Cümə günü, 23 oktyabr 2026
     

Lavrov Ermənistana istədiyi ölkədən silah almağa icazə verdi - Fransa barədə narazılığını da bildirdi...

Image


Akif Nağı: “Lavrov Ermənistana eyham vurdu ki, bizimlə müttəfiqsinizsə bu silahları düşmənlərimizdən almayın”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistana verilməyən Rusiya silahları məsələsi həll olunub və İrəvanın istənilən ölkədən silah almaq hüququ var. S.Lavrov qeyd edib ki, Rusiya əvvəllər bağlanmış müqavilələr əsasında Ermənistana silah ötürməkdə davam edir.

"Çatdırılmalara görə ödəniş və uğursuz çatdırılma ilə bağlı qeyd etdiyiniz epizodları bu gün müzakirə edib həll etdik. Bu ödənişlər başqa məqsədlər üçün hesablanıb və burada heç bir ziddiyyət yoxdur", - Lavrov bildirib.

Onun sözlərinə görə, indiki vəziyyətdə Rusiya bütün Avropaya qarşı vuruşmağa məcburdur.

"Avropa növbəti dəfə nasist şüarları altında Zelenski rejimini irəli sürərək Rusiyaya qarşı döyüşür. Demək olar ki, bütün Avropa ölkələri. Və başa düşdüyünüz kimi, bu vəziyyətdə Ukraynaya gələn silahlar çoxdur, onlar müasirdir, bizim cavabımızı tələb edir", - Rusiya XİN rəhbəri qeyd edib.

O, Ermənistan tərəfdən anlayış istəyib və bildirib ki, bu şərtlər altında Moskva bütün öhdəliklərini vaxtında yerinə yetirə bilməz.

O, həmçinin qeyd edib ki, Ermənistanın başqa ölkələrdən silah alması məsələsində heç bir problem görmür. "Bu bizim erməni dostlarımızın seçimidir. Əgər onlar əlavə tədarük üçün Fransa bazasına sahib olmaq istəyirlərsə, biz heç nə tətbiq etməyəcəyik", - rusiyalı nazir vurğulayıb. Eyni zamanda o, Ermənistanın müttəfiq kimi Fransa silahlarına arxalandığını nəzərə almasına diqqət çəkib. Beləliklə, Rusiyanın müttəfiqləri haradan silah alacaqlarına özləri qərar verməlidirlər.

Bundan əvvəl Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan bəyan etmişdi ki, Ermənistan tam çatdırılmamış silahların alınması üçün əvvəllər köçürülmüş vəsaitlərdən istifadə etməklə Rusiyaya dövlət borcunu qismən ödəmək imkanını nəzərdən keçirir.

Məlumata görə, daha əvvəl Ermənistan hakimiyyəti bəyan etmişdi ki, Rusiya silah tədarükü ilə bağlı müqavilələrin maliyyə vəsaiti köçürüldüyü bir hissəsini yerinə yetirməyib. Müxtəlif hesablamalara görə, yerinə yetirilməmiş tədarüklərin məbləği 250 milyon dollardan 400 milyon dollara qədərdir. Ermənistanın baş naziri Nikol Paşinyan da bu vəsaitlər çərçivəsində borcun bir hissəsinin mümkün silinməsi ilə bağlı danışıqların aparıldığını təsdiqləyib.

Lavrov açıq dedi ki, biz Ukraynada müharibə edirik və Ermənistanla bütün öhdəliklərimizi icra edə bilmirik. Ancaq bur eyham da vurdu ki, ermənilər silahı əsasən Fransadan alırlar, Ermənistanın müttəfiqi Fransa da Rusiyanın düşmənidir .

Rusiya Ermənistana həm silah almağa icazə verir, həm də onun Fransadan silah almağına mənfi yanaşır. Halbuki, Lavrov Ermənistanın başqa ölkələrdən silah almasına narazılığını da bildirə bilərdi və deyə bilərdi ki, bizim müttəfiqimizdirsə vəziyyətimizi nəzərə almalıdır, bu gün Ermənistana silah almaq, müharibəyə hazırlaşmaq lazım deyil. Məsələ budur ki, Azərbaycandan da hücum gözlənilmir. Lavrov bilmir ki, Azərbaycan Ermənistana hücum etməyəcək? Bunu da deyə bilərdi ki, Ermənistana Azərbaycanın hücumu gözlənilmir və Ermənistanın da hansısa bir müharibəyə hazırlaşmasında bir məntiq yoxdur. Amma pis odur ki, Lavrov bunu da demədi.

“Rusiya Ermənistana silah almaqda sərbəstlik versə də, “istədiyiniz ölkədən silah ala bilərsiniz” desə də, eyni zamanda Ermənistan qarşısına şərt də qoydu ki...”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, əslində Lavrov bu sadalanan amilləri vurğulayaraq Ermənistanı silah almaqdan çəkindirməli idi, amma deməyib.

A.Nağı vurğuladı ki, Lavrovun Ermənistana səfəri regionda yeni bir situasiyanın yaranmasından xəbər verir. “Belə görünür ki, Ermənistan əli hər yerdən üzüldüyünə, Qərbdən istədiyi dəstəyi ala bilmədiyinə görə yenidən Rusiyaya yaxınlaşmağa çalışır, Rusiyanın çətiri altına keçir. Bu da Rusiyanın maraqlarına cavab verir. Lavrovun səfəri zamanı çox məsələlər üzrə, o cümlədən də Rusiyanın təhdid mövqeyi ortaya qoyuldu. Ermənistanın təhlükəsizliyinə Rusiyanın qarant olduğu fikri yenidən səsləndirildi. Əvvəllər də bu fikir səslənirdi və Ermənistan da bu mövqeyi qəbul edirdi. O dövrdə Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması, münasibətlərin yenidən qurulması ilə bağlı söhbətlər gedirdi. Amma bu məsələlərin üzərinə nöqtə qoyuldu, eyni zamanda Qafqazda Rusiyanın baş konsulluğunun açılması ilə bağlı da məsələlərin getdiyi və yaxın vaxtlarda nəticəsinin olacağı fikri səsləndirildi. Azərbaycan da orda gedən prosesləri diqqətlə izləyir.

Silah məsələsi ilə bağlı zaman-zaman bu ortaya çıxır və Ermənistan çalışır ki, Rusiya ilə münasibətlərdə silah müqaviləsi amilindən müəyyən təzyiq vasitəsi kimi istifadə etsin. Rusiyaya müəyyən dövlət borcları var, çalışırlar ki, o borcların silinməsi məsələsini gündəmə gətirsinlər. O da elə böyük rəqəm deyil, hardasa 400 milyon dollara yaxındır. Yəni Ermənistanın böyük borclarının aradan qalxması üçün o qədər də təsirli deyil.

Rusiya burda Ukrayna cəbhəsində ağır vəziyyətdə olduğunu bildirdi və bütün güclərini, resurslarını ora yönəldirlər. Lavrov bütün Avropaya qarşı vuruşduqlarını dedi. Özlərinin hərəkətlərinə bəraət qazandırmağa çalışırlar.

Rusiya Ermənistana silah almaqda sərbəstlik versə də, “istədiyiniz ölkədən silah ala bilərsiniz” desə də, amma eyni zamanda Ermənistan qarşısına şərt də qoydu ki, Fransadan silah almayın...

Ordan Rusiyaya qarşı belə bir fikir də səsləndirildi ki, siz Azərbaycana silah satırsınız, guya Azərbaycan Rusiya silahı ilə onların üstünə “hücuma” keçib. Əslində, İkinci Qarabağ müharibəsi Rusiya silahının uğursuzluğunu göstərdi.

Lavrov Ermənistanı silah məsələsində sərbəst buraxdı ki, bizim sizə o silahları vermək imkanımız yoxdur, gedin hansı ölkədən istəyirsinizsə ordan silah alın. Lakin həm də Ermənistana eyham vurdu ki, bizimlə müttəfiqsinizsə bu silahları bizim düşmənlərimizdən almayın. Rusiyanın xarici işlər naziri Fransının adını düşmən cəbhəsinə başçılıq edən ölkə olaraq çəkdi və Ermənistanı o ölkədən silah almamağa çağırdı. Əslində bu, Ermənistana qarşı açıq bir təhdid kimi başa düşülməlidir”.

Lavrovun Avropanın Rusiyaya qarşı olduğunu açıq vurğuladığını, onların Ukraynaya silah göndərdiklərini, digər istiqamətlərdə də dəstək verdiklərini qeyd etdiyini deyən A.Nağının sözlərinə görə, o, Ermənistanı Fransa ilə münsibətdə ehtiyatlı olmağa çalışıb: “Burda məsələ Ermənistanı Fransadan silah almaqdan çəkindirməkdir. Əgər Fransadan silah alınmırsa bu da onun regiondakı mövqeyinə mənfi təsir göstərir, Avropanın mövqeyini zəiflədir. Bu, eyni zamanda Rusiyanın ona qarşı olan Qərb koalisiyasına qarşı bir addımı, bir taktiki cəhdidir ki, Fransaya bu şəkildə zərbə vurmaqla bütövlükdə o koalisiyanın mövqeyni zəiflədir. Rusiyanın o istiqamətdə addımlar atması göstərir ki, Avropanın təhlükəsizliyi hələ də tam şəkildə sığortalanmayıb. Bu cür eyhamlarla, işarələrlə münasibətləri qurmağa çalışırlar. Amma görsənən odur ki, Ermənistan Rusiyanın silahını alsa da, almasa da yenidən o, Rusiyanın təsir dairəsinə qayıdacaq” - deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ