Bazar ertəsi günü, 17 avqust 2026
     

Hamı İrəvana nazirini göndərdi - Fiko özü gəldi...

Image


Abutalıb Səmədov: "Slovakiya baş nazirinin İrəvana səfəri onun "İrəvan Dialoqu 2025" forumunda iştirak etməsi ilə əlaqədar deyil"

Mayın 26-da Ermənistanın paytaxtında "İrəvan Dialoqu 2025" forumu açılıb. Mərasimdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və baş nazir Nikol Paşinyan salamlama nitqləri ilə çıxış ediblər.

İştirakçılar arasında Monteneqronun xarici işlər və Avropa məsələləri üzrə baş nazirinin müavini Filip İvanoviç, Macarıstanın xarici işlər naziri Peter Sijarto və Fransanın xarici işlər naziri Jan-Noel Barrot da var idi.

Erməni mediasınin yazdığina görə, Slovakiyanın baş naziri Robert Fiko forumda iştirak etmək üçün İrəvana iki günlük səfərə gəlib.

Maraqlıdır ki, bütün dövlətləri bu forumda xarici işlər nazirilərinin təmsil etməsinə rəğmən, Slovakiyanın baş naziri özü foruma qatılib. Bu təsadüfdür, yoxsa başqa səbəblər var? Slovakiya ilə Ermənistan arasında belə yaxınlıq haradandır?

Baki-xeber.com saytına məsələ ilə bağlı açıqlamasında Abutalıb Səmədov bildirdi ki, Slovakiya baş nazirinin İrəvana səfəri onun "İrəvan Dialoqu 2025" forumunda iştirak etməsi ilə əlaqədar deyil: "Onun əvvəlcədən Ermənistana iki günlük səfəri nəzərdə tutulub, bu səfər, görünür, rəsmi İrəvan tərəfindən sözügedən forumun keçirildiyi vaxta salınıb ki, tədbir bir qədər də mötəbər görünsün. Hərçənd, tədbirin mötəbərliyindən danışmaq qeyri-mümkündür. Çünki bu tədbirdə yalnız bir neçə ölkə xarici işlər nazirləri və nazir müavinləri səviyyəsində təmsil olunurdu. Robert Fikonun bu səfəri Ermənistanla Slovakiya arasında indiyə qədər xüsusi isti münasibətlərin olmasının işarəsi sayıla bilməz. Çünki Slovakiya ilə Ermənistanın arasında ticarət dövriyyəsi çox aşağı həddədir, üstəlik, bu iki ölkə arasında son illər iki ciddi böhran yaranıb. Bu böhranların yaranmasının da səbəbi Azərbaycan olub. Birinci dəfə Ermənistan tərəfi iddia edib ki, Azərbaycan 44 gunlük müharibə zamanı Slovakiya silahlarından də istifadə edib və bu silahlar - artilleriya qurğuları birbaşa Slovakiyadan deyil, əvvəlcə İsrailə gəlib, oradan isə Azərbaycana göndərilib. Bu məsələ uzun müddət Ermənistanda müzakirə edildi.

İkinci böhran Slovakiyanın müdafiə nazirinin verdiyi bəyanatlarla bağlı oldu. Belə ki, Slovakiyanın müdafiə naziri iki dəfə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dilə gətirdi. Bunlardan biri Ukraynada prezident seçkiləri keçirilməsi ilə bağlı verilən suala cavab olaraq söylənilib. Ukraynada prezident seçkiləri keçirilməsi zərurətindən danışan müdafiə nazirinə belə bir sual verildi ki, müharibə şəraitində olan bir ölkədə seçki keçirilə bilərmi. Yəni sulada belə izah da verilirdi ki, Zelenskinin seçkilərə getməməsi müharibənin davam etməsi ilə əlaqədardır və Ukraynada seçki keçirmək qeyri-mümkündür. Cavab olaraq Slovakiyanın müdafiə naziri bəyan etdi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi, o vaxt Azərbaycanda seçkilər keçirilirdisə, nəyə görə Ukraynada keçirilə bilməz. Bu da Ermənistan cəmiyyəti tərəfindən çox böyük narazılıqla qarşılandı, müraciətlər, bəyanatlar imzalandı, tələblər qoyuldu, ancaq Ermənistan hakimiyyəti buna heç bir reaksiya vermədi".

Ekspert bildirdi ki, Slovakiya ilə Ermənistan arasında əməkdaşlığın inkişaf etdirilməsi zərurəti barədə Slovakiyanın baş naziri "İrəvan Dialoqu 2025" forumunda çıxışı zamanı da dedi - bizim istəyimiz rəsmi İrəvanla əlaqələri daha da sıxışdırmaq və inkişaf etdirməkdir: "Aydindir ki, əsas söhbət müdafiə sənayesi sahəsindən gedirdi. Ermənistanın Slovakiyaya satacağı silah yoxdur, çünki onların istehsal etdiyi həvəskar dronlar idi ki, onlardan da heç özləri belə normal şəkildə istifadə edə bilmədilər. Amma görünür ki, Ermənistan Slovakiyadan silah almaq istəyir. Çunki Ermənistan Fransa və Hindistandan başqa silah alacağı dövlət tapa bilmir. Rusiya isə Ermənistanın pulunu alıb, amma silahı vermir. Yeri gəlmuşkən, Rusiya silah tədarükü üçün Ermənistandan 400 milyon civarında pul alıb. Məlumdur ki, Ukrayna müharibəsi bitməyənə qədər Rusiya Ermənistana silah verməyəcək. Lakin Ermənistanın xüsusilə artilleriya silahlarına ehtiyacı var. Gorünür, qonşularımız hesab edir ki, Hindistandan alınan silahlarla müqayisədə Slovakiyadan alınan silahlar daha keyfiyyətlidir. Onlar ikinci Qarabağ müharibəsində bu silahların keyfiyyətini öz üzərlərində sınaqdan keçiriblər. Görünür, ona görə bu təşəbbüs göstərilib və Slovakiyanın bas nazirinin səfəri çərçivəsində Ermənistana təşrif buyuran nümayəndə heyəti ilk növbədə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələsini müzakirə edib.

Azərbaycanla Slovakiya arasında da ticarət dövriyyəsi çox aşağı, təxminən 50-60 milyon dollar səviyyəsindədir. Bu heç bir tərəfi qane edə bilməz. Hesab edirəm ki, bu sahədə irəliləyişə nail olmaq üçün mütləq yollar axtarmalıyıq. Çünki Slovakiya Avropa İttifaqında Macarıstanla birlikdə çıxış edir və müstəqil mövqe nümayiş etdirməyə cəhd göstərir. Belə bir dövlətlə münasibətlərin daha yaxşı olması bizim də maraqlarımıza uyğundur. Üstəlik, biz əlimizdən gələni etməliyik ki, Ermənistanla yaxşı münasibət qurmaq istəyən dövlətlərin Azərbaycanla münasibəti daha yüksək səviyyədə olsun. Buna nail olmaq üçün isə bizim imkanlarımız Ermənistanla müqayisədə daha çoxdur.

Yeri gəlmişkən, "İrəvan Dialoqu 2025" tədbirində Paşinyan yenə Azərbaycanla sülh məsələsinə toxunub və konstitusiyaya dəyişikliyin aparılmasının indiki şəraitdə məqsədəuyğun olmadığını dilə gətirib. O bildirib ki, əgər sülh sazişi imzalandıqdan sonra konstitusiya məhkəməsi onun əsas qanuna uyğun olduğu barədə rəy versə, deməli heç bir problem yoxdur. Amma o, nəzərə almaq istəmir ki, heç bir hakimiyyət əbədi deyil, növbəti iqtidar konstitusiya məhkəməsinin qərarını hüquqi deyil, siyasi qərar kimi qələmə verə bilər, bu qərarın hakimiyyətin təzyiqi ilə qəbul edildiyini söyləyər və həmin qərarın qüvvədən düşməsinə asanlıqla nail ola bilər. Bu səbəbdən, konstitusiya məhkəməsinin hansı rəy verməsindən asılı olmayaraq, konstitusiyaya Azərbaycanın tələb etdiyi müvafiq dəyişiklik mütləq reallaşdırılmalıdır. Konstitusiyada Ermənistanın Azərbaycana qarşı ərazi iddası aradan qaldırılmalıdır.

Bununla yanaşı, Paşinyan onu da iddia edib ki, guya Azərbaycan konstitusiyasında da Ermənistana qarşı ərazi iddiaları var. Lakin əsaslandirmağa ehtiyac duymayıb. Amma əslinə qalsa, elə bir iddia yoxdur. Ancaq Paşinyanın yenidən sülh istəyini dilə gətirməsi, Slovakiyanın da bu arzuya dəstək verməsi müsbət hadisədir. Müsbət olmayan odur ki, həmin forumda çıxışı zamanı Slovakiyanın baş naziri Avropa İttifaqının müşahidəçilərinin Ermənistan ərazisində olmasını müsbət hadisə kimi qiymətləndirib və bu prosesə dəstək verəcəyini deyib. Bu da Azərbaycanla Ermənistan arasında sülhə xidmət edən məsələ deyil. Ümid edək ki, Azərbaycanla Slovakiya arasında münasibətlərin inkişaf etməsi həm baş nazirin, həm də digər rəsmi şəxslərin bölgədə mövcud olan reallıqları daha dərindən anlamasına imkan verər".

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ