Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan Ensiklopediyası barədə yeni iradlar - redaksiya heyətinin reaksiyaları…

Image


Son dövrlər ayrı-ayrı şəxslər, elm adamları, eləcə də millət vəkilləri Azərbaycan Milli Ensiklopediyasının bərbad vəziyyətdə olduğu, eləcə də burada bir sıra materialların hazırlanmasında köçürmələrə yol verildiyi barədə ittihamlar səsləndirirlər.

Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediya­sının cildlərinin nəşrə hazırlan­ması və çapa təqdim edilməsi Azərbaycan Milli Elmlər Aka­demiyası tərkibində fəaliyyət göstərən xüsusiləşdirilmiş elmi təşkilat olan Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkə­zində həyata keçirilir. Bu elmi təşkilat “Azərbaycan Milli Ensik­lopediyası Elmi Mərkəzinin yara­dılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 may 2004-cü il tarixində imza­ladığı 206 saylı Sərəncamı ilə yaradılıb.

Elmi Mərkəz yaradıldıqdan 10 il sonra Azərbaycan Respubli­kası Prezidentinin Sərəncamı ilə tikilib istifadəyə verilmiş, əməkdaşların peşəkar fəaliy­yəti üçün hər bir şəraiti olan, yüksək memarlıq tələblərinə cavab verən, rahat və gözəl binaya köçürülüb.

5 may 2014-cü il tarixində yeni binanın açılışında Azərbaycan Respub­likasının Prezidenti iştirak edib və Ensiklopediyanın kollektivinə öz tövsiyələrini bildirib. Elmi Mərkəzdə Milli Ensiklopediyanın çapdan çıxmış bütün cildləri ilə yanaşı, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin və Azərbaycan Res­publikasıın Prezidenti İlham Əliyevin əsərləri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında 2012-ci ildə nəşr edilmiş “Azər­baycan Muğam Ensiklopediyası”, müxtəlif dillərdə yazılmış ensik­lopedik xarakterli kitablar və foli­antlar, o cümlədən, Raban Mavr tərəfindən tərtib olunaraq 847-ci ildə çapdan çıxmış dünyanın ilk ensiklopediyalarından biri olan “De rerum naturis” (“Əşyaların təbiəti”) kitabının orijinalını tam dəqiqliklə təkrar edən, Almani­yada hazırlanmış əla keyfiyyətli surəti var.

Elmi Mərkəzdə 110-dan artıq əməkdaş fəaliyyət göstərir. Bunların arasında həm uzun illər bu təşkilatda çalışmış təcrübəli ensiklopediya işçiləri, həm də bu işə yeni girişmiş gənclər də var. Elmin nailiyyətlərini və ictimai həyatın yeniliklərini kol­lektivin qarşısında işıqlandırmaq üçün buranın böyük akt zalında elmi seminarın vaxtaşırı iclas­ları keçirilir. Seminarın iclasla­rında çıxış etmək üçün görkəmli alimlər və ictimai xadimlər dəvət olunur.

Rəsmi qeyd edildiyinə görə, “Azərbaycan Milli Ensiklopedi­yası” Elmi Mərkəzinin əsas fəa­liyyət sahəsi təqribən 20 cilddən ibarət Azərbaycan Milli Ensiklope­diyasının yerdə qalan bütün cild­lərini yüksək keyfiyyətdə hazırla­yaraq çapa təqdim etməkdir və qarşıdakı illər ərzində bu mühüm vəzifə yerinə yetirilməlidir. Heç şübhə yoxdur ki, Ensiklopedi­yanın illər boyu birgə əmək pro­sesində formalaşmış peşəkar kollektivi Azərbaycan Preziden­tinin göstərdiyi qayğı nəticə­sində, Azərbaycan dövlətinin və Azərbaycan Milli Elmlər Akade­miyasının dəstəyilə bu məsuliy­yətli işin öhdəsindən gələcək. Bundan sonra Elmi Mərkəzdə hazırlanmış cildlərin xarici dillərə tərcüməsi, sahə ensiklopediya­ları, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinə, təbiət hadisələ­rinə, böyük əhəmiyyət daşıyan tarixi proseslərə həsr olunmuş və ensiklopedik xassəli başqa məc­muələrin işlənib hazırlanması və çapı nəzərdə tutulur.

Milli Ensiklopedi­yanın səviyyəsinin aşağı olması, onun qeyri-peşəkar səviyyədə hazırlanması ilə bağlı səsləndirilən ittihamlarla bağlı sözügedən nəşrlərin redaksiya heyəti ilə əlaqəmiz alınmadı. Buna görə də mövzu ilə bağlı Azərbaycan Milli Ensiklopedi­yası Elmi Mərkəzinin “Təhsil, mətbuat, televiziya, internet, turizm və idman” elmi redaksiyasının müdiri, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs, Əməkdar jurnalist Sevda Mehrəliyeva ilə əlaqə saxladıq.

  • “…hansı məsələlərlə razılaşmırsa…”

Azərbaycan Milli Ensiklopediyası ilə bağlı səsləndirilən fikirlərin heç birinin həqiqətə uyğun olmadığını qeyd edən S.Mehrəliyeva “Bakı-Xəbər”in telefonla müraciətinə cavabında bildirdi ki, bu fikirləri söyləyənlərin əksəriyyəti nəinki Azərbaycan Milli Ensiklopediyasının hazırlanması prosesindən, ümumiyyətlə, ensiklopediyanın hazırlanması prinsiplərindən xəbərsiz olanlardır. Əslində isə Milli Ensiklopediyanın hazırlanmasına çox ciddi və məsuliyyətlə yanaşılır, Milli Ensiklopediyanın müxtəlif sahələr üzrə akademiklərdən, həmçinin, yüksək səviyyəli mütəxəssislərdən ibarət, həm də sədr səviyyəsində təsdiq olunmuş redaksiya heyəti var. “Bilirsiniz, bəzi insanlar bütün sahələrdə yaxşını da pis görməyi ənənəyə çeviriblər. Milli Ensiklopediyanın vəziyyəti necə tənqid obyekti ola bilər ki, onun cildlərinin hazırlanmasında akademiklər, yüksək səviyyəli mütəxəssislər iştirak edir və bu, kollektiv əməyin məhsuludur. Biz bu işə o qədər həssaslıq və dəqiqliklə, həm də məsuliyyətlə yanaşırıq ki, onu ifadə etmək

çətindir. Artıq Milli Ensiklopediyanın “Azərbaycan” adlı xüsusi cildi (iki dildə) və universal ensiklopediyanın 9-cu cildi işıq üzü görüb, 10-cu cild üzərində iş gedir və paralel olaraq 11-ci cildin materialları hazırlanır. Hansısa bir sahə üzrə bir ensiklopedik məlumatın, məqalənin hazırlanması üçün müxtəlif mənbələrə müraciət edilir, bütün məlumatlar detallarına qədər dəqiqliklə əks olunur və zamanla həmin faktlar bir daha illərə uyğun olaraq yenilənir. Bəzən bir cilddə 5 mindən artıq məqalə yer alır. Ensiklopediyanın cildlərini hazırlayarkən biz rəsmi mənbələrə müraciət edirik. Hansısa bir ölkə haqqında məqalə hazırladığımız zaman mütləq həmin ölkənin rəsmi mənbələrindən istifadə edərək ona istinad edirik. Ensiklopedik məlumat hazırlamaq çox çətindir. Gərək o məqalədə məlumatların dəqiqliyi, səhihliyi tam qorunsun və o sahə ilə bağlı ən mühüm məlumatlar lakonik şəkildə və ensiklopedik üslub qorunmaqla əks olunsun. Məsələn, biz məqalə hazırlayarkən Açıq Ensiklopediyadan yox, əsasən həmin materiallar üzrə rəsmi mənbələrdən istifadə edir və bu zaman materialın sonuncu dəyişmə tarixini də nəzərə alırıq. Yəni məlumatların tam olaraq dəqiq olmasını əsas götürürük. Məsələn, ABŞ haqqında ensiklopedik məlumat hazırlayırıqsa, o ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı, iqtisadiyyatı, elmi, elm-təhsil müəssisələri haqda məlumatlar veririk, bundan əlavə, böyük tarixi ənənələrə malik olan qədim ali məktəbləri haqqında ayrıca məqalə də daxil edirik.

Sovet dövründə Azərbaycan Sovet Ensiklopediyasının 10 cildi nəşr edilsə də, nəzərdə tutulan “Azərbaycan SSR” xüsusi cildi nəşr edilməyib, lakin Azərbaycan Sovet Ensiklopediyasının “A” hərfi ilə başlayan cildində həmin xüsusi cildə istinad verilmişdi.

Bununla belə, mərkəzi hökumətin qərarı ilə Rəsul Rzanın rəhbərliyi altında hazırlanaraq nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasının 1-ci cildi orada gedən 7 xəritəyə görə satışdan yığışdırılmış və məhv edilmişdi. Qeyd edək ki, o dövrdə SSRİ-nin 13 respublikasında xüsusi cild nəşr olunmuşdu. Azərbaycan tarixində ilk dəfə olaraq “Azərbaycan” xüsusi cildi 2007-ci ildə nəşr edildi və 2008-ci ilin yanvarında yüksək səviyyədə təqdimatı keçirildi”.

S.Mehrəliyeva qeyd etdi ki, Milli Ensiklopediyaya hər bir material təlimata uyğun olaraq salınır və bu prosesə ciddi nəzarət mövcuddur. “Bizim hazırladığımız bütün materiallar mərhələli şəkildə və dəfələrlə yoxlanılır. Bu prosesə ciddi nəzarət var və biz öz işimizi böyük məsuliyyətlə həyata keçiririk. Biz hər şeyi sıfırdan başladıq. Sözümün canı odur ki, ensiklopedik material hazırlamaq çox çətin və məsuliyyətli işdir. Hər kəs ensiklopedik material hazırlaya bilməz, hətta sahə ensiklopediyaları belə mütəxəssis kollektivləri tərəfindən hazırlanır. Ümumi danışmaq görülən işə kölgə salmaq kimi anlaşılmasın deyə, konkret materiala dair irad bildirilsə, daha yaxşıdır. Əgər kimsə hansısa bir cildimizdə nöqsan tapıbsa, nələrsə onu qane etmirsə, hansı məsələlərlə razılaşmırsa, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə gəlib öz fikirlərini bildirə bilər. Hansısa bir məsələdə haqlı çıxarlarsa, biz anlayışla qarşılayar və həmin nöqsanı aradan qaldırarıq. Bizim mərkəzin qapıları hər kəsin üzünə açıqdır” - deyə S.Mehrəliyeva vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ