Cümə günü, 23 oktyabr 2026
     

Rusiya və Ermənistan yeni təhlükəli Qarabağ oyununa başlamaq istəyirlər...

Image


Ermənistanın “Qraparak” qəzetinin yazdığına görə, Ermənistan hakimiyyəti Rusiyadan Qarabağ məsələsinin açıq qalmasının, burada bir vaxtlar mövcud olan separaçı rejimin “dövlət qurumları”nın qorunub saxlanılmasının zəruriliyi ilə bağlı xəbərdarlıq alıb.

Nəşrin yazdığına görə, İrəvanın “prezident” və “parlament” institutlarının saxlanmasına imkan verən “Artsax konstitusiyasında” edilən dəyişikliklərə, Qarabağ separatçılarının lideri Samvel Şahramanyanın 23 sentyabr 2020-ci il tarixli “fərmanını” ləğv edən “fərmanının” dərcinə cavab olaraq susması bununla bağlıdır.

Bundan əvvəl Ermənistan hakimiyyəti “dövlət daxilində dövlət”in mövcudluğunun yolverilməz olduğunu bəyan edib və “Qarabağ” fəallarını onun qondarma dövlət institutlarının saxlanılması məsələsinə baxmayacaqları ilə hədələyib. Lakin “Qraparak” qeyd edir ki, Moskvanın təzyiqi ilə İrəvan mövqeyini dəyişərək bu strukturları qoruyub saxlamağa razılaşıb.

Qəzet qeyd edir ki, bu mövqe dəyişikliyi Ermənistan hakimiyyətinin Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəaların yer aldığı Ermənistan Konstitusiyasını dəyişdirməkdən yayınmaq cəhdləri ilə bağlı ola bilər. “Dağlıq Qarabağ Respublikası”nın ayrıca qurum kimi saxlanması İrəvana 1989-cu ildə birləşmə haqqında qərarın etibarlı olmadığını iddia etməyə imkan verir. Beləliklə, “Qraparak”ın fikrincə, Ermənistan hakimiyyəti Moskvanın göstərişlərinə əməl edərək və öz Konstitusiyasına dəyişiklik etmək zərurətindən yayınaraq, Qarabağ məsələsində yeni yanaşma sərgiləməyə çalışır. Bütün bunlar fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri və burada səsləndirdiyi fikirlər də xüsusi diqqət cəlb edir. Erməni ekspertlər bu səfəri Kremlin yeni Qafqaz siyasəti kimi dəyərləndirir. Bildirilir ki, Moskva Ermənistanı yenidən öz çətirinin altına almaq üçün hərəkətə keçib. Bunu Lavrovun “ermənilər Qarabağın 7 rayonunu Rusiya silahları ilə işğal etmişdi” açıqlaması da təsdiqləyir. Bundan başqa o, Qarabağın statusu məsələsinin həllini gələcək nəsillərə saxlanılması, 5 rayonun Azərbaycana qaytarılması, Kəlbəcər və Laçının isə ermənilərdə qalması ilə bağlı İrəvana dəfələrlə təklif verildiyini, lakin onların bunu rədd etdiyini söyləyib. Bütün bunlar Rusiyanın yenidən “Qarabağ kartı” üzərində fokuslandığını göstərir. “Qraparak”a görə, rus nazirlə görüşdə iştirak edənlərdən biri deyib ki, bütün suallara cavab olaraq Lavrov rusların Qarabağı təhvil verməsi barədə erməni təəssüratının yanlış olduğu fikrini təkrarlayıb: “Lavrov deyib ki, Paşinyan 2022-ci ildə Praqada Qarabağ probleminin həllini Alma-Ata Bəyannaməsində gördüyünü bəyan edəndə, onlar üçün də “gözlənilməz” olub. Lavrov Ermənistan hakimiyyətinin 2022-ci ildəki Cermuk hadisələri zamanı KTMT-nin fəaliyyət göstərməməsi ilə bağlı bəyanatlarını təkzib edərək bildirib ki, KTMT müşahidə missiyasının göndərilməsi ilə bağlı konkret təklif irəli sürüb, lakin Ermənistan hökuməti bunu rədd edib, bir neçə ay sonra isə Avropa İttifaqı müşahidəçiləri Ermənistana dəvət olunub. Rusiya rəsmisi son illər Ermənistan-Rusiya münasibətlərində boşluq yarandığını gizlətməyib və Mirzoyanın onunla görüşdən imtina etməsinin onun üçün sürpriz olmadığına eyham vurub. O bildirib ki, hakimiyyət orqanlarımız istəsə, əlaqələri yeniləməyə hazırdırlar. Mənbəmiz bildirir ki, reallıqda Lavrov Ermənistana rəsmi görüşlər üçün yox, ictimai əhval-ruhiyyəni yoxlamaq üçün səfər edib, çünki Paşinyanın addımlarından onun yaxın gələcəkdə yeni güzəştlərə gedəcəyi hiss olunur ki, bu da Rusiyanın maraqları və Qafqazda Rusiya faktorunun zəifləməsi ilə bağlı ola bilər. Rusiya xarici işlər nazirinin aldığı təəssürat Ermənistanın həyatına müdaxilələrdən bəlli olacaq”.

Rusların fəallaşmasına digər bir səbəb də Türkiyənin regionda güclənməsidir. Lavrovun Ermənistana mayın 20-21-də baş tutan səfəri ilə bağlı erməni hərbi ekspert Ayk Nahapetyan bu fonda sensasion iddialarla çıxış edib. O, Lavrovun Ağrı dağının fonunda çəkilən fotosunun Rusiya XİN-in sosial şəbəkə hesabında paylaşılmasının təsadüf olmadığını bildirib: “Zəngəzur Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Sergey Lavrov mətbuat konfransı zamanı Qafanda Rusiya konsulluğunun açılması ilə bağlı işlərin davam etdirildiyini bir daha vurğuladı. Lavrovun səfərinin növbəti mühüm mesajı isə onun Ermənistana gələn kimi ilk olaraq Qələbə parkını ziyarət etməsi və Böyük Vətən müharibəsi qurbanlarının xatirəsini yad etməsi, onun Ağrı dağının fonunda fotosunun yayımlanmasıdır”. Nahapetyanın fikrincə, Türkiyə Qara dəniz, Suriya və Cənubi Qafqazda Rusiyanı sıxışdırır: “Lavrov İrəvana Rusiyanın Cənubi Qafqazda böyük müharibəyə hazırlaşdığını göstərməyə gəlmişdi, ona görə də Ermənistan hakimiyyətinin mövqeyini aydınlaşdırmaq vacibdir”. Ermənistan Respublikaçılar Partiyasının üzvü, ekspert Marqarit Yesayan isə bildirir ki, Lavrov tərəfindən Ermənistan Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra verilən bəyanat Ermənistan hökumətinin Rusiyaya qarşı çıxmaq və ya əks-hücum etmək üçün kifayət qədər cəsarəti olmadığı barədədir. O qeyd edib ki, Rusiya olmadan Ermənistan bu geosiyasi vəziyyətdə heçə çevriləcək: “Bu açıqlama daha bir faktdır ki, Rusiya olmadan Ermənistan bu geosiyasi vəziyyətdə heçə çevriləcək. Problem sadəcə olaraq ondadır ki, Ermənistanda hakimiyyəti ələ keçirənlərin öz hakimiyyətlərini saxlamaq üçün müxtəlif geosiyasi mərkəzlər qarşısında reveranslar etmək vəzifəsi var”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ