Cümə günü, 30 oktyabr 2026
     

4 ildə Ağdama xaricdən yüzlərlə insan gəldi, sonra isə...

Image


Şakir Ağayev: "Dünya birliyindən hər hansı bir dəstək, reaksiya görə bilməmişik" 

Ağdam rayonunun işğalda olan hissəsi 2020-ci ilin 20 noyabrında üçtərəfli bəyanata uyğun olaraq bir güllə atılmadan Azərbaycana qaytarıldı. 

4 ildir ki, Ağdam azadlığına qovuşub. İşğaldan azad edildiyi gündən indiyə qədər Ağdama xaricdən müxtəlif sferalarda təmsil olunan onlarla rəsmi və qeyri-rəsmi şəxs, həmçinin diplomatik korpus nümayəndələri, səyyahlar gedib, erməni vandalizminin ən ağrılı mənzərəsinin şahidi olublar. Ağdam tamamilə dağıdılan şəhərlərimizindəndir ki, burada bir dənə də olsun salamat bina, tikili qalmayıb, sözün həqiqi mənasında xarabazara çevrilib.

4 ildə, azad olunandan indiyə qədər ermənilərin Ağdamın başına gətirdiyi misilsiz fəlakətlə əlaqədar dünya birliyindən nə formada dəstək, nə formada reaksiyalar gördük? Dünya ictimaiyyəti, diplomatik dairələr, dünya dövlətləri ermənilərin Ağdamda törətdiyi cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsində nə kimi rol oynaya bildi? Yaxud onların bu məsələdə, yəni Ağdamda ermənilərin törətdiyi cinayət əməllərinə beynəlxalq hüquqi qiymət verilməsində nə kimi rolları ola bilər?

"Gəlib-gedənlərin heç biri şahidi olduqları bu dəhşətlər barədə beynəlxalq qurumlar qarşısında məsələ qaldırmadı"

"Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev "Bakı-Xəbər"ə bildirdi ki, 20 noyabr Ağdam Şəhər Günüdür və bu günün tarixi mənası çox böyükdür. "Çox təəssüflər olsun ki, bu dörd ildə dünya ictimaiyyəti, diplomatik dairələr, dünya dövlətləri ermənilərin Ağdamda törətiyi vəhşiliklər, vandalizm aktları, cinayətlər barədə heç bir real addım atmayıblar. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, çox təəssüflər olsun ki, bu məsələyə reaksiya verməyiblər. Əvvəlki dövr deyil ki, "onlar Ağdama gedə bilmirlər" deyək. Son dörd ildə Azərbaycan dövləti xaricdən gələn qonaqların, beynəlxalq təşkilatların nümayəndələrinin, xarici ölkələrin diplomatik korpuslarının təmsilçilərinin azad ərazilərimizə səfərlərini təşkil edir ki, onlar ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görüb qiymət versinlər. Amma çox təəssüf, ermənilərin Ağdamda törətdiyi misilsiz cinayətlərin ifşa olunması istiqamətində hələ ki, dünya birliyindən hər hansı bir dəstək, reaksiya görə bilməmişik.

Ağdamı əbəs yerə Cənubi Qafqazın  Xirosiması adlandırmırlar. Ağdam o vəziyyətə salınıb ki,  doğrudan da Xirosimadır". 

Ş.Ağayevin sözlərinə görə, Ağdam keçmiş SSRİ dövrünün ən inkişaf etmiş şəhərlərindən biri idi, burada sənaye yüksək səviyyədə inkişaf etmişdi, çoxlu sayda mədəniyyət ocaqları, abidələr və sairlər vardı. "Çox təəssüflər olsun, ermənilər Ağdamı Xirosimanın gününə saldılar, atom bombasız, nüvə silahsız yerlə yeksan etdilər, bu şəhər darmadağın edilib. Mən bir ağdamlı kimi Ağdamın necə bir şəhər olduğunu çox yaxşı bilirəm. Ermənilər SSRİ səviyyəsində olan 12-dən çox sənaye müəssisəsini, şərab, şampan zavodlarını, mədəniyyət ocaqlarını, məscidləri  və başqa tikililəri yerlə yeksan ediblər, hətta insanların evlərinin bünörəsinə qədər dağıdıblar. Ağdamda insanlığa sığmayan cinayətlər törədiblər. Ağdamın Qarağacı (Qarahacı)   qəbristanlığını dağıdıblar, qəbir daşlarını çıxarıblar, hətta məzarları söküb insan sümüklərini götürüblər. Bütün bu vəhşilikləri dünya ictimaiyyəti görüb. Amma çox təəssüflər olsun ki, bugünə qədər buna heç bir reaksiya, heç bir qiymət verməyib". 

Ş.Ağayev qeyd etdi ki, ermənilər Ağdamı tamamilə dağıtdıqları üçün ora o vaxt beynəlxalq qurumların nümayəndələrini, kütləvi informasiya vasitələrinin təmsilçilərini buraxmırdılar, amma Ağdam azad olunandan sonra Azərbaycan dövləti dəfələrlə xarici KİV-lərin, diplomatların, xarici nümayəndələrin, səyyahların ora səfələrini təşkil edib, onlardan isə hər hansı bir reaksiya yoxdur.  "Gəlib-gedənlərin heç biri şahidi olduqları bu dəhşətlər barədə beynəlxalq qurumlar qarşısında məsələ qaldırmadı. Təəssüflər olsun ki, burada da ikili standartlar özünü göstərir. Azərbaycan ərazilərini, Azərbaycan abidələrini yalandan ermənilərin adına çıxıb müdafiə edən bəzi böyük Qərb dövlətləri, beynəlxalq təşkilatlar, beynəlxalq birlik çox təəssüflər olsun ki, bu reallıqlara göz yumur, gözləri kor olur, görmürlər".

Ağdam həqiqətlərini yalnız Azərbaycanın özünün dünya ictimaiyyətinə çatdırdığını deyən Ş.Ağayev bildirdi ki, burada tikinti-quruculuq, bərpa işləri də dövlət tərəfindən görülür, amma böyük dövlətlər bu şəhərin bərpasına sərmayə belə qoymurlar, dəstək göstərmirlər. "Ümid edirik ki, gələcəkdə gözəl bir Ağdam şəhərinin qurulmasının şahidi, iştirakçısı olacağıq. Bunları ona görə dedim ki, Ağdam işğal olunanda onun 140 min əhalisi vardı, indi Ağdamın əhalisinin sayı 200 mindən çoxdur. Ağdamın münbit torpaqları vardı. Burada sənayenin bütün növləri, tarixi abidələr, kitabxanalar, muzeylər və sair mövcud idi. Bunların hamısı isə vəhşi ermənilər tərəfindən məhv edildi. Ağlıma sığışdıra bilmirəm ki, insan şəklində olan bir millət bu vəhşilikləri etsin, bu qədər nifrət hissi ilə Ağdam kimi şəhəri yerlə yeksan etsin. Hətta qədim dünyadakı vəhşi insanlar da bu vandalizmi törətməzdilər, amma ermənilər törədiblər. Təəssüf ki, dünya birliyinin də gözü kor olub bunları görmək istəmirlər" - deyə Ş.Ağayev vurğuladı. 

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ