Bazar ertəsi günü, 17 avqust 2026
     

Ermənistan Rusiya-Belarus ittifaq dövlətinə doğru itələnir - Köçəryan-Sarkisyan güruhu hücumda...

Image


Moskvanın Ermənistanı Rusiya-Belarus ittifaq dövlətinə qoşmaqda maraqlı olduğu heç kimə sirr deyil. Belə bir vaxtda erməni müxalifəti də yenidən sözügedən məsələni gündəmə gətirməyə başlayıb. Müxaliflər bununla Rusiyadan gələn il keçriləcək parlament seçkilərində daha çox dəstək almağa ümid edirlər.

Qeyd edək ki, bu məsələ Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra populyarlıq qazanıb. Səbəb də o idi ki, bir çox ermənilər öz respublikalarına inamını itirərək başqa təhlükəsizlik mənbələri axtarmağa başladılar. Daha sonra iqtidar və müxalifət Ermənistanın Avropa İttifaqı və Türkiyə ilə yaxınlaşması, yoxsa Rusiya ilə münasibətləri gücləndirməsi ilə bağlı mübahisələrdə bundan istifadə etməyə başladı. Ermənistanın ikinci prezidenti Robert Köçəryan bir neçə KİV-ə müsahibəsində bu debata daha bir töhfə Verdi. Onun sözlərinə görə, Rusiya və Belarus rəhbərləri ona heç vaxt Ermənistanın İttifaq dövlətinə qoşulmasını təklif etməyiblər. Amma indi bu istiqamətdə müvafiq addımlar atılması yaxşı olardı. Eyni zamanda, Köçəryan vurğulayıb ki, hakimiyyət ittifaq dövləti mövzusundan öz məqsədləri üçün, o cümlədən Rusiya ilə tərəfdaşlığın cəlbediciliyini azaltmaq üçün istifadə edir. Onun nöqteyi-nəzərindən bu, yanlış yoldur; əvəzinə, Moskva ilə münasibətləri gücləndirmək lazımdır: “Avropanın Ermənistanda hər hansı təhlükəsizlik məsələsini həll edə biləcəyini düşünmək sadəlövhlükdür... Hazırda bu regionda üç dövlət aktor ola bilər: Rusiya, Türkiyə və İran. Bu ölkələrdən hansı bizə daha yaxındır, hansı ölkə ilə iqtisadi əlaqələrimiz daha güclüdür, hansı ölkə ilə tarix bağlıyıq, hansı ölkə daha güclüdür, iqtisadi və hərbi potensialı daha yüksəkdir? Bunları bilmək lazımdır”. Ermənistanın Rusiya və Belarusun ittifaq dövlətinə qoşulması ideyası Nikol Paşinyanın bəzi əleyhdarları arasında daha çox populyarlıq qazanıb. Xüsusilə apreldə seçilən Gümrü meri Vardan Qukasyan jurnalistlərə bildirib ki, bu, respublikanın təhlükəsizliyini möhkəmləndirmək və onun çiçəklənməsini təmin etmək üçün əla fürsətdir: “Bu, maraqlı bir vəziyyət yaradır: kimsə Rusiya ilə İttifaq dövlətindən danışanda, onları respublikanın suverenliyinə qəsd etməkdə ittiham edirlər. Amma Aİ-yə daxil olmaqdan söhbət gedirsə, belə ittihamlar yaranmır. Bizim təşəbbüsümüzü tənqid edənlərin sadəcə olaraq məlumatı yoxdur. İttifaq dövlətinin nizamnaməsində açıq-aydın göstərilir ki, hər bir iştirakçı Belarus bu ölkənin öz canlı nümunəsidir... Erməni xalqı həmişə Rusiya ilə sıx qardaşlıq əlaqələrində çiçəklənib, Sovet Ermənistanının qızıl dövrü buna ən parlaq sübutdur”. Erməni politoloq Tiqran Köçəryan bildirib ki, Ermənistan cəmiyyətində İttifaq dövlətinə inteqrasiyaya müxtəlif baxışlar var: “Hakimiyyət bu prosesi Sovet İttifaqına qayıdış kimi təqdim edir. Bu baxımdan Ermənistanın müstəqilliyini itirəcəyini, erməni əsgərlərinin Donbasa gedəcəyini deyirlər. Eyni zamanda, bir çoxları İttifaq dövlətinə inteqrasiyanı Rusiya və Belarus tandeminə qoşulmaq kimi təsəvvür edirlər ki, bu da İrəvanın Avropa İttifaqı daxilində olduğundan daha çox suverenliyini qoruyub saxlayacaq”. Tiqran Köçəryan onu da izah edib ki, ittifaq dövləti mövzusunu ilk olaraq müxalifət işləyib hazırlayıb. Xüsusilə Ermənistanın ikinci prezidenti bu prosesin əsas ideoloqlarından biri hesab olunur: “Nə olursa olsun, erməni əhalisinin müəyyən hissəsinin SSRİ-yə böyük nostaljisi var. Üstəlik, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanla sıx əməkdaşlığa başlayana qədər ermənilər ona rəğbət bəsləyirdilər. Amma hazırda ittifaq dövlətinə qoşulmaq məsələsi gündəmdə deyil. Türkiyə ilə yaxınlaşma kursunun əleyhdarları hakimiyyətə gəlsələr, Rusiya ilə münasibətləri heç olmasa əvvəlki səviyyədə bərpa etməyə başlayarlar. Bu mənada ikinci prezident düzgün şəkildə qeyd etdi ki, İrəvan ona kimin kömək edə biləcəyinə qərar verməlidir. Yalnız Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verə bilər”.

Bu arada Ermənistanda Rusiyaya bağlı digər müxalif qüvələrin fəallaşması da müşahidə edilir. Ermənistanın 3-cü prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan da bu fonda qeyd edib ki, onlar hakimiyyəti dəyişmək istəyirlər: “Komanda yoldaşlarımın və mənim iqtidara gəlmək hədəfimiz yoxdur, məqsədimiz iqtidar dəyişikliyidir. Şəxsən mənim iki mühüm məqsədim var: birincisi, hakimiyyət dəyişikliyi, ikincisi, Bakı həbsxanalarından dostlarımın qayıtması. Başqa heç nə istəmirəm. Kim nə istəyirsə, qoy hamısını götürsün. Gəlin bu suala cavab verməyə çalışaq. Sizcə, Ermənistanın bugünkü rəhbərləri bir il ərzində ölkənin ziyanına olacaq hər hansı addımı ata bilərlərmi? Məsələn, bir neçə aydan sonra bir kağıza imza atıb deyə bilərlərmi ki, biz Ermənistandan rus sərhədçiləri çıxarırıq, Rusiya bazasını Ermənistandan çıxarırıq? Bu, bizim təhlükəsizliyimizi gücləndirəcəkmi? “Sizcə, yaxın gələcəkdə, yəni bir neçə ay ərzində onların qondarma sülh sazişinə imza atma ehtimalı çoxdur, yoxsa azdır? Məncə, bu ehtimal yüksəkdir. Bu müqavilədə nə yazıldığını bilirikmi? Bunu heç birimiz bilmirik. Bu razılaşmanın Ermənistan üçün müsbətdən çox mənfi təsirləri olacaqmı? İmzalanma baş tutsa və gələn il müxalifət seçkidə qalib gəlsə, bu müqaviləni asanlıqla ləğv edə biləcəkmi? Onda biz özümüzü günahlandırmayacağıqmı ki, bütün ili heç nə etməməklə və yalnız onları tənqid etməklə keçirmişik? Çox güman ki, bir, iki və ya üç aya Ermənistanın müəyyən hissəsi, Tavuşda olduğu kimi, Azərbaycana keçəcək! Bəs o, Azərbaycana verilsə və müxalifət qalib gəlsə, biz onu geri ala biləcəyikmi?”. Bundan öncə isə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyanı korrupsiyada və ölkəni səmərəsiz idarəçilikdə ittiham edib və təkid edib ki, əgər yenidən hakimiyyətə qayıtsa, Ermənistanın ciddi təhlükəsizlik problemlərini həll edə bilər. etiraf edib ki, məqsədi təkcə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq deyil, həm də növbəti ümumi seçkilər nəticəsində yenidən hakimiyyətə gəlməkdir. O bildirib ki, keçmiş təcrübəsi və siyasi fəaliyyəti Ermənistanın üzləşdiyi təhlükəsizlik problemləri fonunda onu ölkəni idarə etmək üçün ən uyğun namizədə çevirir: “Mən bu problemləri həll edə biləcək adamam. Əgər istəmirsiniz bu problemlər həll olunsun, gedin və istədiyiniz şəxsə səs verin. Amma əgər bu məsələlərin həllini istəyirsinizsə, onda Köçəryana səs verin”. O bildirib ki, seçkilərdən sonra digər əsas müxalifət qüvvələri ilə, o cümlədən keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi partiya ilə hakimiyyəti bölüşmək üçün əməkdaşlığa hazırdır. Lakin son aylarda Köçəryanın bloku ilə Sarkisyan tərəfdarları arasında münasibətlər gərginləşib. İki keçmiş prezident köməkçiləri vasitəsilə bir-birini sərt şəkildə tənqid ediblər. Bu gərginliyi daha da artıracaq bəyanatlarında Köçəryan Sarkisyanı xalq narazılığını doğru qiymətləndirməməkdə və onillik hakimiyyətini uzatmağa çalışmaqda ittiham edib. O xatırladıb ki, Ermənistanın parlament idarəetmə sisteminə keçidindən sonra Sarkisyanın yenidən baş nazir olmaq cəhdi 2018-ci ildə geniş xalq etirazlarına səbəb olub və nəticədə Paşinyan hakimiyyətə gəlib.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ