Cümə günü, 30 oktyabr 2026
     

İran BRİKS üzvü kimi Azərbaycana qarşı Hindistanla birgə daha nə edə bilər?..

Image


Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikasını (CAR) birləşdirən BRİKS təşkilatı genişləndiyini elan edib. CAR Prezidenti Siril Ramafosa təşkilatın Yohannesburq sammitində elan edib ki, yanvarın 1-dən Səudiyyə Ərəbistanı, BƏƏ, İran, Efiopiya, Misir və Argentina də qurumun sıralarına qatılır.

Söhbət Yaxın Şərq, Afrika və Latın Amerikasının nəhəng dövlətlərindən gedir. Beləliklə də, BRİKS -in rəsmən 11 üzv dövləti olacaq. Ancaq artıq yeni üzvlər qoşulandan sonra qrupun necə adlanacağı bəlli deyil.

Göründüyü kimi, BRİKS-in CAR-da keçirilən sammitində bir neçə ölkənin bu təşkilata üzv olmasına qərar verilib. O cümlədən, İranın da üzv olmasına razılıq  verilib.

Maraqlıdır, İranın BRİKS-ə qəbul olunmasının Azərbaycana mənfi nöqteyi-nəzərdən nə kimi təsirləri ola bilər? Nəzərə alsaq ki, İran və Hindistan hər ikisi Ermənistanın silahlandırılmasında iştirak edən ölkələrdir, bu üzvlüyü Ermənistanın daha üstün dərəcədə silahlandırılmasında yeni imkanların açılması hesab etmək olarmı? Yəni ikisinin artıq eyni blokda, birlikdə olması Ermənistana hərbi dəstək verilməsi məsələsində bu iki ölkənin əməkdaşlığının perspektivinə təsir edəcəkmi?

  • “İstər Hindistan, istərsə də İran Ermənistana gizli və aşkar dəstək olmaqla öz çirkin niyyətlərini ortaya qoyublar”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Əvvəlcədən  onu bildirim ki, hər üç-beş ildən bir dünya dövlətləri özünün müttəfiqi hesab etdiyi dövlətlərlə müəyyən iqtisadi, siyasi hərbi birliklər, icmalar və yaxud koalisiyalar qururlar. BRİKS-in qurulma tarixi tamamilə fərqli situasiyadan qaynaqlanıb. Soyuq müharibə başa çatdıqdan sonra və ya daha əvvəl BRİKS ölkələrinin hökumətləri ölkələrinin qlobal iqtisadi sistemin bir hissəsi olmasına imkan vermək üçün iqtisadi və ya siyasi islahatları özlərinin prioriteti elan etdilər. Dünya bazarında rəqabətədavamlı olmaq üçün bu ölkələr təhsilə, xarici investisiyaya, daxili istehlaka və daxili sahibkarlığa (hər biri müxtəlif dərəcədə) önəm verməyi hədəflədilər. Tədqiqatçıların hesablamalarına görə, Hindistan yaxın 30-50 il ərzində dörd BRİKS ölkəsi arasında ən böyük artım potensialına malikdir. Əsas səbəb Hindistan və Braziliya üçün əhalinin əmək qabiliyyətli yaşının azalmasının Rusiya və Çinə nisbətən gec baş verməsidir. Təkcə bu nümunə ilə BRİKS-in ümümi mənzərəsini gözlərimiz qarşısında canlandırmaq mümkündür. Demək olar ki, dünyada əmək qabiliyyətli əhalinin azalması fonunda bu dövlətlərin hər birində  problemlər çox fərqlidir. İranın bu koalisiyaya qoşulması təbii bir proses deyil, onun tərəqqipərvər dünyadan təcrid olunması ilə bağlıdır. İran bu gün beynəlxalq reytinqlərdə, insan azadlıqları sahəsində elementar hüquqları məhdudlaşdıran ölkələr siyahısındadır. Rusiya hansı ittifaqda, hansı koalisiyada təmsil olunursa İran onun yanında yer almağa cəhd edir. Bir daha vurğulayıram ki, bu, İran üçün təbii bir proses deyil. Bu dövlətin apardığı siyasətin məcburi nəticəsi kimi qiymətləndirilməlidir. İstər Hindistan, istərsə də İran Ermənistana gizli və aşkar dəstək olmaqla öz çirkin niyyətlərini ortaya qoyublar. Əlbəttə, bütün bunlar bölgəmiz, gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. İstənilən bir dövlətin silahlanmaya xərclədiyi böyük həcmli vəsaitlər həmin dövlətin iqtisadiyyatında geriləmələrə səbəb olur. Bu baxımdan İranın Hindistanın Ermənistana hərbi, siyasi "müttəfiqlik" etməsi bizi məcbur edə bilər ki, biz də öz hərbi qüdrətimizi daha da gücləndirək. Bütün bunlarla yanaşı onu da deməliyəm ki, Azərbaycanın əsas hərbi-siyasi müttəfiqi qardaş Türkiyə ilə müqayisədə digər "müttəfiq" lər  böyük siyasi kataklizmlər içərisindədir. İranın sanksiyalar içərisində olması, Hindistanın daxili və məhəlli münaqişələr, əhalinin əsasən səfalət içərisində olması və s. onu deməyə əsas verir ki, hələ gələcək onilliklərdə bu dövlətlərin hansı koalisiyada olmasından asılı olmayaraq, inkişaf etmiş ölkələrin siyahısına daxil olması mümkünsüzdür. Belə bir vəziyyətdə Azərbaycan dövləti doğru olaraq hərbi qüdrətini artırmalıdır, necə ki, bu proses bu gün də uğurla aparılır. Düşünürəm, bu siyasət davam etməlidir ki, gələcəkdə hər hansı bir təhdidlə üz - üzə qalmayaq”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ