Cümə günü, 30 oktyabr 2026
     

BMT TŞ-də vetosuz 2 yeni daimi üzv - islahat təklifi keçmədi...

Image


Braziliyada keçirilən G20 sammiti bəşəriyyətin üzləşdiyi problemlər siyahısında dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin prioritetlərinin dəyişdiyini göstərdi. Qlobal istiləşmə ilə mübarizə və ekoloji gündəmlə yanaşı, regional hərbi münaqişələrin artması və beynəlxalq strukturlarda islahatların aparılması zərurəti getdikcədiqqəti daha çox cəlb edir. 

G20 iştirakçılarını xüsusi maraqlandıran və narahat edən məqam həm də Donald Trampın prezident seçilməsi ilə ABŞ-ın siyasətində dəyişiklik perspektivi olub.

Xatırladaq ki, G20 sammiti Rio-de-Janeyroda baş tutub. Tədbirə ev sahibliyi edən ölkənin lideri, Braziliya prezidenti Luiz İnasio Lula da Silva "neoliberal qloballaşmanın çöküşü" haqqında nitq söyləyib, bunun bir əlaməti kimi dünyada bərabərsizliyin və zorakılığın artmasını göstərib: "Bu il qlobal idarəetmə islahatı ilk dəfə olaraq G20-nin gündəliyinə daxil oldu. BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi özlüyündə beynəlxalq sülh və sabitliyə təhlükədir. Vetonun sui-istifadəsi bu qurumu beş daimi üzvünün girovuna çevirir". Braziliya prezidenti uzun müddət BMT-də islahatların tərəfdarıdır. Sirr deyil ki, o, öz ölkəsini Təhlükəsizlik Şurasının yeni daimi üzvü kimi görür. Hələlik BMT-də islahatlar ideyası, ən azı ritorik səviyyədə artan dəstək alan bir ideya olsa da, sadəcə olaraq yerində sayır. G20 sammitinin bəyannaməsində də ən ümumi mənada da olsa bu hal dəstəkləndi. ABŞ-ın Təhlükəsizlik Şurasında iki daimi vetosuz yer yaratmaq və onların Afrika dövlətlərinə verilməsi təklifinə heç bir dəstək verilməyib. Sənəddə yoxsulluq və iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın zəruriliyi ilə bağlı məqamlar da öz əksini tapıb. Məsələn, bəyannamənin 20-ci bəndi diqqətəlayiqdir.Burada qeyd edilir:  "Vergi suverenliyinə tam hörmətlə yanaşaraq, biz yüksək gəlirli şəxslərin səmərəli şəkildə vergiyə cəlb olunmasını təmin etmək üçün əməkdaşlığa çalışacağıq. Əməkdaşlığa ən yaxşı təcrübənin paylaşılması, vergi prinsipləri ətrafında müzakirələrin təşviq edilməsi və potensial zərərli vergi təcrübələrinin aradan qaldırılması da daxil olmaqla, vergidən yayınma ilə mübarizə mexanizmlərinin işlənib hazırlanması daxil ola bilər". Bu, sosializm hesab etdiyi hər şeyin qatı düşməni olan Argentina prezidenti Xavyer Mileynin etirazlarını artıran bəyannamədəki məqamlardan biri olub. Sənəddə kifayət qədər ümumi şəkildə Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdəki müharibədən bəhs edilir. Bəyannamədə Rusiya Federasiyası qınanmır, bu, təəccüblü deyil: ölkə G20-nin üzvüdür, yəni yekun sənədin qəbuluna mane ola bilər. Lakin sənəddə İsrail  qınanır. ABŞ prezidenti Cozef Bayden müharibənin yeganə günahkarının HƏMAS olduğunu deyərək, bu ifadənin mətnə daxil edilməsi üçün mübarizə aparmayıb.

Bəyannamənin konstruktiv hissəsi nisbətən zəif olub. Əslində hər şey sülh çağırışları və bu məqsədə çatmağa yönəlmiş sülhməramlı təşəbbüslərin dəstəklənməsi ilə məhdudlaşır. Mətbuat şərhləri ABŞ-dan gələn xəbərlərin sammitin işinə güclü təsir göstərdiyini qeyd edib. "The Times" hətta Trampın "görünməz təsirinin" Rio-de-Janeyroda hiss olunduğunu yazıb. Bəyannamənin bütün və ya demək olar ki, bütün bəndləri ABŞ-ın dəstəyi olmadan kağız üzərində qalmağa məhkumdur. Bu arada Trampın ölkə siyasətində təcridçilik meyllərini gücləndirəcəyi və beynəlxalq təşkilatların səylərinə şübhə ilə yanaşacağı gözlənilir. Onun ilk təyinatları bu gözləntiləri doğrultmuş kimi görünür. Məsələn, Tramp bu təşkilata dəfələrlə hədsiz şübhə ilə yanaşan və hətta onun Amerikadan maliyyələşməsini dayandırmağı müdafiə edən Elis Stefaniki BMT-də daimi nümayəndə təyin etmək qərarına gəlib. Bütün bunlar qlobal idarəetmədə bird aha yeniliklərə ehtiyac olduğunu nümayiş etdirir. Azərbaycan da bunun tərəfdarıdır. Xüsusən də BMT-də islahatlar baxımından. Qurumda islahatların aparılmasına kəskin ehtiyac yarandığını, hətta baş katib Antonio Quterreş də etiraf edir. Xüsusən də BMT Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər olunmasına ehtiyac var. Hətta qurumun ali orqanı olan Təhlükəsizlik Şurasının da tərkib hissələrinə yenidən baxılmasının zəruriliyi tez-tez bildirilir. Xatırladaq ki, prezident İlham Əliyev də bir neçə dəfə bu məsələyə toxunub.  Qeyd edib   ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında qərarlarının siyasi motivlərdən selektiv icrasına son qoyacaq islahatların aparılmasına tərəfdarıdır. BMT-Azərbaycan əlaqələri çoxşaxəli və sistematik xarakter daşıyır və əhəmiyyətli inkişaf yolu keçib: Lakin BMT Nizamnaməsində 79 il öncə müəyyənləşdirilmiş vəzifələr müasir qlobal çağırışlarla artıq ayaqlaşmadığı üçün təşkilat vəzifələrini lazımi formada yerinə yetirə bilmir. Hazırda siyasi, iqtisadi, hüquqi dəyərlər, qlobal maraqlar tam fərqli məcraya qədəm qoyub, nüfuz sosialist-kapitalist qütblərinin toqquşmasında ifadə olunmur. 1945-ci ilin standartları ilə yeni dünyaya yanaşmaq, təbii ki, effektiv ola bilməz. Digər tərəfdən, hətta effektiv olsa belə, BMT-nin fəaliyyətində bir çox dövlətlərə, xüsusən islam dünyasına münasibətdə ikili standartlar müşahidə olunur. Məsələləri faktiki olaraq Təhlükəsizlik Şurasının yalnız 5 daimi üzvü həll edir. Elə Azərbaycanın nümunəsində 30 il yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələri də bunun ən bariz nümunəsidir. Onu da xatırladaq ki, BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edən dünya liderləri və xarici işlər nazirləri qlobal institutların davam edən münaqişələrin, humanitar böhranların və iqtisadi çağırışların həllində qeyri-adekvat olduğunu vurğulayıb, beynəlxalq sistemdə təcili islahatlara çağırışlar ediblər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ