Cümə günü, 23 oktyabr 2026
     

Avropa Parlamentində yeni korrupsiya qalmaqalı - Belçika prokuroru 5 deputatın həbsinə icazə istədi...

Image


Xirtdəyə qədər rüşvət və korrupsiyaya bulaşmış Avropa eyni məsələ ilə Azərbaycanı şantaj edir

Belçika prokurorluğu Avropa Parlamentində korrupsiyada şübhəli bilinən bir neçə nəfəri dindirmək üçün saxlayıb. Bu barədə “Reuters” Belçika prokurorluğuna istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, federal polis Brüssel regionunda, həmçinin Flandriya, Valloniya və Portuqaliyada 21 axtarış əməliyyatı keçirib. İstintaq hesab edir ki, korrupsiya sxemləri, sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə 2021-ci ildən etibarən müntəzəm əsasda və "tamamilə gizli şəkildə" həyata keçirilib.

İttihamlar Belçika prokurorlarının martın 13-də Avropa Parlamentində rüşvətxorluqda şübhəli bilinərək Çinin Huawei şirkətinin xeyrinə olan bir neçə nəfəri saxladıqlarını söylədikdən sonra irəli sürülüb.

Hazırda Belçika polisi 5 deputatın həbsibə icazə istəyir.

Avropa Parlamentində bu cür korrupsiya qalmaqalları mütəmadi baş verir.

Məsələn, 2022-ci ildə həbs edilən Eva Kaili 2014-cü ildən Avropa Parlamentinin (AP) üzvü olan yunan siyasətçisidir. O, Avropa Parlamentində Qətər korrupsiya qalmaqalının bir hissəsi kimi korrupsiyada ittiham olunub. 2022-ci ilin yanvarından 2022-ci ilin dekabrında həbs olunana qədər Avropa Parlamentinin on dörd vitse-prezidentindən biri kimi vəzifədə çalışıb. Onun atası da eyni ittihamla həbs edilib.

Eva Kaili ilə birlikdə Belçika məhkəməsi AP-nin keçmiş deputatı Pyer Antonio Pantzeri (İtaliya), Luka Vizantini (İtaliya) və digər məmurlar barəsində də həbs qətimkan tədbiri seçib.

2022-ci ilin dekabr ayında Belçika polisi Avropa Parlamentində korrupsiya işi üzrə aparılan axtarışlar zamanı 1,5 milyon avro vəsaiti müsadirə edib.

Təkcə Brüsseldə Avropa Parlamentinin keçmiş deputatı Pyer Antonio Panzerinin evində aparılan axtarış zamanı polis təxminən 600 min avro ələ keçirib.

Bundan əlavə, ötən il Avropa Parlamenti yenidən rüşvət qalmaqalı ilə üz-üzə qaldı. Belçika polisi "Russiagate" işi ilə əlaqədar olaraq Avropa Parlamentində axtarış aparıb. Bu qalmaqalda Avropa Parlamentinin bəzi deputatlarının Rusiya təbliğatını "Avropanın səsi" saytı vasitəsilə yayımlamaları üçün rüşvət aldıqları iddia olunurdu.

Bununla yanası, Belçika polisi 2023-cü ilin aprelində Avropa Parlamentinə 2019-cu il seçkilərində korrupsiya faktları ilə bağlı araşdırma çərçivəsində xüsusi əməliyyat keçirib.

Polis AB-nin ən böyük millətüstü partiyası sayılan Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın edib.

Reyd partiyanın Rü dü Kommers küçəsindəki qərargahının birinci və üçüncü mərtəbələrində keçirilir. Polis kompüterlərə əl qoyub. Təhqiqat Avropa Komissiyasının sədri Ursula fon der Layenə də təsir edib. Çünki Avropa Xalq Partiyasının rəqəmsal kampaniyasının aparılmasına cavabdeh olan şəxs alman deputat Mario Voytdur. O, Angela Merkel və Ursula fon der Layenin üzv olduğu Xristian-Demokrat İttifaqının Türingiya əyalətindəki təşkilatının lideridir.

Bütün bu faktlar onu göstərir ki, Azərbaycanı rüşvətxorluqda və korrupsiyada günahlandıran Avropada rüşvətxorluq və korrupsiya daha çox vüsət alıb.

Bu danılmaz faktdır ki, rüşvət və korrupsiya dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur. Hətta təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə rüşvət və korrupsiya mexanizmi daha mürəkkəb və daha "ağıllı" sxemlər üzərindən həyata keçirilir. Ona görə də inkişaf etmiş ölkələrdə verilən rüşvətin və korrupsiyaya uğradılan vəsaitin məbləği ən azı milyon dollarlarla ölçülür. Sadəcə olaraq, Avropa təsisatları Azərbaycan hökumətini qaralamaq, onu tənqid etmək üçün rüşvət və korrupsiya hallarından sui-istifadə edir.

Məsələn, Azərbaycanda 2020-ci ilə qədər idarəetmədə daha çox əyintilər var idi, hökumət ilbəil bu əyintiləri aradan qaldırmaq üçün bacardığı islahatları aparırdı. Həmin islahatlar indi də davam edir. Amma nədənsə, Avropanın tənqidləri 2020-ci ildən sonra, yəni Azərbaycan torpaqlarını işğaldan azad edən kimi kəskinləşdi. 2023-cu ilin sentiyabr ayındakı antiterror əməliyyatından sonra - 2024-cu ilin yanvar ayında isə ən kəskin qərar qəbul edilərək, AŞPA-da Azərbaycan nümayəndə heyəti səsvermə hüququndan məhrum edildi. Yəni Avropanın təzyiqlari ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi tərs-mütənasiblik təşkil edir.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikcə Avropa ona qarşı təzyiqləri şiddətləndirdi. Bu da onun göstəricisidir ki, Avropanın Azərbaycanda nə demokratiya, nə də rüşvət və korrupsiya problemləri qayğısı var. Avropanın əsas məqsədi Azərbaycanın imkanlarından daha sərfəli şərtlərlə bəhrələnməkdir. Azərbaycan hökuməti Avropaya ədalətli mənfəət bölgüsü təklif edir. Onlar isə bununla razılaşmaq istəmir və yuxarıda qeyd etdiyimiz məsələlərlə rəsmi Bakını şantaj etmək yolunu tutub. Lakin bu heç bir fayda verməyəcək, enində-sonunda Avropa Azərbaycanla ədalətli şəkildə hesablaşmalı olacaq.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ