Cümə günü, 30 oktyabr 2026
     

COP29 Xəzər dənizi ilə bağlı mühüm sənəd qəbul etdi...

Image


Bakıda ikinci həftədir keçirilən COP29-da Xəzər dənizinin ekoloji problemləri və çirklənmə mənbələri də geniş müzakirə predmeti olub. Burada diqqətə çəkilib ki, ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi və bu kimi digər amillərlə bağlıdır.

Müzakirələrdə Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin aerasiya prosesini ciddi şəkildə pozduğu, dəniz fauna və florasının məhv olmasına gətirib çıxardığı da vurğulanıb. Azərbaycanın müraciəti əsasında BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hazırladığı sənəddə deyilir ki, Xəzər dənizinin səviyyəsi azalır və yaxın 50 ildə daha çox azalma ehtimalı var. Sənədə görə, bu da ətraf mühitə, iqtisadiyyata, infrastruktura və sahilyanı dövlətlərin davamlı inkişafına mənfi təsir göstərə bilər. Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin regional iqlim dəyişikliyi mütəxəssisi Vladimir Qrebnev COP29 çərçivəsində keçirilən "Xəzər dənizi və davamlı inkişaf: Ətraf mühitin mühafizəsi" adlı forumda  diqqətə çatdırıb ki, qlobal istiləşmə Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa təsir göstərir. Onun sözlərinə görə, iqlim dəyişikliyi bütün dünyanın üzləşdiyi qlobal reallıqdır və Xəzər regionu də istisna deyil: "Qlobal istiləşmə, su səviyyəsinin dəyişməsi, ekosistemlərin deqradasiyası, təbii fəlakətlərin tez-tez baş verməsi və gücünün artması Xəzər regionunda yaşayan milyonlarla insana birbaşa təsir göstərir. Bu çağırışlar bizdən kollektiv, razılaşdırılmış fəaliyyət tələb edir. Yalnız kollektiv səylər və təcrübə mübadiləsi iqlim dəyişikliyinin nəticələrinin adaptasiyası və yumşaldılması üçün effektiv strategiyalar hazırlamağa imkan verəcək". Mütəxəssis bildirib ki, Xəzər dənizinin biomüxtəlifliyinin və ekosistemlərinin qorunması önəmlidir: "Xəzər regionu təkcə ekosistem deyil, həm də mühüm iqtisadi və enerji mərkəzidir". Digər ekspertlər də hesab edir  ki, Xəzər dənizinin üzləşdiyi problemlə bağlı təcili və cəsarətli tədbirlər görülməsə, geridönüş mümkün olmayacaq. Xəzər dənizindəki problem təkcə ətraf mühiti deyil, həm də ondan asılı olan milyonlarla insanı təhdid edir. Yəni, saysız-hesabsız insanın dolanışığı, mədəniyyəti və gələcəyi təhlükə altındadır.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays qeyd edir ki, Xəzər dənizinin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Onun sözlərinə görə, Xəzər dənizində su səviyyəsinin davamlı azalması təkcə ekoloji problem deyil, həm də iqtisadi inkişafın məhdudlaşdırılmasıdır: "Su səviyyəsinin azalması artıq sahilyanı ölkələrin iqtisadiyyatına təsir göstərir. Bəzi gəmilər tutumunun yalnız 50 %-i qədər yüklənə bilər. Quraşdırılmış avadanlıqların və tikilmiş infrastrukturun bir hissəsi artıq istifadəyə yararsız hesab edilir. Bu səbəbdən Dünya Bankının tədqiqatı, eyni zamanda mövcud şəraitdə limanların və gəmiçiliyin dayanıqlılığını artırmaq üçün həyata keçirilə biləcək tədbirlərin müəyyənləşdirilməsinə yönəlib". Prays əlavə edib ki, region üçün əsas məqam Xəzər dənizi ölkələrinə bu su hövzəsindəki su səviyyələrinin yumşaldılması və uyğunlaşdırılması üçün aralıq tədbirlər görməyə imkan verəcək monitorinq mexanizminin yaradılmasıdır. Onun sözlərinə görə, Dünya Bankı və BMT-nin Ətraf Mühit Proqramı hazırda iştirakçı ölkələrin Xəzər dənizinin biomüxtəlifliyinin qorunması ilə bağlı iştirakçı ölkələrin potensialını gücləndirmək olan yeni layihənin hazırlanmasında əməkdaşlıq edir: "2025-ci il iyulun 20-də təsdiqlənməsi gözlənilən Xəzər dənizi üzrə layihənin icmalı ölkələrə biomüxtəlifliyin qorunmasının yaxşılaşdırılmasında və s. kömək etməyə yönəlib. Bu, üç iştirakçı ölkənin - Azərbaycan, Qazaxıstan və Türkmənistanın potensialının gücləndirilməsi yolu ilə əldə ediləcək". Prays vurğulayıb ki, layihə ölkələrin Tehran Konvensiyası və onunla bağlı protokollar üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cari səylərini tamamlayır: "Milli səviyyədə layihə üç ölkəyə çirklənmənin monitorinqi üçün yeni protokolların hazırlanmasında və sairə dəstək göstərəcək". UNEP-in icraçı direktoru İnger Andersen tərəfindən təqdim olunan, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə UNEP-in birgə əməkdaşlığı əsasında hazırlanan "Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri" adlı hesabatda isə bir daha dənizdə iqlim dəyişmələri və antropogen təsirlər fonunda ciddi problemlərin yarandığını göstərib. Xüsusi qeyd edilib ki, qarşıdakı onilliklərdə Xəzərdə suyun səviyyəsinin enməsi ehtimalının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlərin görülməsi vacibdir. Əks halda dənizdəki ekosistemlərin məhvi, sahilyanı ərazilərdə əhalinin yaşayış yerlərini tərk etməsi, Xəzər sahillərindəki ölkələrin iqtisadiyyatlarının təhdid altına düşməsi qaçılmaz olacaq. Bütün bunlar onun təsdiqidir ki, Xəzərdəki böhran təkcə ekoloji deyil, həm də humanitar xarakter daşıyır, dolanışıq və ərzaq təhlükəsizliyinə təsir edərək milyonlarla insanın gündəlik həyatına ciddi təsir göstərmək iqtidarındadır. İndi əsas məsələ bu fəlakətlərin önlənilməsinə nail olmaqdır. Elə bundan irəli gələrək, COP29 çərçivəsində keçirilmiş tədbirin sonunda "Xəzəryanı dövlətlərin nazirlərinin və yüksəkvəzifəli şəxslərinin Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə" qəbul edilib. Sözügedən kontekstdə sahilyanı ölkələrin dənizin ekoloji durumu ilə bağlı koordinasiyalı fəaliyyəti Xəzərin üzləşdiyi problemlərin həllində şübhəsiz ki, mühüm rol oynayacaq. Bu, COP29-un Xəzərə mühüm töhfəsi kimi də qiymətləndirilə bilər. Əldə olunan razılaşmalar ilk növbədə iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zonasına və onun infrastrukturuna təsirini azaltmaq üçün birgə strategiya və uyğunlaşma planının hazırlanmasında həlledici əhəmiyyət daşıyacaq. UNEP-in icraçı direktoru İnger Andersen bu xüsusda bildirir: "Beş Xəzəryanı ölkə COP29 çərçivəsində Xəzərin səviyyəsinin azalması ilə bağlı Bəyannamə qəbul etdi. Bu, Azərbaycanın pavilyonunda baş verən tarixi hadisədir. Azərbaycan Tehran Konvensiyasını imzalayan beş ölkəni də bir araya gətirməyə nail olub. Bütün tərəflər razılığa gəlib ki, onlar birgə əməkdaşlıq edərək iqlim dəyişikliyinin yaratdığı təzyiqləri aradan qalmaq üzrə çalışacaq. Bundan əlavə isə Xəzər dənizinin bəxş etdiyi zənginliklərdən də birgə faydalanacaqlar. Biz anlamalıyıq ki, istiləşmə Xəzər dənizində yağıntıların azalmasına və suyun səviyyəsinin getdikcə enməsinə səbəb olacaq. Beş ölkədən olan alimlər bir araya gələrək bu məsələləri, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasını həll etməlidir". Beləliklə,  dənizdə suyun azalmasının təsirlərinin yumşaldılmasına və yeni şəraitə uyğunlaşmasına yönəlmiş birgə strategiyaların işlənib hazırlanması üçün Xəzəryanı ölkələrin əməkdaşlığı zəruridir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ