Cümə günü, 16 oktyabr 2026
     

Geosiyasi oyunlar neftin qiymətini yenidən 100 dollara çatdırır – mayın 2-dən Azərbaycanda hər kəsin hiss edəcəyi vəziyyət yaranacaq...

Image


İran iqtisadiyyatına zərbə vurmaq məqsədilə ABŞ bu ölkəyə qarşı yeni addımlar atmağa hazırlaşır. "The Washington Post" qəzeti yazır ki, həmin addımlardan biri kimi, ABŞ Dövlət Departamenti bəzi ölkələrə İran neftini almağı artıq qəti qadağan edəcək. Xatırladaq ki, ABŞ indiyə qədər 7 ölkəyə İran neftini almaqda güzəştə getmişdi. Amma artıq bu güzəşt də aradan qaldırılır. Mayın 2-dən bütün ölkələr İran neftinin idxalını dayandırmağa məcbur ediləcək. Əks təqdirdə həmin ölkələr Amerika sanksiyaları ilə üzləşəcək.

ABŞ-dan qiymətlərin qalxmaması üçün İran neftilə əlaqədar yaranan boşluğun Səudiyyə Ərəbistanı və digər ölkələrin hesabına kompensasiya olunacağına dair gözləntilər isə özünü doğrultmur. İndi ekspertlər bildirir ki,  ABŞ İran neftinin qarşısını tam alsa, neftin bir barrelinin qiyməti 100 dolları keçər. Artıq ABŞ-ın məlum mövqeyindən sonra dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,74 dollar artaraq 73,71 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,50 dollar bahalaşaraq 65,5 dollar təşkil edib. Azərbaycan neftinin qiyməti də bahalaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti artıq 75 dollara çatır. Lakin yaxın tezlikdə qiymətlərin daha yüksək olması proqnozlaşdırılır. “Forbes” dərgisi yazır ki, buna səbəb təkcə İran ətrafında yaşananlar deyil. Venesuela və Liviyada yaşananlar üzündən qiymətlər gözlənildiyindən də tez yüksəlir. Bu xüsusda daha sonra qeyd olunur:  “İlk növbədə, İran nefti bazardan çıxacağı halda neftin nə qədər bahalaşacağı düşünülməlidir. Buna Venesuelanın problemlərini də əlavə edin, – bu halda, dünya böyük bir çatışmazlıqla üzləşir. Üç  il əvvəl sanksiyaların qaldırılmasından sonra İran istehsalının sürətlə artması və ixrac fəaliyyətinin yenidən bərpası çox heyrətamiz idi. OPEC-in üçüncü böyük istehsalçısı gündə 2.2 milyon barrel olan ixracını iki dəfə artırdı. Avropa qısa zamanda gündəlik 500-600 min barrel neft idxal edən İranın ən böyük alıcısı oldu. Amma ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasından sonra vəziyyət dəyişir və gələn ay neft istehlakçıları üçün daha da pisləşəcək.  Avropa və digər ölkələrdən olan neft emalçıları və treyderləri tədricən bazardan kənarlaşacaq. Çünki onlar İranla əlaqəli çətinlikləri və ABŞ maliyyə bazarlarında sanksiyaları pozmanın potensial cəzasını anlayırlar. ABŞ-da aktivləri az olan və ya Amerikanın sanksiya siyasətini daha az nəzərə almış Çin və Hindistan kimi sürətlə inkişaf edən ölkələrin bir hissəsi, ehtimal ki, əlavə risqə görə İrandan sağlam bir endirim əldə etməklə, gərginliyin bir qismini öz üzərinə götürəcək. ABŞ-la daha yaxın əlaqəli olanlar dövlətlərin – Yaponiya və ya Cənubi Koreyanın İranın xam neftini alması daha çətin olacaq və onlar Vaşinqtonun sanksiyalardan imtina etməsini gözləyəcək.

İranın Avropa bazarına ixracatını Asiya alıcıları ilə əvəz edə biləcəyi mühüm məsələdir və yaxından izlənilməlidir. Bəlkə də daha vacib olan Trampın öz İran siyasətinin neft qiymətlərinə təsirini anlaması ölçüsündədir. Son zamanlar prezident “süni yüksək” neft qiymətlərinə görə OPEC-ə sözlü hücum edib. Trampin fikrincə, kartel Rusiya və OPEC-ə daxil olmayan digər istehsalçılarla hasilatın azaldılması ilə neftin qiymətini artırıb. Trampın neft qiymətlərinin artmasına həssas olması, ehtimal ki, qlobal iqtisadiyyatın gələcək aralıq müddətləri ilə daha çox əlaqəlidir. Ancaq artan geosiyasi risqlər, xüsusilə də İran məsələsi qiymət artımını daha da sürətləndirir”.

Maraqlıdır ki, qeyd olunan bu fikirlər Azərbaycanın da neft bazarına yanaşmasını adekvat şəkildə əks etdirir. Energetika naziri Pərviz Şahbazov da vurğulayır ki, neft bazarı çox kövrək xarakter alıb. Onun sözlərinə görə, son vaxtlar neftin qiymətinin geosiyasi proseslərdən asılılığı güclənib və neft risqli bir enerji resursuna çevirib: "Bu isə neft ölkələrinə risqləri azaltmaq üçün bazarın tənzimlənməsi kimi əlavə öhdəlik qoyub. Təsədüfi deyil ki, 2 il müddətində neft bazarını tarazlaşdıran OPEC+ formatında qəbul edilmiş qərarlar olub. Bu qərarlar dəyişən vəziyyətə uyğun bazarın çevik tənzimlənməsinə xidmət etməli, neft istehsalçıları kimi, neft istehlakçılarının da maraqlarının qorunmasına imkan verməlidir. Hazırda neftin qiyməti qənaətbəxşdir. Dekabr qərarının icra səviyyəsi, təbii ki, aybaay yüksəlir. İyunda hasilatın məhdudlaşdırılması ilə bağlı yeni qərarın qəbulu bir sıra geosiyasi amillər və kommersiya ehtiyatlarının azalma səviyyəsindən asılı olacaq”. P. Şahbazov onu da bildirib ki, proqnozlara görə, cari ildə iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı ölkələrində kommersiya neft ehtiyatlarının artımının 3,6%-dən 3,3%-ə qədər azalacağı gözlənir: ”Geosiyasi qeyri-sabitliyin və hələ də qeyri-müəyyənliklərin qaldığı bir dövrdə neft ölkələri arasında əməkdaşlıq çox vacibdir. Azərbaycan bu əməkdaşlığın ilk təşəbbüskarı və neftin qiymətinin sabitləşdirilməsinin fəal tərəfdaşıdır”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ