Cümə günü, 30 oktyabr 2026
     

25-də Gürcüstanda baş verəcəklər dünyanı narahat edir...

Image


Qulamhüseyn Əlibəyli: "Hər halda, 25 noyabrda legitim parlament fəaliyyətə başlayacaq"

Gürcüstanın yeni seçilmiş parlamenti işə başlayandan qısa müddət sonra ölkənin yeni prezidentinin seçki tarixini müəyyən edəcək. 

Bunu hakim "Gürcü arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib: "Xatırladıram ki, prezident seçkiləri parlamentin ilk iclasından sonra təyin olunmalıdır. Bunun üçün konkret müddət var. Yaxın günlərdə biz Gürcüstan parlamentinin ilk iclasının təyin olunacağı tarixi də müəyyənləşdirəcəyik".

Məlum olub ki, Gürcüstan parlamenti noyabrın 25-də keçiriləcək ilk iclasdan sonra yaxın günlərdə prezident seçkilərinin tarixini müəyyən edəcək. Gürcüstanın yeni çağırış parlamenti prezident Salome Zurabişvilinin və deputatların seçkilərlə bağlı Konstitusiya Məhkəməsinə (KM) iddialarına baxmayaraq, noyabrın 25-də işə başlayacaq. Konstitusiyaya edilən son düzəlişlərə əsasən, növbəti prezident 5 il müddətinə seçiləcək, lakin birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiya - parlament üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələri tərəfindən seçiləcək. Parlamentin birinci iclasından 45 gün sonra yeni prezident seçilməlidir. Seçkilərin nəticələrini tanımayan müxalifət parlament iclasında mandatlarından imtina edəcəyinə söz verir.

Maraqlıdır, prezidentin mövqeyi nəzərə alınmadan parlamentin açılışı nə dərəcədə qanuna uyğundur? Bütün bunların fonunda maraqlıdır, 25 noyabrda Gürcüstanda nə baş verəcək? Parlament toplana biləcək, yoxsa bilməyəcək və ondan sonra nə baş verəcək?

"Prezident bunun əksini edir və hakimiyyət böhranına rəvac verir, özünü cığal müxalifət üzvü kimi aparır"

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli Gürcüstandakı son siyasi proseslərə bir neçə prizmadan yanaşdı: "Gürcüstan qanunvericiliyində situasiyanın necə olacağı barədə birmənalı proqnoz vermək çətindir. Düzdür, Konstitusiyaya görə Gürcüstan parlamentinin seçkidən sonra ilk iclasını prezident çağırır. Bu, əslində parlamentə münasibətdə prezidentin cüzi səlahiyyətlərindən biridir. Çünki Gürcüstan prezidenti geniş səlahiyyətlərə malik deyil və o, yalnız formal olaraq dövlət başçısı kimi parlamentin ilk iclasını çağırmalıdır. Ondan sonra parlamentin növbədənkənar iclaslarının çağırılması haqqında tələblər olarsa, digər subyektlərlə birlikdə bunu həyata keçirməlidir. Qalan məsələlər parlamentin özü və hökumət tərəfindən həll olunur. Hazırda Gürcüstan parlamentinə seçkilər keçirilib, nəticələri elan olunub. Seçkilərin nəticələrini tanıyıb-tanımamaq, ona uyğun hərəkət etmək Gürcüstan prezidentinin səlahiyyətinə aid deyil. Gürcüstan prezidenti hökumətin razılığı olmadan faktiki olaraq çox cüzi səlahiyyətlərə malikdir. Yəni əfv olunma, bağışlanma, vətəndaşlıqla bağlı səlahiyyətlərə malikdir. Hakumətin razılığı olmadan bunları edə bilər. Qalan məsələlərdə hökumətin razılığı olmadan prezident nəsə edə bilməz. İndi faktiki olaraq parlament seçkiləri keçirilib və Gürcüstan prezidenti onun nəticələrini tanımadığını bəyan etməklə, əslində özünün konstitusion səlahiyyətlərindən xeyli kənara çıxıb. Bu halda prezident hakimiyyət böhranının qarşısını almaq üçün zəruri olan tədbirlər görməli idi. Ancaq təəssüflər olsun ki, bunun əksini edir və hakimiyyət böhranına rəvac verir. Özünü cığal müxalifət üzvü kimi aparır. Ona görə də Gürcüstanda belə bir vəziyyət yaranıb. Ancaq bu, o demək deyil ki, Gürcüstan parlamenti iflic olacaq. Müxalifət imtina etsə belə, yenə də nəsə dəyişməyəcək. Çünki Konistitusiyaya görə, onun seçilmiş üzvlərinin yarıdan çoxu iştirak etdikdə, parlament səlahiyyətli sayılır və birinci növbədə deputatların səlahiyyətlərinin tanınması məsələsi müzakirə olunmalıdır. O halda parlamentin hüquqi cəhətdən toplaşmaq səlahiyyəti var. Nəzərə almaq lazımdır ki, "Gürcü arzusu" parlamentdə çoxluğa malikdir. Fikrimcə, bu situasiyadan çıxmaq üçün sonrakı mərhələdə Gürcüstan qanunvericiliyində müəyyən imkanlar axtarılıb tapılacaq. Hər halda, 25 noyabrda legitim parlament fəaliyyətə başlayacaq".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ