Cümə günü, 23 oktyabr 2026
     

Azərbaycançılıq və postmüharibə dövrünün milli ideyası...

Image


Azərbaycançılıq ideyasının təbliği Azərbaycanın milli kimliyini, dilini, mədəniyyətini və dövlətçilik anlayışını gücləndirmək məqsədini güdür. Bu ideya xalqın öz tarixi və mədəniyyətinə olan bağlılığını artırmağa, dövlətin müstəqilliyini və suverenliyini qorumağa yönəlib.

Yeni dövrdə milli ideya ilə bağlı müzakirələr aparılmalıdır

Prezident İlham Əliyev ötən il yerli televiziya kanallarına müsahibəsində deyib ki, yeni dövrdə milli ideya ilə bağlı siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar müzakirələr aparmalıdır: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.

Maraqlıdır, Prezidentin nəzərdə tutduğu yeni dövrün milli ideyası olan azərbaycançılıq necə olmalıdır?

Azərbaycançılıq etnik mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşı olan hər kəsi əhatə edir

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Ödülü laureatı Əkbər Qoşalı hesab edir ki, azərbaycançılıq ideyasının yeni dönəmdə təbliği və transformasiyasından danışırıqsa, bunun tarixi mərhələdən çağdaş mərhələyə keçidi incələmək lazımdır: “Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqil Azərbaycan uzun illər əsas milli ideya kimi torpaqların azadlığı amalını daşıyırdı. Bu ideya yalnız siyasi deyil, həm də emosional, psixoloji və identitet - yəni kimlik, mənlik baxımından birləşdirici qüvvə idi. 2020-ci ildə əldə olunan tarixi Zəfər bu mərhələnin tamamlandığını göstərdi. Təbii olaraq, xalq indi yeni bir milli ideya axtarışındadır. Bu, təkcə siyasətçilərin yox, bütövlükdə ictimaiyyətin – aydınların, alimlərin, yaradıcı insanların, ümumən fikir adamlarının qarşısında duran strateji bir vəzifədir. İkincisi, Azərbaycançılıq - statik ideya yox, dinamik konsept olaraq incələnməyi haqq edir. Azərbaycançılıq ideyası klassik şəkildə Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və digər maarifçilər, istiqlalçılar tərəfindən ideoloji zəminə oturdulub. Bu ideya milli mənsubiyyətin, ana dilinin, mədəni kimliyin qorunması, İslam kimliyinin tolerantlıqla - dözümlülüklə və Qərb müasirliyi ilə sintezindən ibarət idi. Bu gün isə həmin ideya artıq bir siyasi və mədəni konstrukt kimi yenidən interpretasiya olunma potensialındadır. Yeni dönəmdə azərbaycançılıq təkcə milli birliyə yox, həm də qlobal rəqabətə hazır, dünyəvi, texnoloji və mədəni inkişaf yönümlü bir ideologiya kimi təşəkkül tapmalıdır. Üçüncüsü, “yeni dönəmin azərbaycançılığı nələri əhatə etməlidir?” deyərək özümüzə sual verək. Azərbaycançılıq etnik deyil, sivil milli kimlikdir. Yəni bu ideya etnik mənsubiyyətdən asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəsi əhatə edir. Bu, dövlət-vətəndaş münasibətlərini gücləndirən önəmli elementdir. “Azərbaycanda azərbaycanlı olmaq” – bu, siyasi və hüquqi anlamda bütöv vətəndaş kimliyidir. Mövzunu multikultural və sekulyar dəyərlər baxımından da dəyərləndirə bilərik. Azərbaycançılığın mahiyyətində dinə sayğı olsa da, onun əsasında sekulyar idarəetmə dayanır. Yeni dönəm azərbaycançılığı dini dözümlülüyü, etnik rəngarəngliyi bir zənginlik kimi təqdim etməlidir. Olsun ki, ümumən Qafqazda sabitlik məhz bu modelin güclənməsi ilə mümkündür”.

Yeni dönəmin azərbaycançılığı yalnız tarixə deyil, həm də gələcəyə baxmalıdır

Daha sonra Ə.Qoşalı bunları qeyd etdi: “Dil və mədəniyyətin təməl rolu baxımından nə deyə bilərik? Milli kimliyin əsas dayağı ana dilidir, əlbəttə. Əlbəttə, azərbaycançılıq ideyası dilin yalnız ünsiyyət vasitəsi kimi deyil, həm də mədəniyyətin daşıyıcısı kimi qorunmasını və inkişaf etdirilməsini şərtləndirir. Yeni dönəmdə texnologiya, kino, ədəbiyyat, musiqi vasitəsilə bu ideya yeni nəsillərə estetik formada ötürülməlidir. Bəs, elm, texnologiya və yaradıcı düşüncə ilə diffuziya baxımından necə bir xarakterizə apara billik? Yeni dönəmin azərbaycançılığı yalnız tarixə deyil, həm də gələcəyə baxmalıdır. “Startap”lar, süni intellekt, yaşıl texnologiyalar, beynəlxalq elm mərkəzləri ilə inteqrasiya bu ideyanın çağdaş görünümünü formalaşdırmalıdır. Örnəyi, azərbaycançılığın yeni simvollarından biri “yaradıcı vətəndaş” obrazı ola bilər – həm milli, həm də çağdaş kimlik daşıyıcısı… Məncə, yaponların inkişafında da məhz bu amil özünü doğruldub. Nəhayət, təhlükələr və çağırışlara da vurğu edək. Yeni dönəmdə azərbaycançılıq ideyasının qarşısında duran əsas risklər hansılardır? Məncə, ideyanın etnik və ya dini dar interpretasiyası - bu, birləşdirici yox, parçalayıcı funksiyaya çevrilə bilər; Formallıq və simvolik dillə məhdudlaşma – ideya konkret siyasətlər, proqramlar və gündəlik dolu-dolu çalışmalarla dəstəklənməzsə, toplumda gerçək təsiri zəifləyər; Qloballaşma və identitet - kimlik, özünəxaslıq böhranı – qloballaşan dünyada milli identitetin qloballaşma ilə sintez yolu tapmaması, özəlliklə gənclər arasında özgələşməyə səbəb ola bilər. Əlbəttə, risk, problem varsa, illa önləmə və çıxış yolları da vardır. Ona görə: Təhsil sistemində azərbaycançılığın çağdaş tədrisi – ideologiyanın şüar kimi deyil, tənqidi və analitik şəkildə tədrisi; Milli mədəniyyətin rəqəmsal transformasiyası – musiqidən ədəbiyyata, sənətdən folklora qədər milli sərvətlərin yeni texnologiyalarla qlobal platformalarda təqdimatı; Azərbaycançılığın regional güc kimliyi ilə bağdaşlaşdırılması – yəni Güney Qafqazda lider dövlət obrazının milli kimliklə sintezi… Bax, bunlar önərilər kimi dəyərləndirilə bilər. Beləliklə, nəticə olaraq, azərbaycançılıq yeni dönəmdə həm içəridə birliyimizin rəmzi, həm də xaricindəki siyasətimizdə yumşaq güc vasitəmiz olmalıdır. Bu ideya yalnız keçmişin yaddaşı yox, həm də bu günün işi, gələcəyin planıdır. Onun uğuru – vətəndaşın bu ideyada öz yerini görməsi ilə mümkündür. Fikirlərimizi tamamlarkən, Azərbaycanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il fevralın 14-də Milli Məclisdə Prezident Andı içərkən söylədiyi nitqini də unutmuruq. O nitqin dillər əzbəri olan cümlələrini xatırlayaq: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ