Cümə günü, 23 oktyabr 2026
     

Macarıstanın Avropa Birliyindən şikayətləri artır - qurum özünü yenə çətinə saldı...

Image


Avropa İttifaqının son illərdə yol verdiyi yanlışlıqlar bu qurumun özü üçün çoxsaylı problemlərə gətirib çıxarıb. Xatırladaq ki, bu quruma üzv bəzi ölkələr Azərbaycana qarşı da yanlış mövqe sərgiləyiblər. Amma bundan daha çox əziyyəti Avropa özü çəkib.

Hazırda Avropanın Ukrayna məsələsində də siyasətində ciddi qüsurlar qeydə alınır. Bunun Avropaya hansı böyük priblemlər yaratdığını Macarıstanın baş naziri Viktor Orban prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında açıq şəkildə ifadə edib: “Macarıstanın qonşusu olan ölkədə artıq üç ildir ki, müharibə gedir. Bu günədək Macarıstanın iqtisadiyyatının itkisi 20 milyard avrodan artıqdır. Hər kəsə məlumdur ki, müharibə başlayan gündən bəri Avropa İttifaqı müharibəni genişləndirmək seçimini etmişdir, nəinki sülhü bərqərar etmək. Bundan əlavə, Avropa iqtisadiyyatı olduqca mürəkkəb vəziyyətdədir. Çünki sanksiyalar bazar iqtisadiyyatını və Avropanın inkişafının təməlini sarsıtmışdır. Bazar iqtisadiyyatı, əlbəttə ki, Avropa iqtisadiyyatının təməl prinsipləri idi və bunlar artıq sarsılmış vəziyyətdədir. Deyə bilərəm ki, bu gün Avropa iqtisadiyyatının gəmisi kompas olmadan səyahət edir. Onu da qeyd etmək istəyirəm ki, biz mütəmadi olaraq enerji böhranı şəraitində yaşayırıq. Biz Amerikadan fərqli olaraq, Avropada qaza 3-4 dəfə daha çox pul ödəyirik və bu şəraitdə rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq çətindir”. Ukraynada müharibənin sona çatmasna töhfə vermək əvəzinə Avropa İttifaqının Rusiyaya qarşı yenicə qəbul edilmiş 17-ci sanksiyalar paketinin mürəkkəbi hələ qurumamış bu hal ciddi tənqid hədəfinə çevrilib. Əksər analitiklər xəbərdarlıq edir ki, bir çox cəhətdən Aİ artıq ən güclü kartlarını oynayıb və hazırda əlində çox seçim qalmayıb — xüsusilə də Vaşinqton Kiyev və Moskva arasında sülh danışıqlarını təşviq etdiyi bir vaxtda bu prosesə qoşulmaqda tərəddüd göstərdiyi halda. Kiyevdə yerləşən “KSE Institute” analitik mərkəzinin baş iqtisadçısı Benyamin Hilqenştok bildirir: “Bizim hələ oynaya biləcəyimiz kartlar, əsasən, elə tədbirlərdir ki, onların həyata keçirilməsi üçün ABŞ-yə ehtiyacımız olacaq. Xüsusilə bu, Rusiya neft və qazının böyük həcmdə qlobal bazarlardan çıxarılması ilə bağlı olardı”. Hilqenştok əlavə edib ki, Hindistan, Çin və Türkiyə kimi ölkələr ABŞ-nin ikinci dərəcəli sanksiyalarının təzyiqi olmadan Rusiya qazı və neftini almağı dayandırmayacaq.

Bir daha qeyd edək ki, Avropa liderləri Vaşinqtonun Moskvaya təklif etdiyi 30 günlük atəşkəsi qəbul etmədiyi təqdirdə Rusiyanı nəhəng sanksiyalarla hədələyiblər. Onlar bildirib ki, bu tələb ABŞ prezidenti Donald Trampla razılaşdırıldıqdan sonra irəli sürülüb. Bu addım oyunun gedişatını dəyişəcək bir məqam olmalı idi, lakin görünən odur ki, transatlantik razılaşma qısa zamanda pozulub. Rusiya prezidenti Vladimir Putin Tramp ilə telefon danışığı zamanı atəşkəslə bağlı öhdəlik götürməyib, lakin Tramp bu danışığı müsbət qiymətləndirib. O, Rusiyaya qarşı yeni ABŞ sanksiyalarını elan etməyə meylli görünməyib. Tramp deyib ki, bu mərhələdə sanksiya tətbiq etmək danışıqları təhlükəyə ata və vəziyyəti daha da pisləşdirə bilər. Beləliklə, indi Avropa liderləri ABŞ-nin iştirakı olmadan özləri nəyisə böyük və təsirli bir addım atmalı olacaqlar, əks halda, boş bir hədə ilə çıxış etdikləri kimi görünə bilərlər. Litvanın xarici işlər naziri Kyastutis Budris bunun mümkün olduğunu hesab edir. O bildirib ki, Aİ Rusiyanın enerji ixracı sahəsindəki təzyiqlərini ikiqat artıra bilər: “Biz Rusiyanın büdcəsinə və onun müharibə maşınına əsas gəliri - qaz, neft və mayeləşdirilmiş təbii qaz) ixracını dayandırmalıyıq. Bəziləri deyir ki, bu çox bahadır, biz bunu ödəyə bilmərik. Baxın, biz bunu artıq etmişik”. Praktikada İspaniya, Niderland və Belçika kimi ölkələr əslində ötən illə müqayisədə indi daha çox maye qaz idxal edirlər. Budris isə iddia edir ki, qlobal bazarda kifayət qədər alternativ mövcuddur. Lakin qiymətlə bağlı bu arqumentlər göstərir ki, sanksiyaların zərərli təsirləri keçmişdə Aİ-nin addımlarını ləngidib və gələcəkdə də ləngidə bilər. Londonda yerləşən “Royal United Services Institute” beyin mərkəzinin əməkdaşı Tom Kitinq qeyd edir: “Sanksiyalar yalnız biz öz istədiyimizdən daha uzağa getməyə hazır olduğumuz zaman “nəhəng” ola bilər. Yəni, yalnız bizim öz iqtisadiyyatlarımıza müəyyən mənada zərbə vuran sanksiyalar tətbiq etməyə hazır olduğumuz zaman”. Benyamin Hilqenştok isə iqtisadi səbəblərdən Rusiyanın mayeləşdirilmiş təbii qazından istifadə edən ölkələr ilə Macarıstan və Slovakiya kimi Moskvayla yaxın siyasi münasibətlərə görə idxal qadağasına qarşı çıxan ölkələri fərqləndirir. İqtisadi etirazlar aradan qaldırılsa belə, siyasi amillər bu sahədə sanksiyaların ciddi şəkildə sərtləşdirilməsini gecikdirə və ya çətinləşdirə bilər. Avropa liderləri bildiriblər ki, növbəti sanksiyalar paketi enerji sektorunu əhatə edəcək, lakin bu, çox geniş bir anlayışdır. Bəziləri maliyyə tədbirləri də təklif edib. Hilqenştok bildirib: “Əslində nədən danışdıqları kifayət qədər aydın deyil. Onlar edə biləcəklərindən daha artığını vəd edirlərmi? Məncə, edirlər”.​Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen növbəti addımlar barədə müəyyən ipucu verib. O, Rusiya neft və neft məhsullarına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün istifadə edilən və mülkiyyəti bəlli olmayan gəmilərə istinad edərək bildirib: “Bura Rusiya kölgə donanmasının daha çox gəmilərinin siyahıya alınması üzərində iş daxildir”. 17-ci sanksiyalar paketi və Britaniyanın eyni gün elan etdiyi tədbirlər, əvvəlki paketlərin nümunəsinə uyğun olaraq, onlarla gəmiyə məhdudiyyət tətbiq edir. Beləliklə, yeni gəmilərin sanksiyalar siyahısına əlavə edilməsi cəsarətli və yeni bir şey deyil, daha çox məcmu fəaliyyət kimi görünür. Fon der Lyayen həmçinin Rusiya neftinə tətbiq olunan qiymət tavanının azaldılmasından da danışıb. Bu da Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra tətbiq edilmiş sanksiyalardan biridir. Lakin bu tədbirin qlobal səviyyədə icrası üçün ABŞ-nin razılığı tələb olunur. “Royal United Services Institute” beyin mərkəzinin əməkdaşı Tom Kitinq xəbərdarlıq edir ki, həqiqətən təsirli sanksiyalarla davam etməmək etibarı sarsıtmaq riski daşıyır: “Bu, Sergey Lavrov və digərlərinə avropalilar haqda “onlar yalnız danışır, amma heç nə etmirlər” demək üçün bol arqument verir”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ