Cümə axşamı günü, 20 avqust 2026
     

Azərbaycançılıq, milli ideya və iqtisadiyyat - dünyada yerimizi təyin etmiş amillər...

Image


Milli ideya ümumi halda milli özşüurun sistemli ümumiləşdirilməsidir. Milli özşüur cəmiyyətin özü haqqında təsəvvürlərin cəmidir. Bu keyfiyyətdə milli özşüur cəmiyyətin bütün fəaliyyət sferalarını - sosial, siyasi, mənəvi, mədəni, əxlaqi, ideoloji və s. sahələri özündə ehtiva edir.

Bu mənada, milli ideya milli özşüurun yüksək konseptual səviyyədə yığcam və fokuslanmış ifadəsidir ki, xalqın (etnosun, qövmün, millətin) mövcudolma mənasını əks etdirir. Deməli, milli ideyanın mənbəyində milli özşüur dayanır ki, burada tarixi, psixoloji, sosial, siyasi, mədəni, mənəvi-əxlaqi, ideoloji məqamlar hər bir dönəmdə konkret məzmun alır və bu keyfiyyətdə özünün mənası olur.

Milli ideyanın funksiyaları çoxdur, onların sırasında xalqı birləşdirməyin ayrıca yeri və rolu vardır. Xüsusilə, müasir tarixi dönəmdə cəmiyyəti real olaraq birləşdirə bilən milli ideya perspektivlidir. Müstəqil dövlətlər bu səbəbdən öz milli ideyalarını müəyyənləşdirməyə strateji məsələ kimi baxırlar. Çünki indiki xeyli dərəcədə xaotik, qeyri-müəyyənliklər və risqlərlə dolu, sürətlə dəyişən dünyada xalqı birləşdirməyin real modelini müəyyən etmək dövlət üçün də həyati əhəmiyyətli məsələdir. Dövlət üçün həyati əhəmiyyəti olan məsələləri xarakterizə edərkən milli dövlətin mədəni tarixi birliyi saxlaması vəzifəsi xüsusi qabardılır. Bu da avtomatik olaraq ölkənin ictimai və dövlət institutlarının sabit fəaliyyətinin təmin edilməsi ilə yanaşı, inkişafını da nəzərdə tutur. Müasir dövlət üçün həyati əhəmiyyət daşıyan məsələlər kimi daxili siyasi, mənəvi, mədəni, ideoloji, konfessional və etnik birliyi təmin etməklə xarici dağıdıcı təsirlərə qarşı dayanıqlı immunitetə malik olmağı göstərmək olar. Təcrübə göstərir ki, istənilən halda güclü iqtisadiyyatı olmayan ölkə nə daxili birliyini təmin edə bilir, nə də milli maraqlara uyğun stabil mövqe tutur. Belə nəticə çıxır ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi güclü dövlət quruculuğu konsepti çərçivəsində güclü iqtisadiyyat yaratmaq xətti Azərbaycanın müstəqil dövlət kimi regionda və qlobal miqyasda yerini müəyyən edib. Azərbaycan özünü təmin edən və dinamik inkişafda olan iqtisadi sistem qura bilib. Bu əsasda dövlətin mövqeyi tam stabilləşib. Yəni daxili sabitlik, sakitlik, sosial-siyasi, mənəvi-mədəni, ideoloji birlik olmadan dayanıqlı surətdə dövlət maraqlarını müdafiə etmək mümkün olmur. Bu, müstəqil dövlət quruculuğunun müasir dönəmdə çox mühüm şərtidir. Müstəqil dövlətlərin son illərdə topladıqları təcrübə göstərir ki, praktiki müstəvidə buna nail olmaq ciddi məsələdir. O, çoxlu sayda çətinliklər və həlli zəruri olan problemləri aradan qaldırmağı tələb edir. Cənubi Qafqaz dövlətlərinin nümunəsində bu tezisin doğruluğuna əmin olmaq mümkündür. Azərbaycan yeritdiyi uğurlu və rasional siyasəti ilə buna nail ola bildi.

İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğu yerə çıxardı

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın dünyada yerini müəyyən edən faktorlarla bağlı çox önəmli məqamlara toxunub. Ölkə başçısı qeyd edib ki, ideologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı dünyada layiq olduğu yerə gətirib çıxarıb: “Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı”.

Prezidentin Azərbaycanın dünyadakı yerinin müəyyən olunmasında həlledici formul kimi verdiyi bu üç prinsipin içərisində azərbaycançılıq ideologiyasının rolu nədən ibarətdir?

Azərbaycançılıq cəmiyyətdə birləşdirici, təkanverici rol oynadı

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, hər üç faktorun uğurlu formada əlaqələndirilməsi və aparılan düzgün siyasət Azərbaycanın qələbəsini təmin edib: “Mərhum prezident Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideyası və bunun Prezident İllham Əliyev tərəfindən uğurla davam etdirilməsi çox önəmli rola malikdir. Məsələ ondadır ki, azərbaycançılıq ideyası həqiqətən də cəmiyyətdə birləşdirici, təkanverici rol oynadı. Halbuki, dünyada bəzi dövlətlər illərdir vahid birləşdirici ideya ətrafında birləşə bilmirlər. Çünki bunun fundamental əsaslarını praktiki nöqteyi-nəzərdən yarada bilmirlər. Nəticədə həmin ölkələrdə illərdir təbəddülatlar səngimək bilmir. Ancaq Azərbaycan bütün dünyaya nümunə olacaq bir duruş, bir konsepsiya ortaya qoydu. Birinci Qarabağ müharibəsində məğlub olsaq da, cəmiyyəti konsolidasiya etmək mümkün oldu. Məhz azərbaycançılıq ideyası sayəsində. Nəticədə atəşkəsdən 26 il sonra ərazilərimizi işğaldan azad etdik. Azərbaycanın uğurlarının kökündə həm də iqtisadiyyat dayanır. Əgər biz iqtisadi baxımdan hansısa ölkədən asılı olsaydıq, bu uğurları təmin edə bilməzdik. Bu baxımdan güclü iqtisadiyyat bu məsələdə önəmli faktorlardan biridir. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin kontraktı” sazişi və illər sonra bunun gətirdiyi dividentlər ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsində mühüm rol oynadı. İqtisadi müstəqillik sayəsində müasir silahlar alıb güclü ordu yarada bildik. İqtisadi müstəqillik hesabına əhalinin sosial durumu yaxşılaşdırıldı, infrastruktur yeniləndi, məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırıldı və s. Bütün bunlar birlikdə güclü Azərbaycanın qurulmasına öz töhfəsini verdi”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ