Cümə günü, 30 oktyabr 2026
     

Avroittifaq missiyası Ermənistanda müşkül problemə çevrildi - 1 ay qaldı...

Image


Azərbaycan-Ermənistan şərti sərhədində müəmmalı fəaliyyətləri davam edən Avropa İttifaqı missiya ilə bağlı son günlərdə maraqlı proseslər cərəyan edir. Belə görünür ki, Ermənistan da bu missiyanım sülh prosesinə əngəl yaratdığını başa düşür. 

Elə bu fonda Avropa İttifaqının səfiri Vasilis Maraqos bildirib ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiyanın müddəti bitdikdən sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmamasını hələ dəqiqləşdirməyib.

O, həmçinin rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib: "Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir". Xatırladaq ki, 2023-cü ilin fevral ayından avropalı müşahidəçilər Ermənistana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədinin monitorinqi və sərhədyanı ərazilərdə sabitliyin təşviq edilməsi missiyası ilə ofislər açıblar. Ötən müddətdə onların fəaliyyəti hansısa pozitiv nəticə verməyib. Əksinə, Ermənistanın Rusiya və İranla münasibətlərini gərginləşdirib. Azərbaycan da birmənalı şəkildə missiyanın fəaliyyətini davam etdirməsinə qarşıdır. Bunlar fonunda Ermənistanın "Past" nəşri maraqlı bir məlumatla çıxış Úedib: Avropa İttifaqı həyəcan təbili çalır ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının müddətinin uzadılması məsələsinə hələ də aydınlıq gətirməyib. Uzun müddətdir Azərbaycan və Rusiya Aİ müşahidəçilərinin işindən narazılıqlarını bildirirdilər və İrəvandan cavab verirdilər ki, müşahidəçilərin sayəsində insidentlər azalıb. Bütün bu bəyanatlardan sonra rəsmi İrəvanın müşahidə missiyasının müddətinin uzadılması üçün müraciət etməsi məntiqli olardı, amma... Son zamanlar Ermənistan hakimiyyətinin Rusiyaya üz tutmaq siyasəti yeritdiyi, Moskva ilə münasibətləri yenidən yaxşılaşdırmağa çalışdığı göz qabağındadır. Strasburqda qorxurlar ki, Paşinyan hakimiyyəti yenidən Qərbi aldada, yenidən Rusiyanın qucağına uça bilər". Mövzuya Ermənistanın "Qraparak" nəşri də toxunub: "Xarici işlər naziri və baş nazir israrla sülh müqaviləsinin razılaşdırılmayan bəndlərinin nədən ibarət olduğunu açıqlamasalar da, diplomatik mənbələrimiz bildirir ki, söhbət 2 bənddən gedir: Azərbaycan-Ermənistan sərhədində üçüncü dövlət qüvvələrinin istisna edilməsi və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialardan imtina. Birinci tələb Avropa İttifaqının müşahidəçiləri Azərbaycan-Ermənistan sərhədində missiya yerinə yetirmədiyi zaman irəli sürülüb və problem yalnız Rusiya sərhədçilərinə aid olub, Ermənistan  hakimiyyəti buna etiraz etməyib, lakin Azərbaycan sonradan tələbini Aİ müşahidəçilərinə də aid edilməli olduğu şəklində yenidən formalaşdırıb. Bu arada Qərb Aİ müşahidəçilərinə qalmaq və regional hadisələri izləməyə davam etmək üçün təzyiq edir, ona görə də gələn ilin fevralında başa çatacaq razılaşmanın müddəti uzadılmalıdır. Bu bənd ətrafında razılıq yoxdur. Mənbəmizin sözlərinə görə, bizimkilər beynəlxalq məhkəmələrdə iddialardan imtina tələbi ilə də razılaşmayıblar, amma prinsipcə onlar buna qarşı deyillər. Əlbəttə, əgər bu, sinxron olsa, Azərbaycan da bizə qarşı ünvanlanmış iddialardan imtina etsə. Lakin bütün bəndlər razılaşdırılsa belə, mənbəmiz iddia edir ki, İlham Əliyev kağıza imza atmayacaq. İndi o israr edir ki, Ermənistan konstitusiyası dəyişdirilməyənə qədər heç nəyə imza atmayacaq".

Burada xatırladaq ki, prezident İlham Əliyevin bu il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən missiya məsələsinə geniş toxunub. Vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası "Avropa müşahidəçilər missiyasının" müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır: "Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi". Qeyd edək ki, Avropa İttifaqının müşahidəçiləri elə Ermənistana gəldikləri gündən etibarən sülh quruculuğu fəaliyyətindən başqa hər şeylə məşğul olublar. Buraya həm Ermənistanın yeni təxribatlara şirnikləşdirilməsi, həm də ətraf dövlətlərlə bağlı kəşfiyyat məlumatlarının toplanmasına qədər istənilən məqamı aid etmək olar. Azərbaycan dəfələrlə bəyan edib ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac yoxdur. Ümumən, sözügedən missiyaya nəinki indi, heç vaxt ehtiyac olmayıb. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılmasına start verilmiş bu təsisatın, prinsip etibarilə, təxribat törətməklə məşğul olduğu aydın görünür. Yəni birmənalı şəkildə məlumdur ki, bunlar kəşfiyyatçılardır və sərhədin hər bir addımını, hər metrəsini təhlil edir, monitorinqini keçirir və toplanmış arayışları da müvafiq olaraq özlərinin kəşfiyyat qurumlarına ötürürlər. O da məlum  məsələdir ki, qarşılıqlı etimad mühiti formalaşmadıqca və gərginlik doğuracaq faktorlar qaldıqca, Bakı və İrəvan arasında görüntüsü yalnız üfüqdə közərən sülhün reallığa çevrilməsi mümkünsüzdür. Bunda itirən tərəfin isə Ermənistan olacağı şübhəsizdir. Ona görə də Avropa İttifaqının regional təhlükəsizliyə, sülh və əmin-amanlığın bərqərar olmasına mane olan missiyasının tezliklə sona çatdırılması üçün diplomatik üsullara əl atılması olduqca vacibdir. Heç bir siyasi etika və normaya sığmayan "binokl diplomatiyası" həyata keçirən bu missiyanın fəaliyyəti qəbulolunmazdır. Bu səbəbədən sülhdən bəhs edən Ermənistanın həmin missiyanın fəaliyyətinə son verməsi də vacibdir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ