Cümə günü, 02 oktyabr 2026
     

Paşinyanın Vaşinqtondan sonra Putin və Pezeşkianla danışması səbəbsiz deyildi...

Image


Paşinyan özünü “geosiyasi ip üstündə gəzən” kimi aparır ki, hər iki tərəfin qəzəbinə tuş gəlməsin

Məlum olduğu kimi, Vaşinqton görüşlərindən dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan İran və Rusiya prezidentləri ilə danışdı. Paşinyanın bu addımı sadə insanlarda belə bu cür təsəvvür yaratdı ki, baş nazir bu ölkə rəhbərlərinə Vaşinqton görüşü barədə hesabat verib.

Amma gəlin bu məsələyə peşəkar mövqedən qiymət verək, görək bu addımin məqsədi nədir, o bunu hansı niyyətlə edir?

Paşinyanın ABŞ görüşlərindən dərhal sonra İran və Rusiya prezidentləri ilə əlaqə saxlaması təsadüfi deyil - bunun bir neçə paralel məqsədi var.

Birincisi, Ermənistanın baş naziri regionda balans siyasəti nümayiş etdirmək istəyir. Paşinyan ABŞ-la təmasdan sonra Moskva və Tehrana siqnal verir ki, Ermənistan Qərbə tam meyllənmir, bütün tərəfdaşları ilə əlaqəni saxlayır. Bu, həm daxili, həm də xarici auditoriyaya yönəlmiş “biz çoxvektorlu siyasət aparırıq” mesajıdır.

İkincisi, baş nazir bu addımı ilə təzyiq risqlərini azaltmaq və ya lokallaşdırmaq məqsədi güdur. Ermənistanın Qərbə yaxınlaşması Moskva və Tehranda şübhə və narazılıq yarada bilər. Paşinyan bu zənglərlə həmin narahatlığı yumşaltmağa, Kreml və Tehranın mümkün siyasi-iqtisadi təzyiqlərinin qarşısını almağa çalışır.

Eyni zamanda, Paşinyan Qarabağ sonrası regional vəziyyət və Zəngəzur məsələsini bu liderlərə izah etməyə cəhd göstərir. İran və Rusiya Zəngəzur dəhlizi ideyasına öz baxışlarını açıq şəkildə bildiriblər (İran buna qarşıdır, Rusiya isə nəzarət mexanizmini öz əlində saxlamaq istəyir). Paşinyan Vaşinqtondan sonra onlarla məsləhətləşərək həm öz mövqeyini çatdırır, həm də ABŞ-ın təkliflərinə bu ölkələrin reaksiyasını öyrənir.

Bununla yanaşı, Paşinyan yenə erməni fürsətçilliyindən qalmayaraq, iqtisadi və təhlükəsizlik zəmanəti axtarmaqdadır. Vaşinqton danışıqlarından sonra Ermənistan müəyyən qərarlar verəcəksə, onun iqtisadi dəstəyə və təhlükəsizlik təminatına ehtiyacı olacaq. Rusiya KTMT çərçivəsində, İran isə sərhəd təhlükəsizliyi baxımından hələ də vacib oyunçudur.

Yəni bu addım həm diplomatik balanslaşdırma, həm də təhlükəsizlik şəbəkəsini qoruma strategiyasının bir hissəsidir.

Paşinyanın ABŞ görüşlərindən sonra İran və Rusiya prezidentləri ilə danışığında qaldıra biləcəyi əsas mövzular bunlar ola bilər: birincisi, Paşinyan ABŞ görüşlərinin nəticələrini bu ölkələrin liderlərinə izah edib, Vaşinqtonda əldə olunan razılaşmalar və danışıqların istiqaməti barədə ümumi məlumat verib.

Digər tərəfdən, Paşınyan qarşı tərəfə “bizimlə bağlı gizli oyun yoxdur” mesajını ötürməyə siyasi cəhd göstərib.

Paşinyan yəqin ki, İran tərəfinə Ermənistan ərazisindən keçəcək hər hansı dəhlizin suverenliyə zidd olmayacağını, lakin “İranın narahatlıqlarını nəzərə alacağını” bildirib.

Rusiya tərəfinə isə o, dəhliz məsələsində Moskvanın nəzarət mexanizminin necə ola biləcəyini müzakirə mövzusu kimi ortaya ata bilər.

Ermənistan Rusiya ilə sərhədlərdə KTMT və ya ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində dəstək almaq amacındadır.

İranla isə cənub sərhədində təhlükəsizliyin qorunması üçün koordinasiya mexanizmi yaratmağa cəhd göstərir.

ABŞ görüşlərindən sonra Ermənistanın Qərb investisiyalarının gəlməsi fonunda Rusiya və İranla iqtisadi əlaqələri zəiflətməyəcəyinə dair təminatlar verməyə, onları buna inandırmağa çalışıb. Paşinyan İrana qaz-nəqliyyat layihələri, Rusiyaya isə ticarət güzəştləri barədə təkliflər verib.

Bu telefon danışıqlarında daxili auditoriyaya da mesaj var. Ermənistanda “Paşinyan ABŞ-ın adamıdır” ittihamlarını zəiflətmək üçün o, Moskva və Tehranla dialoq görüntüsü formalaşdırmaq istəyir - “Biz bütün tərəflərlə bərabərhüquqlu danışırıq” imici yaradır.

Əslində bu zənglər həm Vaşinqtonun, həm Moskvanın, həm də Tehranın diqqətini balanslaşdırmaq üçündür. Paşinyan özünü “geosiyasi ip üstündə gəzən” kimi aparır ki, hər iki tərəfin qəzəbinə tuş gəlməsin.

ABŞ-ın Paşinyanın Vaşinqtondan dərhal sonra İran və Rusiya ilə danışığını necə qiymətləndirə biləcəyinə baxaq.

ABŞ-da bu cür addımlar bəzən tərəfdaşın səmimiyyətini yoxlama imkanı kimi qəbul olunur.

Paşinyanın Moskva və Tehrana zəngləri Vaşinqtonda “bizimlə danışdı, amma yenə köhnə tərəfdaşlarına qaçdı” kimi yozula bilər.

ABŞ diplomatları Cənubi Qafqaz liderlərinin çoxvektorlu siyasət aparmaq məcburiyyətində olduğunu anlayırlar. Ona görə, əgər Paşinyan bu zənglərdə ABŞ-ın maraqlarına zidd sözlər deməyibsə, bu normal diplomatik manevr kimi qiymətləndirilə bilər. Lakin onu da nəzərə almaq gərəkir ki, Vaşinqtondakı bəzi siyasi dairələr belə hərəkətləri “iki stulda oturma” cəhdi kimi qiymətləndirir. Bu, gələcəkdə ABŞ-ın Ermənistana göstərdiyi dəstəyi məhdudlaşdıra bilər, xüsusən də əgər Ermənistan ABŞ-dan alınan güzəştləri Rusiyaya və ya İrana qarşı kozır kimi istifadə etməzsə.

ABŞ-ın əsas marağı Ermənistanın sonda hansı strateji bloka daha çox bağlanacağıdır. Ona görə, Paşinyanın bu zəngləri müvəqqəti taktika kimi görünürsə, Vaşinqton buna çox sərt reaksiya verməyəcək. Amma uzunmüddətli tendensiya olarsa, münasibətlərdə soyuqluq yarana bilər.

Əslində Paşinyanın bu manevri ABŞ üçün həm risq, həm də fürsət yaradır: risq odur ki, Ermənistan yenidən Rusiya orbitinə qayıda bilər; fürsət isə ondadır ki, Paşinyan Rusiya və İranla danışaraq onların təzyiqlərini yumşaldır, beləliklə ABŞ-la əməkdaşlığa daha çox yer qalır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ