki igidliyə və şücaətə görə “Vətən Müharibəsinin Qəhrəmanı” fəxri adına təltif olunmalı idi. Çünki o buna layiqdir. Onunla hərbi hissədə xidmət edən və müharibədə onunla döyüşən hərbi qulluqçuların söylədiklərinə görə, şəhid zabitimizin çoxlu sayda yetirmələri bu savaşda həm şəhid, həm də qazi olaraq qəhrəmanlıq nümunəsi göstəriblər.

Prezidentin sərəncamı ilə elimizin fəxri, adı dillərdə dolaşan, gələcək nəslə nümunə olan Abakar Hacıyev göstərdiyi şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. 28.10.2020 –ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş zamanı həlak olan Abakar Hacıyev “Şəhid” və onun ailəsi “Şəhid ailəsi” statusu alıb.

...İndi-Dardoqqaz kəndində yaşayan Hacıyevlər ailəsinin ağbirçəyi Pirdas ana, şəhid zabitin ömür- gün yoldaşı olmuş Arzu xanım, onların 3 övladı, bacısı Gülnar, qardaşları Vüqar, Arif və digər əzizləri hələ də böyük səbrsizliklə Abakarın yolunu gözləyirlər. Böyük nigarançılıqla, ümidlərlə... Əlbəttə ki, doğulub, böyüyüb boya-başa çatdığı Dardoqqaz kənd qəbristanlığında uyuyan şəhid zabitimiz, komandir müavini Abakar Məhəmməd oğlu Hacıyev ölməzliyə qovuşub, daima qəlblərdə yaşayacaq, xatırlanacaq... yüksək rütbəli zabit, dəyərli-əsil insan kimi... Ruhun şad olsun...! Əziz qardaşımız...

Qeyd: Yaxşı olardı ki, Sumaylı kənd tam orta məktəbinin pedaqoji kollektivi şəhid zabit Abakar Məhəmməd oğlu Hacıyevin adının, onun ilkin təhsil aldığı həmin məktəbə verilməsinə təşəbbüs göstərsin.

Elman MALIYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 14:25
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

22.09.2026 / 13:03
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

22.09.2026 / 12:48
Prezident: "Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır"

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ