çərşənbə günü, 28 oktyabr 2026
     

Sərhədlərdə yenidən atəş açıldı - Ermənistan kimlərə güvənir?

Image


İbrahim Rüstəmli: "Ermənistan tərəfindən atəşkəs pozulursa, burda da əsas rolu hazırda Ermənistanda yerləşən məlum güclər - Fransa, ABŞ oynayır"

Ermənistanın yürütdüyü antisülh siyasəti özünü günü-gündən daha qabarıq formada göstərir. Bir yandan Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduqlarını rəsmi səviyyədə bəyan edirlər, o biri tərəfdən isə həm silahlanırlar, həm də sərhəddə təxribat törətməyə cəhd edirlər. 

Bu da onu göstərir ki, bədnam qonşularımız revanşizmdən və işğalçılıq siyasətindən bir addım da olsa geri çəkilmək niyyətində deyillər. Təbii, bu məkrli niyyətlərini öz başlarına ifadə etmirlər, burda onların havadarları olan məlum Qərb dövlətlərinin də əli yox deyil.

Bildiyimiz kimi, yanvarın 6-sı saat 14:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Qeyd edək ki, bundan əvvəl  yanvarın 5-i saat 22:00-dan 22:10-dək də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Sərhəddə atəş açan Ermənistan kimlərə güvənir? Bu niyə baş verdi?

"Ermənistanın bu məsələdə öz havadarlarına arxalandığı gizlin deyil"

Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, hazırda Cənubi Qafqazda ən strateji ölkə Azərbaycandır və Azərbaycan öz vahid siyasi xəttinə, eyni zamanda istər regionda, istərsə də beynəlxalq aləmdə mövqeyinə görə seçilən, öndə gedən ölkədir. "Azərbaycanın asayişinə, dincliyinə, inkişafına mane olmaq məqsədilə burda maraqları toqquşan çox ciddi güclər fəlaiyyət göstərir. Mən dəfələrlə bu barədə öz fikrimi bildirmişəm, yenə də təkrar edirəm ki, 44 günlük Vətən savaşından sonra yeni geosiyasi reallıqlar fonunda Cənubi Qafqazda həm də yeni mövqe savaşları başlayıb. Bu savaşların harda, necə həyata keçirilməsini artıq həyat bizə göstərib. Yəni Ermənistan Cənubi Qafqazın ən morionet dövlətidir, bunun üçün həm də zəif bəndidir. Bütün projelər, bütün planlar, bütün məkrli niyyətlər məhz Ermənistan üzərindən həyata keçirilir. Yəni biz burda əgər Gürcüstanı da müqayisə predmetinə çevirsək, deməliyik ki, Gürcüstan ümumiyyətlə bu baxımdan strateji xarakter daşımır. Bu gün Ermənistanda fəaliyyət göstərən güclərin, eyni zamanda Ermənistana gəlib-gedən xarici nümayəndələrin, emissarların əsas məqsədi bu ölkə vasitəsilə Cənubi Qafqazda nəzarət mexanizmini tam şəkildə həyata keçirməkdən ibarətdir. Ermənistan tərəfindən atəşkəs pozulursa, burda da əsas rolu hazırda Ermənistanda yerləşən məlum güclər - Fransa, ABŞ oynayır. Bu məsələ ilə bağlı Rusiyanın proyektləri var. Amma hələ başı Ukrayna savaşına qarışdığı üçün bunları həyata keçirə bilmir. Rusiya artıq bu və digər şəkildə açıq tribunalardan ideoloqlarının dili ilə bəyanat yayır ki, Ukrayna savaşından sonra Azərbaycanla da bizim işimiz olacaq.     

Bütün bunları Azərbaycana, Azərbaycanın bugünkü vahid siyasi durumuna, eyni zamanda artan iqtisadi və hərbi gücünə qarşı bir təhdid kimi qarşılayıram, qəbul edirəm. Bu mənada Ermənistanın atəşkəsi pozması həm Azərbaycan, həm də ümumiyyətlə Cənubi Qafqaz üçün növbəti mesajlardan biridir. Yəni "münaqişə hələ bitməyib, münaqişənin davamı olacaq, münaqişə hələ uzun sürəcək" mesajını verirlər. Ona görə də, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparılmasına, sülh sazişinin bağlanmasına mane olan güclər var. o güclər var qüvvələri ilə çalışırlar ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasın".

İ.Rüstəmlinin fikrincə, burda da əsas məqsəd Cənubi Qafqazda bir qədər öləziyən, sönən, bir qədər zəif közərən münaqişə ocaqlarını yenidən körükləməkdir, Cənubi Qafqaza nəfəs almağa imkan verməməkdir. O vurğuladı ki, onların əsas istəklərindən biri Cənubi Qafqazın iki ölkəsini - Azərbaycanı və Gürcüstanı asılı vəziyyətə salmaqdır. "Mən Ermənistandan danışmıram, çünki o, vassal dövlətdir. Sərhəddə atəşkəsin pozulması bir mesajdır və bu mesajın arxasında Fransa, ABŞ, Rusiya  dayanır".    

İ.Rüstəmlinin sözlərinə görə, təyyarə qəzasından sonra Rusiya ictimai-siyasi, KİV poliqonunda Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirilməkdədir, bu, ideoloqların çıxışlarında da açıq şəkildə görsənir. "Rusiya Azərbaycandan incik düşüb. Azərbaycan öz haqqını tələb edəndə "pis" dövlət olur, amma Azərbaycanın haqqı tapdananda bunlar "yaxşı" dövlət olub bizə kömək göstərirlər. Vəziyyət bundan ibarətdir". 

İ.Rüstəmli qeyd etdi ki, Ermənistan sərhəddə atəşkəsi pozmaqla və ərazilıərimizi atəşə tutmaqla öz havadarlarına arxalanır: "Ermənistanın bu məsələdə öz havadarlarına arxalandığı gizlin deyil". 

İ.Rüstəmli hesab edir ki, Ermənistan  onların göstərişi ilə hərəkət edir.  "Belə bir vəziyyətdə də Ermənistan tərəfindən atəşkəsin pozulması təbii qarşılanmalıdır. Çünki Ermənistan həmişə böyük güclərin əlində vasitə olub və vasitəçi kimi çıxış edir. Başda Amerika, Fransa, Rusiya olmaqla Ermənistanı və Ermənistanın timsalında erməni xalqını (əgər onlara xalq demək mümkündürsə-İ.R) poliqona və o poliqonun təliminin iştirakçılarına çeviriblər. Təkcə Ermənistan dövləti deyil, erməni cəmiyyəti də bu məsələdə vasitəyə çevrilib. Nəticədə onları yaxşı heç nə gözləmir. Bu işlər uzun müddət davam edə bilməz".

İ.Rüstəmli qeyd etdi ki, dünyada çoxlu münaqişə ocaqları var, yeni münaqişə ocaqları da yaradılır, yaradılacaq da, bu planlar fonunda, əlbəttə, Cənubi Qafqazda münaqişənin öləziməsi heç bir super gücə sərf etmir. "Buna görə də fikrimi cənab Prezidentinin söylədiyi mühüm bir məntiqlə yekunlaşdırıram. Cənab Prezident çıxışlarından birində demişdi ki, biz nəinki XXI əsrin, hətta XXII əsrin müharibəsinə hazır olmalıyıq. Təbii, bu ciddi  bir mesaj idi, ciddi bir çatdırılma idi. Bunun arxasında da ciddi faktlar dayanır. Fakt ondan ibarətdir ki, Ermənistan gündən-günə daha çox silahlandırılır. Ermənistana verilən silahların, təqdim edilən hərbi cəbbəxananın böyük bir hissəsi Azərbaycanla sərhəddə yerləşdirilir. Bütün da kökündə sönmüş münaqişəni körükləmək məqsədi dayanır. Amma Ermənistan bununla heç nəyə nail ola bilməyəcək"-deyə İ.Rüstəmli qeyd etdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ