Bazar günü günü, 18 oktyabr 2026
     

“Qarabağdan Ermənistanı boğan ip kimi istifadə edilib” - Paşinyan kökdən vurdu...

Image


Emənistanda hakimiyyət və müxalifət arasında münasibətlərin getdikcə daha gərgin mərhələyə daxil olması müşahidə olunur. Bu hal parlamentdə özünü bir daha qabarıq şəkildə büruzə verib. 8 il əvvəl Serj Sarkisyanın Respublikaçılar Partiyasının siyahısından deputat olan, amma sonradan baş nazir Nikol Paşinyanın partiyasına keçən deputat Şirak Torosyan iclas zamanı bəyan edib ki, baş nazir Paşinyanın xarici siyasəti balanslaşdırılmış və uğurludur.

O, iclasda Paşinyandan uğurunun sirrini açmağı xahiş edib: “Balanslı xarici siyasət həm də çətin və mürəkkəbdir. Onun uğurunun sirri nədir?”.

Sualdan ruhlanan Paşinyan Ermənistanda nüvə reaktorunun tikintisi ilə bağlı çevik danışıqları misal çəkərək, mahir diplomatiyasından danışıb: “Biz strateji qərara gəldik ki, növbəti nüvə reaktorumuz kiçik modul tipli reaktor olacaq. Biz çoxtərəfli müzakirələr apardıq və bu qərarı verdik. İndi növbəti sual budur: bunu kiminlə edəcəyik? Mən bunu niyə deyirəm? Çünki mən Moskvaya gələndə mənə deyirlər ki, belədir, qərara alınıb ki, biz bunu Rusiya ilə tikək. ABŞ-la memorandum imzalayırıq, sonra Moskvaya gedirik, deyirlər ki, “memorandum imzalayıblar, bəs Moskvaya niyə gediblər? Tərəfdaşlığı evliliklə, evliliyi isə tərəfdaşlıqla qarışdırmaq olmaz”. Torosyandan fərqli olaraq, müxalif “Hayastan” fraksiyasının deputatları Paşinyanın diplomatiyasının gizli səhifələri ilə maraqlanıblar. Məsələn, Paşinyan 44 günlük müharibədən əvvəl ATƏT-in Minsk qrupunun təklifini niyə dərc etməyib? Müharibədən əvvəl onlar nə təklif edirdilər ki, bu erməni lider tərəfindən rədd edildi? Paşinyan açıq-aşkar bildirib ki, həmin təkliflər dərc edilməyəcək: “İndi müxaliflər yeni nəsə tapıblar. Onların eyni dırmıq üzərində addım atmaq vərdişlərinə heyran oldum. İndi yeni bir şey tapdılar. ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2019-cu il təklifi. Onlar artıq bu dırmıq üzərində addım atıblar. Memorandumlar dərc olunmur”. Parlamentin müxalif “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan Paşinyanın bəyanatlarına istinad edərək sual edib: “Əgər o, məğlubiyyəti qələbə hesab edirsə, onda hakimiyyətin mühakimə olunduğunu iddia etdiyi hərbçilər niyə bu məğlubiyyətə görə məsuliyyət daşıyırlar? Bəs Paşinyanın partiyası niyə 44 günlük müharibəni araşdırmaq üçün parlament komissiyası yaratdı?” Nikol Paşinyan bu suala cavabda növbəti dəfə ölkənin strateji müttəfiqi Rusiyanı ittiham edib: “2022-ci ildə biz anlayanda ki, KTMT bizim qarşımızda öhdəliklərini yerinə yetirməyib, yerinə yetirməyəcək, məhz o vaxt müstəqil olduq, çünki anladıq ki, ümidlərimizi özümüzə bağlamalıyıq. Anladıq ki, sizin qurduğunuz təhlükəsizlik sistemi bir köpükdür, bu, sadəcə olaraq, dövlətimizin yaradılmasına mane olan bir vasitədir. 2021 və ya 2022. Nə qədər acı olsa da, həqiqətlə üz-üzə qalmalıyıq: Qarabağdan Ermənistanın tərəqqisinə və inkişafına mane olmaq üçün bir ip kimi istifadə olunub, indi ifşa olunmuş üç nəfərlə yanaşı, onlar dövlətin yaranmasının qarşısını almaq üçün orada idilərmi? Onlar Ermənistanda dövlətin yaradılmasına mane olurdular”. Qeyd edək ki, burada Paşinyan ölkənin sabiq üç prezidentindən bəhs edir. Nikol Paşinyan Zəngəzur dəhlizi ifadəsinə də toxunub. Ona xatırladıblar ki, Azərbaycan bu termini işlətməkdə davam edir. Paşinyan qeyd edib ki, belə bir termin Vaşinqton sənədlərində yoxdur: “Biz nə vaxtsa belə bir ifadədən ibarət sənəd qəbul etmişikmi? Bizdə olmayıb. Sadə bir sual verdim və dedim ki, nədən danışdığımıza aydınlıq gətirməyə dəyər. Məsələn, Azərbaycanda Horadiz-Zəngilan yolunu belə adlandırırlarsa, bunun bizə aid olub-olmadığını özümüzdən soruşmalıyıq. Ermənistanda bu adı Ermənistan müəyyən edir, Azərbaycanda da bu sənədin adı müəyyən edilib. Çünki biz bir-birimizin ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını tanıdıq, 8 avqustdan sonra belə bir fikir yarandı ki, məsələlərə başqa cür yanaşmaq, başqa cür baxmaq lazımdır”.

Nikol Paşinyan çıxışı zamanı “Daşnaksütyun” və ümumilikdə müxalifətə qarşı bir sıra digər sərt ittihamlar da səsləndirib. Proses “Hayastan” blokundan olan deputat Qeqam Manukyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı özü ilə gətirdiyi kitabları nümayiş etdirməsi ilə başlayıb. O, onları hədiyyə kimi təklif etməyib, əksinə hökumət başçısını həm Qarabağ məsələsi, həm də sonuncunun partiyanın maliyyələşdirilməsi ilə bağlı bəyanatları və partiyaları maliyyələşdirən donorların siyahısının dərci ilə bağlı tənqid edib. Buna cavab olaraq Nikol Paşinyan oxunmamış kitabları çamadanda gətirməyi “yaxşı hiylə” adlandırırb. “Siyasi partiyalar haqqında” qanuna gəlincə, o qeyd edib ki, əgər bu sizə haradasa qapanıb partiya toplantısı keçirmək imkanı verirsə, bu, pisdir: “Gizli görüş nə deməkdir? “Gizli” – “terrorçu” demək istəmirəm. Tsağkadzorda və ya bir yerdə qurultay keçirmək nə deməkdir ki, heç kim nə baş verdiyini görməsin”. Qeqam Manukyan bəyan edib ki, Paşinyan heç bir suala cavab verməyib, donorların siyahılarını parlamentə açıqlamayıb, saxta donorların təfərrüatları isə media vasitəsilə ictimaiyyətə məlum olub: “Qanunları elə dəyişdirin ki, Nikol Paşinyan bütün partiyaların bütün qurultaylarında iştirak etsin”. Manukyan sonda xatırladıb ki, Ermənistan sülh sazişində əlindən gələni Azərbaycana verib. Spiker mikrofonu söndürməyi əmr etdiyi üçün Manukyan cümləsini tamamlaya bilməyib. Paşinyan bunlara istehza ilə cavab verib: “Siz məni yalan danışmaqda ittiham etdiniz. Mən də eyni şəkildə cavab verəcəm. Küçələrə, meydanlara çıxın, inqilabınızı edin. Bu yumşaq kreslolarda niyə oturursunuz? İnqilabınız hanı, kütləniz haradadır? Utanmırsınız? Səfərlərə çıxın. Öz hesabınıza? Hər şey belə dəhşətlidirsə, niyə burada oturursunuz? Baqramyan küçəsindəki izdiham haradadır?”. Donorlar mövzusuna qayıdaraq, o, bildirib ki, rəhbərlik etdiyi partiyanın donorlar siyahısı Azdararda dərc olunub: “Mən “Daşnaksütyun”un siyahısını görmək istəyirəm. Onlar barədə heç bir məlumatınız yoxdur. Siz siyasi fəaliyyətlə yox, daha çox sui-qəsd fəaliyyəti ilə məşğul olduğunuz üçün başqa ölkələrin büdcəsindən sizə pulla dolu çamadanlar gətirirlər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ