Cümə günü, 30 oktyabr 2026
     

“Böyük 20-lik”-dən COP29-a "Bakını tərk etməyin" mesajı - 3 min milyarderə "sərvət vergisi" qoyulacaq...

Image


"Böyük iyirmilik" (G20) ölkələrinin liderlərinin Brazilyanın Rio-de-Janeyro şəhərində keçirilən sammitində Azərbaycanın ev sahibliyi etdiyi COP29 da xüsusi diqqət mərkəzində yer alıb. Burada səslənən fikirlərdən bir daha bəlli olub ki, iqlimlə bağlı problemlərin çözümündə COP29 dünya üçün həlledici önəm kəsb edir. 

BMT-nin baş katibi Antonio Quterreş çıxışında Bakıda keçirilən COP29-un müvəffəqiyyət qazanmasının qlobal iqlim tədbirlərində həlledici rol oynayacağını bildirib: "Biz Bakıda uğur qazanmalı, inam yaratmalı və gələn il yüksək ambisiyalı milli iqlim planlarının hazırlanmasını təşviq etməliyik. Uğursuzluq seçim deyil. Əks halda, yeni milli iqlim fəaliyyət planlarının hazırlanmasında ambisiyalar azalar və geri dönüşü olmayan iqlim dəyişikliklərinə daha da yaxınlaşarıq".

A.Quterreş qeyd edib ki, COP29-un nəticələri COP30-un Braziliyada uğurla keçirilməsi üçün möhkəm zəmin yaratmalıdır. O, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamaq üçün güzəştli ictimai maliyyə vəsaitlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Baş katib qlobal iqlim böhranının kritik həddə çatdığını deyib: "Əgər qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmasaq, fəlakətli nəticələrlə üzləşəcəyik". O, bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə daha iddialı tədbirlər görməyə çağıraraq, G20 ölkələrinin qlobal emissiyaların 80 faizinə cavabdeh olduğunu xatırladıb: "Yeni milli iqlim planları konkret emissiya azaldılması hədəflərini ehtiva etməli, bütün sektorları və istixana qazlarını əhatə etməlidir". Bundan əlavə, baş katib iqlim dezinformasiyası ilə mübarizə məqsədilə BMT, Braziliya və UNESCO-nun "İqlim dəyişikliyi üzrə məlumatın dəqiqliyi ilə bağlı qlobal təşəbbüs" adlı yeni layihəyə start verəcəyini elan edib. Sonda A.Quterreş bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsinin, iqtisadiyyatların şaxələndirilməsinin və ədalətli keçidin təmin olunmasının vacibliyini vurğulayıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil G20 liderlərinin bəyannaməsini şərh edərkən bildirib: "G20 liderləri COP29 danışıqlarının iştirakçılarına aydın siqnal göndərdilər - bütün ölkələrin maraqlarına cavab verən iddialı yeni maliyyə hədəfi əldə olunmadan Bakını tərk etməyin. Dünyanın ən böyük iqtisadiyyatlarının liderləri maliyyə islahatlarını təşviq etməyi öhdələrinə götürüblər. Bu, iqlim dəyişikliyinin sürətlə artan təsirləri ilə əhatə olunmuş dünyada son dərəcə vacib siqnaldır. Liderlər qlobal əməkdaşlığın tamamilə vacib olduğunu vurğuladılar və COP29 balanslaşdırılmış paketdə əsas sütun kimi iddialı yeni maliyyə məqsədini göstərərək bunu necə həyata keçirəcəyini nümayiş etdirməlidir. G20 liderlərinin qeyd etdiyi kimi, təmiz enerji və iqlimə davamlı qlobal iqtisadiyyata daha sürətli keçid üçün gücləndirilmiş yeni milli iqlim planları da vacibdir. G20 nümayəndə heyətləri artıq Bakıda "marş əmrlərini" aldılar. Burada biz təcili olaraq bütün ölkələrin öz mövqelərini aşaraq bütün məsələlər üzrə ortaq məxrəcə doğru sürətlə irəliləmələrini tələb edirik". Eyni zamanda COP29-un balanslaşdırılmış qərarlar paketinin mərkəzi elementi kimi iddialı yeni maliyyə hədəfini razılaşdırmaqla nümunə göstərməli olduğunu təsdiqləyiblər.

Bunlar fonunda "Reuters" agentliyi də maraqlı bir məlumat paylaşıb. Burada qeyd edilir ki, Azərbaycanda keçirilən COP29 iqlim danışıqlarında iqlim dəyişikliyi ilə mübarizə üçün lazımi maliyyələşməni təmin edə biləcək mümkün yeni vergilər müzakirə olunur. Təkliflər arasında gəmiçilik, aviasiya, qalıq yanacaqlar və maliyyə əməliyyatları üzrə vergilər, həmçinin varlı ölkələr və korporasiyalar üçün əlavə yığımların tətbiqi var. Məqsəd inkişaf etməkdə olan ölkələrə qlobal istiləşməyə uyğunlaşmaqda kömək etmək üçün illik 1 trilyon dollar və daha çox maliyyə hədəfinə çatmaqdır. Vəsait axtarışının istiqamətlərindən biri müxtəlif sektorlara vergilərin tətbiqidir. Ən çox müzakirə olunan variantlardan biri dünya emissiyalarının 3 %-ni təşkil edən gəmiçiliyə yığımdır. Yığım modelləri karbon dioksid üçün ton başına 150 dollar sabit dərəcə nəzərdə tutur ki, bu da 2027-2030-cu illər ərzində illik 127 milyard dollar gətirə bilər. Digər əsas sektor dünya emissiyalarının 2%-ni təşkil edən aviasiya sektorudur. Təyyarə yanacağına, özəl təyyarələrə və lüks sinif biletlərinə yığımlar müzakirə olunur. Bu cür yığımların tətbiqi illik 19-164 milyard dollar gətirə bilər. Artıq 29 ölkədə aviasiya yanacağına və biletlərə yığımlar mövcuddur. Həmçinin qalıq yanacaq növlərinə əlavə yığımlar da nəzərdən keçirilir. Məsələn, neft və qaz hasilatına yığım və ya enerji şirkətlərinin ifrat mənfəətinə vergi 216 milyard dollar toplamağa kömək edə bilər. 2023-cü ildə ən böyük neft-qaz şirkətlərinin ifrat mənfəətinə təklif olunan vergi təxminən 173 milyard dollar gətirə bilərdi.  Danışıqlarda maliyyə əməliyyatlarına yığım məsələsi də müzakirə olunur. Səhm və istiqrazların ticarətinə 0,1 % dərəcənin tətbiqi illik 419 milyard dollar gətirə bilər. Karbon vergiləri də iqlim dəyişikliyi ilə mübarizədə vacib element kimi nəzərdən keçirilir. Hazırda 83 yurisdiksiyada dünya emissiyalarının 24 %-ni əhatə edən 75 karbon qiymətləndirmə mexanizmi mövcuddur. Lakin onların əksəriyyəti emissiyaların azaldılması məqsədlərinə nail olmaq üçün tələb olunan səviyyədən aşağıdır. Sərvət vergisinin müzakirəsi də az əhəmiyyətli deyil. G20 çərçivəsində dünyanın təxminən 3 000 milyarderi üçün 2 % qlobal minimum sərvət vergisinin tətbiqi təklif olunub ki, bu da ildə təxminən 250 milyard dollar gətirə bilər. Bundan əlavə, kriptovalyutalara və plastik çirklənməyə vergilər də qiymətləndirilir. 2022-ci ildə Qazaxıstan kriptovalyuta maynerlərinə vergi tətbiq etməyə başlayıb və bu əməliyyatlar üçün enerji istehlakına dünya vergisi 5,2 milyard dollar gətirə bilər. Cənubi Koreyada gələn həftə plastik tullantılarla mübarizəyə dair görüş keçiriləcək ki, burada ilkin plastik polimerlərin istehsalçılarına verginin tətbiqi də müzakirə olunur. "Reuters" qeyd edib ki, bu təkliflər iqlim dəyişikliyi ilə mübarizə səylərinin maliyyə dəstəyinə yönəlmiş geniş tədbirlər spektrinin yalnız bir hissəsini təşkil edir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ