Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna ilə danışıqlarda ərazi güzəştləri məsələsi “mümkün deyil”.
Lavrov “Hansı şəkildə güzəştlərə gediləcək, insanlarla, ruslara, yoxsa nadir torpaq metallarını tərk edəcəyik?” deyərək bu ehtimalı rədd edib.
Lavrov Sovet İttifaqının qurulması zamanı Ukraynaya güzəştlərin edildiyini və “rus xalqının əsrlər boyu məskunlaşdığı, şəhərlər və fabriklər saldığı geniş ərazilərin Ukrayna SSR-in tərkibinə daxil edildiyini” deyib.
Nazir bunun bir müddət normal getdiyini, lakin sonradan "nələrinsə düzgün getmədiyini" söyləyərək, Ukraynada "millətçi, hətta nasist meyllərinin" artdığını iddia edib.
Qeyd edək ki, bu gün Ər-Riyada Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü keçiriləcək.
TAHİR