Noyabrın 27-də "Hayat Tahrir el-Şam" təşkilatının Hələbə qəfil hücumundan sonra ölkədən qaçan Bəşər Əsədin 12 gün ilk dəfə açıqlama verib. Moskvaya qaçan Əsəd Suriya Prezidentliyinin Telegram kanalı vasitəsi ilə açıqlama yayıb.
Suriyadan qaçmasının "planlı" olduğu iddiasını təkzib edən Əsəd dekabrın 8-dək Suriyadan qaçmağı heç düşünmədiyini deyib. O, açıqlamasında istefanın ağlından belə keçmədiyini bildirib.
Dekabrın 8-i axşam ölkəni tərk etdiyini bildirən Əsədin yazılı açıqlamasında bu ifadələr yer verib:
''Əksinə, 2024-cü il dekabrın 8-i bazar günü səhər saatlarına qədər Dəməşqdə qalmaqla vəzifəmi yerinə yetirdim. Terrorçu qüvvələr Dəməşqə soxularkən, mən rus müttəfiqlərimizlə koordinasiyalı şəkildə döyüş əməliyyatlarına nəzarət etmək üçün Latakiyaya getdim. Həmin gün səhər Hmeymim aviabazasına çatanda məlum oldu ki, bizim qüvvələrimiz bütün döyüş xəttlərindən tamamilə geri çəkilib və ordu son mövqelərini də itirib ".
Əsədin açıqlamalarında dekabrın 8-i axşam saatlarında Suriyadakı Hmeymim bazasından təxliyyə edildiyi, bazanın pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalmasından sonra Rusiyaya göndərildiyi barədə məlumatlar da yer alıb.
Ona qaçmağın və ya istefa vermənin heç bir tərəf və ya bir şəxs tərəfindən təklif edilmədiyini bildirən Əsəd yeganə həll yolunun "terrorçularla mübarizə" olduğunu bildirib.
TAHİR