Cümə günü, 30 oktyabr 2026
     

ABŞ və Avroittifaq COP29-da böyük maliyyə öhdəliyi götürmək istəmirlər...

Image


Abutalıb Səmədov: "ABŞ-ın və Avropa Birliyi ölkələrinin maliyyələşmə öhdəliyindən qaçmaları yeni hadisə deyil"

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni maliyyə hədəfinin müəyyən olunması üçün 300-500 milyard dollar arasında yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir. 

"Report"a danışıqlara yaxın diplomatik mənbənin verdiyi məlumata əsasən, danışıqlar sərt və ciddi surətdə davam edir. Mənbənin bildirdiyinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. Aİ-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.

Məlumata görə, kollektiv Qərb hər vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb, xüsusilə bu prosesə Çin, Qətər və bu qəbildən olan ölkələri cəlb etmək niyyətindədir. Cənubi Koreya və Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanı qəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və Qərb ölkələrinə təzyiq göstərir.

Mənbə xatırladıb ki, ABŞ-nin bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-nin neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu Tramp seçiləndən sonra çox tərəddüdlü görünür.

Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərindən qəbul edilmiş "fossil fuel transition" sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə mane olurlar. Azərbaycan danışıqlar prosesində vasitəçi və ev sahibidir. Geosiyasi qütbləşmə kəskindir. Yeni maliyyə hədəfi müəyyən olunacaqsa, bu, bütün dünyanın uğurudur. Bu olmayacaqsa, bu eyni zamanda bütün dünyanın və iqlim fəaliyyətinin iflasıdır.

ABŞ və Avropa Birliyi COP-da böyük maliyyə öhdəliyi götürmək istəmirlər. Niyə? Bu nə özbaşınalıqdır? Niyə belə edirlər? 

"Dünyada havanı ən çox çirkləndirən ölkələr içərisində irəlidə gedən də elə bunlardır - ABŞ və onun Avropadakı mütəffiqləri"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində "ABŞ-ın və Avropa Birliyi ölkələrinin maliyyələşmə öhdəliyindən qaçmaları yeni hadisə deyil. Onların, xüsusən də son illər bu cür öhdəliklər götürməkdən qaçmaları adi hal alıb. Məlumdur ki, dünyada havanı ən çox çirkləndirən ölkələr içərisində irəlidə gedən də elə bunlardır - ABŞ və onun Avropadakı mütəffiqləri. Dünyada ən çox neft istehsal edən ölkə ABŞ-dır. Bu il hətta rekord miqdarda neft hasil olunub"-deyə bildirdi. 

A.Səmədovun sözlərinə görə, yəni ABŞ sutkada 19, 4 milyon barel neft hasil edərək o səviyyəsinə qalxıb ki, başqa ölkələr ondan xeyli geri qalırlar. A.Səmədov vurğuladı ki, ikinci yerdə gedən Səudiyyə Ərəbistanı sutkada 11 milyon barel, Rusiya ondan da az istehsal edib və sair. "Yəni ABŞ açıq-aydın digər ölkələri qabaqlayıb, dünyada ən çox neft hasil edən ölkədir. Qaz hasilatında da birinci yerdə ABŞ-dır. Şübhəsiz ki, havanın çirklənməsində də öndə gedən ABŞ-dır. Bu səbəbdən iqlim dəyişikliklərinə dair konfranslarda  ABŞ həmişə qeyri-konstruktiv mövqe tutub. Məlumdur ki, 2015-ci ildə COP Parisdə keçirilib. Burda çox mühüm bir sənəd - Paris razılaşması qəbul olunub. Bu həqiqətən də çox mühüm sənəddir və Paris konfransında iqlim dəyişikliklərinə qarşı mübarizədə çox böyük irəliləyişə nail olundu. Ancaq Trampın dövründə ABŞ həmin razılaşmadan çıxdığını elan etdi. Hesabda dünyanın lider dövləti hamıdan çox çalışmalıdır ki, iqlim dəyişikliklərinə, atmosferin çirklənməsinə qarşı tədbirlərdə lokomotiv rolunu oynasın".

A.Səmədovun qeyd etdiyinə görə, Parisdə də belə qərara gəlinmişdi ki, 2050-ci ilə qədər atmosferə atılan tullantıların həcmi sıfır səviyyəsinə endirilsin. "Təbiidir ki, bu çox ciddi hədəfdir və buna nail olmaq o qədər də asan deyil. Nəzərə alsaq ki, ABŞ və bəzi dövlətlər qeyri-konstruktiv mövqe tuturlar, bu hədəfə nail olmaq mümkünsüz görünür. Düzdür, Bayden seçiləndən sonra ABŞ yenidən bu razılaşmaya qayıtdı, o qərar ləğv olundu. Ancaq yenə Tramp seçilib və çox güman ki, onun da ilk addımlarından biri Paris razılaşmasından çıxmaq olacaq. Bundan sonra dünyanın digər dövlətlərinin səyləri çətin ki, ciddi nəticə versin. Üstəlik, Parisdə belə razılaşma əldə olunmuşdu ki, kasıb dövlətlər iqlim dəyişikliyindən hər il  təqribən 400 milyard dollar zərər çəkirlər. Bu zərər ilk növbədə dünyanın inkişaf etmiş ölkələri tərəfindən ödənilməlidir. Ancaq yenə ABŞ və onun Avropadakı dostları üzərlərinə öhdəlik götürmək istəmədilər və yalnız 100 milyard dollar yardım məsələsində razılığa gəlmək mümkün oldu. Baxmayaraq ki,  tələb 400 milyarddır. Kasıb, iqlim dəyişikliyindən zərər çəkən ölkələrə  yardım göstərmək barədə qəbul olundu, ancaq heç o 100 milyard dollar vəsait toplanmadı.  Çünki ABŞ və Avropa Birliyinə daxil olan ölkələr öz öhdəliklərini yerinə yetirə bilmədilər. Yalnız son illərdə 83 milyard dollar səviyyəsinə qalxmaq mümkün oldu. Ancaq bu da kasıb ölkələrin tələbatını, təbiidir ki, ödəmir".    

A.Səmədov qeyd etdi ki, Bakıda keçirilən və hələ də davam edən konfransda maliyyələşmə ilə bağlı qəbul olunan qərar layihəsi, şübhəsiz, çox mühüm bir addımdır: "Ancaq şübhə yoxdur ki, burada da arzuolunan nəticəyə nail olmaq mümkün olmayacaq. Hesab edirəm ki, Trampın hakimiyyəti dövründə iqlim dəyişikliklərinə qarşı mübarizə xeyli zəifləyəcək. Paris razılaşmasında nəzərdə tutulan hədəflər mümkünsüz hala gələcək. Günümüzün reallığı bundan ibarətdir. Özünü təbiətin və insanların müdafiəçiləri kimi göstərən ölkələr iş görmək məqamında çox təəssüf ki, bu cür davranış sərgiləyirlər, yüzlərlə dövlətin nümayəndələrinin toplaşdığı konfransları nəticəsiz etmək üçün əllərindən gələni edirlər. 300-500 milyard hədəfinə nail olmaq mümkün olmasa da, ancaq ümid var ki, Bakıda keçirilən COP29 iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində mühüm mərhələ olacaq. Burda qəbul olunan qərarlar ABŞ-ın və onun müttəfiqlərinin müqavimətinə rəğmən qəbul olunmuş qərarlar olacaq". 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ