Bazar günü günü, 08 noyabr 2026
     

Qarabağdan köçən ermənilər nə əsasla köçkün və ya qaçqın sayılır?!.

Image


Qarabağı könüllü tərk edib Ermənistana üz tutanların sayı barədə erməni mediasında müxtəlif rəqəmlər səsləndirilir. Bu başqa bir araşdırma mövzusudur. Bizim müzakirə edəcəyimiz məsələ fərqlidir. Ermənilərin Azərbaycan ərazisindən öz xoşlarına getdiyi məlumdur. Amma təəssüf ki, erməni təbliğat maşını yenə də işə düşüb və gedənlərin vəziyyətini tamam başqa donda qələmə verir. Təbii ki, erməniyanlılar da saxtakarlıq məsələsində heç də İrəvandakılardan geri qalmır.

Bu gün Qarabağdan  (son məlumata görə 76 min adam gedib) gedən ermənilər qaçqın və ya məcburi köçkün sayıla bilərmi? Qarabağ Azərbaycanın torpağıdır və Azərbaycan torpağında yaşamış bu ermənilərin çoxunun da cibində Ermənistan pasportu var. Azərbaycan ərazisində cibində Ermənistan pasportu gəzdirən adamların qaçqın və ya məcburi köçkün sayılmaq iddiası nə qədər doğrudur?

  • “Onlara qaçqın, və ya məcburi köçkün statusu ümumiyyətlə düşmür”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Bakı-Xəbər”ə şərhində “Çox maraqlı və vacib bir məsələyə toxunmusunuz. Bu sual həqiqətən də bu gün Azərbaycana qarşı hazırlanan gələcəkdəki o ittihamarla ciddi bir cavabın mövzusudur. Çünki qaçqın və məcburi köçkün mövzusu Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün çox həssas bir mövzudur. Azərbaycan xalqı Sovetlər ittifaqı süquta uğradığı gündən bugünə qədər qaçqın  və məcburi köçkün mövzusunda ciddi şəkildə əziyyət çəkən bir xalqdır”-deyə bildirdi.

X.Bəşirovun sözlərinə görə, ermənilərin 1987-1991-ci illər arasında azərbaycanlılara qarşı səfərbər olunması və onlara qarşı təxribatlar, vəhşiliklər törətməsi, onları zorla qovması nəticəsində hazırda Ermənistan ərazisi kimi tanınan tarixi Azərbaycan torpaqlarından 300 min nəfərə yaxın azərbaycanlı qaçqın vəziyyətinə düşüb. “Təbii ki, əvvəlcə  qaçqın və məcburi köçkün ifadələrinə izah gətirmək lazımdır. Bu ifadələr bir-birindən tamamilə fərqli ifadələrdir. Qaçqınlar təqiblərə məruz qaldıqlarına, eyni  zamanda yaşadıqları ölkənin müdafiəsinə sığına bilmədiklərinə və həyatları üçün digər təhlükələr yarandığına görə yaşadıqları ölkəni tərk etmək məcburiyyətində qalan insanlardır. Yəni qeyd etdiyim kimi, 1987-1991-ci illərdə hazırda Ermənistan kimi tanınan Qərbi Azərbaycan ərazisindən 300 minə yaxın insanın məcburi şəkildə çıxarılması, yaxud bu məcburiyyət qarşısında qoyulması həmin o insanların Azərbaycan ərazisinə pənah gətirməsinə və qaçqın statusu almasına gətirib çıxarıb. Ondan başqa erməni işğalı və təcavüzü, ermənilərin vəhşilikləri  nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən, yəni Qarabağ və ətraf 7 rayondan məcburi çıxmaq vəziyyətində qalan azərbaycanlılar isə ölkə hüdudları çərçivəsində Qarabağı və 7 rayonu tərk etmək məcburiyyətində qalıblar.  Bu insanların sayı isə 1 milyona yaxındır. Bu insanlar məcburi köçkün statuna sahib oldular.

Bu gün Azərbaycana qarşı 30 ilə qədər düşmənçilik siyasəti yürüdən Ermənistan növbəti təxribatlarını törətməyə çalışır. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsində özünün haqlı savaşını apararaq, işğal altında olan ərazilərini azad edib ərazi bütövlüyünü təmin etdikdən sonra həmin ərazilərdə yaşayanlara vətəndaşlıq təklif etdi. Qarabağda yaşayan ermənilərin bəziləri  üzərlərində Ermənistan pasportu, bəziləri isə ləğv edilən  qondarma   rejimin “sənədlərini” gəzdiriblər. Beynəlxalq səviyyədə və Ermənistanın özü tərəfindən də Azərbaycan ərazisi kimi tanınan Qarabağda yaşayıb başqa dövlətin  vətəndaşı olmaq, onun pasportunu daşımaq, eləcə də dünyada heç bir dövlət və ya qurum, hətta Ermənistanın özü tərəfindən belə tanınmayan qondarma quruluşun saxta sənədlərini daşımaq, təbii ki, o insanlara Azərbaycan ərazisində yaşamaq hüququ vermir. Bütün dövlətlər və beynəlxalq səviyyədə tanınan qanunlara, konvensiyalara, müqavilələrə, qanunlara, sənədlərə görə hər bir dövlətin ərazisində yaşamaq üçün tələb olunan şərtlər var. Vətəndaş ayrı şərtlər əsasında yaşayır, vətəndaşlığı olmayanlar digər şərtlər əsasında yaşayır, əcnəbilər tamam fərqli qaydalar əsasında yaşayır. Bu insanlar bütün beynəlxalq qaydaları pozmaqla 30 il ərzində qanunsuz olaraq Azərbaycan ərazisində yaşayıblar. Azərbaycan onların öz ərazisində yaşamaq hüququ olan kəsiminə pozduqları qaydalara son qoyub Azərbaycanın qanunvericiliyinə uyğun şəkildə yaşamaqda davam etməyi təklif edir. Azərbaycan vətəndaşları olmaq hüququ olmayan şəxslər isə Azərbaycan ərazisində qala bilməzlər. Yəni burada Azərbaycan Respublikasının qanunvericiliyinə, konstitutsiyasına, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan dövləti özünün suverenlik hüququnu, dövlətin konstitutsiya hüququnun təminatı prosesini həyata keçirib. Düşünürəm ki, bu illər ərzində Azərbaycan ərazisində qanunsuz olaraq yaşayan insanların Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan pasportu ilə Azərbaycan ərazisində yaşamaq hüquqları olmalıdır, amma onlar bundan imtina ediblərsə, artıq Azərbaycan vətəndaşlığından imtina etmiş olublar. Təbii ki, vətəndaşlıqdan imtina etmək insanların konstision hüquqlarıdır, buna heç kəs mane ola bilməz. Azərbaycan ərazilərini tərk etmək, Azərbaycan ərazilərinə qayıtmamaq, təbii ki, Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilirsə, buna da heç kim mane ola bilməz. O ki qaldı o insanların sayı ilə bağlı məsələyə, ermənilər bütün dünyaya sübut və faktları, sənədləri saxtalaşdırmaqla məşğuldur. Bu gün onların Qarabağdan gedən ermənilərin sayını, o rəqəmləri şişirtmələrinə heç də təəccüblənməməliyik. Çünki Ermənistanın özünün mövcudluğu və bütün iddiaları saxtakarlığa, yalana və utopiyaya əsaslanır. Bu rəqəmlər də yanlışdır, şişirdilib. Onu da nəzərə almaq lazımdır ki, həmin ərazilərdə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsi var. Həmin o nəzarət-buraxılış məntəqəsindən çıxan insanların statistikası Azərbaycanda olacaq. Hesab edirəm ki, zamanı gəldikdə, bununla bağlı rəsmi məlumat da yayılacaq. Amma hər bir halda bu və digər qüvvələrin təsiri altında Azərbaycan ərazisindən çıxan ermənilərin qaçqın və yaxud məcburi köçkün statusu almaq hüquqları yoxdur. Onlara nə qaçqın, nə də məcburi köçkün statusu ümumiyyətlə düşmür. Çünki məcburi köçkün düşənlər dövlətin bir ərazisindən digər ərazisində köçmək məcburiyyətində qalanlardır. Söhbət qaçqınlıq statundan gedirsə, bu halda bu mümkün deyil. Qaçqın statusuna sahib olacaq insanlar bu məsələdə ərazisini tərk etdikləri dövlətin təcavüzü, təzyiqləri nəticəsində buna məcbur qalmalıdırlar. Amma Azərbaycan nə edir? Azərbaycan bundan əvvəl də, bu prosesin baş verdiyi dönəmdə də həmin insanları Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək  prosesini həyata keçirir, onlarla dialoq aparır, onların təhlükəsizliyini, sağlamlıqlarına təminatı öz üzərinə götürür. Amma o insanlar bunu qəbul etmirlərsə, yaxud kimlərinsə təsiri altında bundan imtina edirlərsə bu onların iradəsi əsasında formalaşan bir prosesdir. Azərbaycan onları ölkədən məcburi çıxarmadığı kimi, onların ölkədə məcburi qalması prosesini də həyata keçirmir. Çünki bunun özü də qanuna ziddir. Biz hüquqa, qanuna uyğun addımlar atırıq. Düşünürəm ki, həmin o şəxslərin Azərbaycan ərazisindən çıxması ilə bağlı məkrli və hiyləgər planı işləyən qüvvələr gələcəkdə Azərbaycana qarşı səsləndirəcəkləri o  ittihamlar əsassız olacaq. Ona görə ki, biz onun üçün hazırkı məqamda kifayət qədər görüntülər, kifayət qədər sübut və dəlillər toplayırıq. Gələcəkdə bu iddiaların rədd edilməsi üçün hüquqi zəminin formalaşması, əlimizdə hüquqi əsasların olması ilə bağlı addımlar atırıq. Hesab edirəm ki, bu proses Azərbaycan tərəfindən tam şəffaf şəkildə həyata keçirilir”-deyə X.Bəşirov qeyd etdi.    

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ