Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycan AQEM-ə sədrliyi təhvil aldı...

Image


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının 7-ci görüşündə çıxış edib. XİN-dən bildirilib ki, nazir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının Azərbaycanın 2024-2026-cı illər üzrə Müşavirəyə sədrliyi təhvil alması ilə əlamətdar olan 7-ci görüşündə bütün AQEM üzv dövlətlərinə Azərbaycana göstərdikləri etimad və inama görə təşəkkür edib.

"Azərbaycan AQEM Sədrliyini ölkəmizin qlobal diplomatiyada "körpü qurmaq" rolu təcrübəsi, çoxtərəfli platformalarda liderliyi, sülh, sabitlik və dayanıqlı inkişafa olan möhkəm sadiqliyinə əsaslanaraq quracaqdır.

Azərbaycanın AQEM-ə sədrliyi təkcə Müşavirənin tarixi deyil, o cümlədən Asiyanın və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır.

İndi Asiyanın qlobal inkişafda, texnoloji innovasiya və siyasi təsir etmədə aparıcı qüvvə kimi rolu həmişəkindən daha vacibdir. Dünyada çoxqütblülüyün vüsət aldığı və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir zamanda Asiya bu çağırışlara birlik, əməkdaşlıq və ortaq məsuliyyətlə cavab verməlidir.

Regionun ən inklüziv dialoq platforması olmaqla, AQEM əməkdaşlığı təşviq etmək və qarşılaşdığımız çağırışların öhdəsindən gəlmək üçün unikal mövqeyə malikdir", - nazir qeyd edib.

"Bizim Sədrliyimiz "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf" mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcəkdir: 1) AQEM-in transformasiyası və institusional inkişafı, 2) etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq, 3) AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi.

Biz son 30 ildə əldə olunmuş uğurlar əsasında AQEM-in tam formalaşmış beynəlxalq təşkilata çevrilməsi ilə bağlı hazırkı keçid prosesini davam etdirəcəyik.

Qazaxıstan Sədrliyi dövründə başladılmış və 2022-ci ildə 6-cı AQEM Zirvə Toplantısı tərəfindən təsdiq olunmuş bu proses üzv dövlətlər tərəfindən idarə olunan və konsensus əsaslı qalmaqla, AQEM-i sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün hazırlıqlı olmaq məqsədlərinə yönəldəcəkdir.

AQEM-in hüquqi qüvvəyə malik əsas sənədinin (Nizamnamə) işlənib-hazırlanması, habelə onun institusional potensialının və maliyyə müstəqilliyinin gücləndirilməsinə yönəlmiş səylər də Azərbaycan sədrliyinin vacib prioriteti kimi qalacaqdır.

Sədrliyimiz həmçinin, AQEM Katibliyinin funksional imkanlarının gücləndirilməsinə diqqət yetirəcəkdir. Bu məqsədlə Azərbaycan Katibliyə həm maliyyə töhfəsi, həm də işçi heyətinin təmin olunması vasitəsilə dəstək göstərəcəkdir. Biz bütün üzv dövlətləri həm maliyyə, həm də əyani yardımla Katibliyin işinə dəstək göstərməyə çağırırıq.

Həmçinin, biz Katibliyin Statutunun, habelə AQEM Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın ratifikasiyasını təşviq etməyə davam edəcəyik", - XİN rəhbəri əlavə edib.

Nazirin sözlərinə görə, Azərbaycan, o cümlədən AQEM Maliyyə Zirvəsinin təsis olunmasını dəstəkləyir və bununla bağlı ekspertlər səviyyəsində aparılmış mühüm işlər əsasında konsensusun əldə olunması məqsədilə çalışacaq.

"Etimad quruculuğu AQEM prosesinin əsasını təşkil edir.

Müsbət təcrübənin əsasında Azərbaycanın sədrliyi mövcud etimad quruculuğu tədbirlərinin səmərəliliyi və təsirinin genişləndirilməsini prioritetləşdirəcək, həmçinin əməkdaşlığın dərinləşdirilməsi üçün yeni, innovativ həll yollarını nəzərdən keçirəcəkdir.

Bu xüsusda, biz mühüm mövzular kimi, bağlantılar, rəqəmsallaşma və dayanıqlılığa diqqət göstərəcəyik. 2025-ci ildə Müşavirənin 5 ölçüsü üzrə sədrliyin 20-dən çox tədbiri planlaşdırılır.

Sədrlik üzv dövlətlər, etimad quruculuğu üzrə əlaqələndiricilər və həm-əlaqələndiricilərlə Biznes və Gənclər üzrə Şuralar, Beyin Mərkəzləri Forumu və Aparıcı Universitetlərin Tərəfdaşlıq Səbəkəsi kimi müvafiq AQEM orqanları arasında qarşılıqlı əlaqənin inkişafı istiqamətində səy göstərəcəkdir. Bu yanaşma etimad quruculuğu tədbirlərinin səmərəliliyinin gücləndirilməsinə və AQEM-daxili birliyin təşviqinə yönəlmişdir.

Sədrlik iqtisadi ölçü üzrə nəqliyyat bağlantıları, kiçik və orta sahibkarlığın təşviqi, qadın sahibkarlarlığı və yaşıl iqtisadiyyat mövzularını prioritetləşdirəcəkdir.

Biz nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq. Kiçik və orta sahibkarların sərmayelərə, bazarlara çıxışı və onların elektron kommersiya kimi innovativ metodlarla beynəlxalq ticarətdə iştirakı, həmçinin kənd təsərrüfatında innovativ yanaşmalar da AQEM Biznes Şurasının vasitəsilə daxil olmaqla, Sədrliyin bu çərçivədə diqqət yetirəcəyi sahələr arasında olacaqdır.

Yeni çağırışlar və təhdidlər ölçüsü üzrə diqqət qabiliyyət-quruculuğunun təşviqi, eləcə də kiber-təhlükəsizlik və şəxsi məlumatların mühafizəsi üzrə uğurlu təcrübələrin mübadiləsinə yönələcəkdir. Biz AQEM məkanında məlumatların mühafizəsi üzrə hüquqi çərçivənin harmonizasiyası, habelə kiber-təhlükəsizlik və məlumatların məxfiliyi mədəniyyətinin təşviqi üçün çalışacağıq.

Ətraf mühit ölçüsünün mərkəzində müxtəlif sahələrdə konkret layihələr vasitəsilə yaşıl keçid və dayanıqlı inkişafın təşviqi duracaqdır. Bu xüsusda, müxtəlif prioritet sahələr arasında qarşılıqlı əlaqənin təşviqi üçün bir-birilə kəsişən mövzuları əhatə edən gündəlik irəlilədiləcəkdir.

İnsan ölçüsünün vacib elementi kimi insanlararası əlaqələrin və turizmin təşviqi də bizim Sədrliyimizin gündəliyində vacib yer tutacaqdır. Biz gənclərin AQEM Gənclər Şurası çərçivəsində Asiyada sülh, əməkdaşlıq və dayanıqlı inkişafa töhfə verə bilməsinin yolları ətrafında səmərəli müzakirəyə cəlb olunması istiqamətində fəaliyyət göstərməyə davam edəcəyik.

Biz, həmçinin, mədəni irsin qorunmasını prioritetləşdirəcəyik. Müxtəlifliyi və zəngin tarixi ilə seçilən regionumuzda, mədəni mübadilə və irsin qorunub saxlanılması qarşılıqlı anlaşma və hörmətin təşviqi üçün mühüm əhəmiyyətə malikdir.

Bir sıra AQEM üzv dövlətləri ərazilərinin, minlərlə mülki şəxsin həyatına son qoyan, iqtisadi məqsədlər üçün istifadə oluna biləcək ərazilərə əlçatanlığı məhdudlaşdıran, təbii resurslardan dayanıqlı istifadədən məhrum edən mina və partlayıcı sursatlarla çirklənməsi səbəbindən çox ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən, sədrlik AQEM çərçivəsində humanitar mina təmizləmə fəaliyyətinin qarşılıqlı fəaliyyət sahəsi kimi təşviqi imkanlarını nəzərdən keçirəcəkdir.

AQEM çərçivəsində təhsil və elm sahələrinin potensialı da az istifadə edilmiş olaraq qalır. Biz hazırkı Nazirlər Şurasında təsis olunmasının yekunlaşacağı gözlənilən "Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi" vasitəsilə bu sahədə əməkdaşlığımızın genişləndirilməsi üzərində işləyəcəyik. Şəbəkə tam işlək vəziyyətə gətirildikdə, Sədrlik yüksək potensial və imkanların müşahidə olunduğu bu sektorlar üzrə əməkdaşlığın canlandırılması üçün bu platformanın fəaliyyətə başladılması məqsədilə fəaliyyət göstərəcək.

Sadalanan birbaşa prioritetlərdən başqa, Sədrlik regionumuzun dəyişən ehtiyaclarının təmin olunması naminə qarşılıqlı əlaqə və etimad quruculuğu tədbirləri üzrə yeni istiqamətlərin araşdırılmasına açıqdır.

Bu məqsədlə Sədrlik əlaqələndiricilər və həm-əlaqələndiricilərlə yaxından işləyəcəkdir.

AQEM özünün inklüzivliyi, regional təhlükəsizliyə, inkişafa və əməkdaşlığa vahid yanaşması ilə nisbi üstünlüyə malikdir. Lakin, hazırkı qarşılıqlı asılı dünyada heç bir təşkilat təcrid olunmuş şəkildə inkişaf edə bilməz.

Azərbaycanın sədrliyi AQEM-in beynəlxalq aktivliyinin artırılmasına və onun digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə diqqət yetirəcək.

Biz birgə çağırışları daha effektiv həll etmək üçün Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) kimi qurumlarla, eləcə də digər regional platformalarla qarşılıqlı sinerji yaratmağa çalışacağıq.

Bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz AQEM-in aktivliyini yüksəltməklə yanaşı, həmçinin onun Asiyada müsbət dəyişikliklər üçün hərəkətverici qüvvə kimi çıxış etmək qabiliyyətini artıracaq, habelə daha təhlükəsiz və çiçəklənən Asiya naminə inklüziv regional platforma kimi Təşkilatın beynəlxalq mövqeyini gücləndirəcək.

Azərbaycanın sədrliyi fürsət və məsuliyyət anıdır. Azərbaycanın sədrliyi daha güclü AQEM vasitəsilə dövlətlərimizin və onların əhalisinin təhlükəsizliyinə, inkişafına və rifahına müsbət təsir göstərməyə yönəlib.

Birgə işləmək, innovasiyaları mənimsəmək və davamlı inkişafa kollektiv öhdəliyimizi gücləndirməklə, biz regionumuz və dünya üçün daha parlaq gələcək formalaşdıra bilərik.

Azərbaycan AQEM-in bu transformativ prosesinə rəhbərlik etməyə hazırdır və biz sülhsevər, firavan və bir-biri ilə sıx əlaqəli Asiya haqqında ümumi baxışımıza nail olmaq üçün bütün üzv dövlətlərlə davamlı əməkdaşlığımıza inanırıq.

Mən bir daha bütün üzv dövlətlərə etimada görə təşəkkür edirəm və sədrliyimiz boyu səmərəli qarşılıqlı fəaliyyətə ümid edirəm".

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ