Cümə günü, 30 oktyabr 2026
     

Ağdam ‒ “Qafqazın Xirosiması”ndan Qafqazın “Sülh şəhəri”nə

Image


Bu gün, noyabrın 20-də Ağdam şəhərinin erməni işğalından azad edilməsinin dörd ili tamam olur. Bu tarixi hadisəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri, o cümlədən 20 noyabr ‒ Ağdam Şəhəri Günü təsis edilib.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. 

Rayon erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra 846,8 kv. km-lik ərazi, o cümlədən bir şəhər və 80 kənd, 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü tamamilə yerlə-yeksan olundu. Rayonun işğal olunmuş ərazisində bütün tikililər ‒ Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri, mövcud infrastruktur darmadağın edilməklə heç bir əsər-əlamət qalmadı. Əbəs yerə Ağdamı "ruhlar şəhəri", "Qafqazın Xirosiması" adlandırmırdılar.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı şanlı Zəfərə gedən yolda Ağdam rayonu hərbi-siyasi taktika, döyüş manevri baxımından mühüm əhəmiyyət kəsb edib. Təsadüfi deyildi ki, düşmən Ağdamı bütünlüklə minalamaqla ən möhkəm istehkamlar burada qurmuş, qoşunlarının əsas hissəsini bu istiqamətdə cəmləşdirmişdi.

Şuşa Zəfərindən sonra kapitulyasiya aktını imzalayan Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanata əsasən, Ağdamdan çıxmağa məcbur oldu. Azərbaycan Silahlı Qüvvələri şəhid vermədən, qan tökülmədən Ali Baş Komandanın möhtəşəm strateji planına əsasən Ağdam rayonunun ərazilərinə daxil oldu, BMT Təhlükəsizlik Şurasının 27 il əvvəl qəbul etdiyi kağız üzərində qalan 853 saylı qətnaməsini icra etdi. 

İlk dəfə, 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə gələrək, Azərbaycan bayrağını ucaldaraq növbəti dəfə xalqımıza qələbə və qürur hissini bəxş etdi. Dövlət başçısının Sərəncamı ilə 2020-ci il noyabrın 26-da "Ağdamın azad olunmasına görə" medalı təsis edilib, Silahlı Qüvvələrimzin 5790 hərbi qulluqçusu həmin medalla təltif olunub.

Vaxtilə Qarabağ iqtisadi rayonu ilə yanaşı, Azərbaycanın sənaye-aqrar mərkəzlərindən biri olan, sosial-iqtisadi aktivliyi ilə seçilən Ağdam şəhərinin resursları və iqtisadi sərvətləri də tamamilə dağıdılıb. 

44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi Ağdamda da fasiləsiz quruculuq-bərpa işlərinə başlanılıb, Böyük Qayıdış proqramının icrası uğurla davam edir.

Son 4 il ərzində Prezident İlham Əliyev dəfələrlə Ağdam rayonunda olub, Muğam Mərkəzinin, Xıdırlı, Kəngərli, Baş Qərvənd, Sarıcalı, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli kəndlərinin, digər yaşayış məhəllələrinin, Ağdam şəhər inzibati binasının, Bərdə-Ağdam dəmir yolu xəttinin, Mərkəzi Xəstəxananın və digər obyekt və infrasrtrukturların təməllərini qoyub. Xurşudbanu Natəvanının abidəsinin, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Cümə məscidinin "Aghdam City Hotel"-in və digər mühüm obyektlərin açılışlarını edib.

Yeri gəlmişkən, 2022-ci il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramın iştirakı ilə ilk Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi də təsadüfi deyildi. Bu, beynəlxalq ictimaiyyətin diqqətini həm erməni vandalizminin vurduğu böyükhəcmli dağıntılara yönəltmək, həm də Azərbaycanın öz iqtisadi qüdrəti ilə Ağdamın əvvəlkindən də yaraşıqlı, zövqlü, müasir şəhərsalma üslubuna uyğun qurulmasını nümayiş etdirmək məqsədi daşıyırdı.  

Ağdam müasir şəhərsalma mədəniyyətinin ən son yenilikləri və milli arxitektura üslubu əsasında, eyni zamanda, iqtisadi planlaşdırma baxımından sənayeləşmənin yeni ünvanlarından biri kimi qurulmaqdadır. Rayonun ölkə iqtisadiyyatına inteqrasiyanın təməlləri qoyulub və ölkəmizin sənaye quruculuğuna transformasiya başlayıb. 

Rezident sayına və sənaye cəlbediciliyinə görə, Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdə qərarlaşan Ağdam Sənaye Parkına cəmi 2 il ərzində 80 milyon manata yaxın investisiya qoyulub, 2 ay əvvəl, sentyabrın 19-da Cənab Prezidentin iştirakı ilə istifadəyə verilən "BAFCO Invest", "Eel Electric", "Rail Trans Service", "Mister Decor" MMC, "Metkons" və "Prof-Dam" MMC-lər hazırda  ölkəmizin sənaye zəncirinə qoşulmaqla ümumi sənaye buraxılışında yer almaqdadır. Sənaye Parkının digər istehsal sahələrinin qurulmasında xarici investorlar da birgə yer almaq niyyətindədir. Belarus Respublikası ilə imzalanmış sazişə əsasən, Ağdamda aqroşəhərciyin salınması nəzərdə tutulur.

Ağdam digər ərazilərimiz kimi füsunkar təbiətə, geniş turizm imkanlarına malikdir. Şuşa və Xankəndinin arasında coğrafi körpü rolunu oynayan Ağdamın rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün ilk əsaslar da qoyulub. Prezident İlham Əliyevin sentyabrın 19-da açılışını etdiyi "Aghdam City Hotel" ən müasir standartlara cavab verməklə, rayonun əvvəlki əzəmətli simasını yenidən dizayn edəcək.

Şəhərin yeni Baş Planına əsasən beş məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri aparılır, paralel olaraq digər məhəllələrdə inşaatlar həyata keçirilməkdədir. Şəhərdəki ilk yaşayış binaları tamalanmaq üzrədir və Ağdam özünün əzəli sakinlərini gözləyir.

Beləliklə, erməni vandallığının qurbanı olan yaxın illərdə dahi Prezidentimizin rəhbərliyi altında aparılan quruculuq işləri sayəsində "Qafqazın Xirosiması"nın Qafqazın "Sülh şəhəri"nə çevrilməsinin şahidi olacağıq.

Ramid Namazov
Milli Məclisin deputatı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ