Səudiyyə Ərəbistanı bu gün tarixi sammitə ev sahibliyi edir. ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna müharibəsinin gələcəyini müzakirə etmək üçün bir araya gəlib.
Görüş Səudiyyə paytaxtı Ər-Riyaddakı Diriyah sarayında keçirilir. Görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud, Səudiyyənin milli təhlükəsizlik müşaviri Musad bin Məhəmməd Əl Ayban, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals və Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da iştirak edirlər.
Görüşün ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında zirvə görüşünə zəmin yaradacağı gözlənilir.
Qeyd edək ki, danışıqlardan kənarda qalan Avropa liderləri isə bu görüşə cavab olaraq dünən Parisdə bir araya gələrək Rusiya-Ukrayna müharibəsində mümkün sülhlə bağlı fikirlərini bölüşüblər.
TAHİR